Azərbaycanda
keyfiyyətin səsi

tərəfdaşlar

  • Iteca Caspian LLC

    “Iteca Caspian” şirkəti 2000-ci ildə təsis edilmişdir. O, hər il Azərbaycanda 20-dən çox sərgi və konfrans təşkil edir. Şirkətin təşkil etdiyi sərgilərin siyahısına Neft və Qaz, İnşaat, Mühafizə və Təhlükəsizlik, Qida Sənayesi, Nəqliyyat, Səhiyyə, Gözəllik və Sağlamlıq, Səyahət və Turizm, Qonaqpərvərlik (Otel işi) Sənayesi sərgiləri daxildir. Assosiasiyamız artıq 3 ildir ki, İteca Caspian şirkəti tərəfindən təşkil olunan qida sərgilərində qida təhlükəsizliyi standartları mövzusunda seminar və təlimlər keçirir.

  • Ümumrusiya Keyfiyyət Təşkilatı

    Ümumrusiya Keyfiyyət Təşkilatı (ÜKT) Rusiyanın Dövlət Standartlaşdırma Təşkilatının, RİA “РИА “Стандарты и качество” və bir sıra ictimai təşkilatların təşəbbüsü ilə 2001-ci il 12 fevral tarixində qurulub. ÜKT-nin əsas məqsədi yerli məhsul və xidmətlərin keyfiyyətinin və rəqabət qabiliyyətliliyinin artırılması üçün vətəndaşların, ictimai təşkilatların, müəssisələrin və hakimiyyət orqanlarının səylərini birləşdirmək, ümumilikdə ölkədə keyfiyyət şüurunun formalaşmasına kömək etməkdir.

  • Türkiyə Keyfiyyət Dərnəyi

    Türkiyə Keyfiyyət Dərnəyi (KalDer) Türkiyədəki bir sıra sanaye qrup təmsilçilərinin bir araya gəlməsi ilə 1991-cı ildə qurulub. KalDer-in əsas məqsədi Türkiyədə müasir keyfiyyət şüurunun formalaşdırılması, keyfiyyət üzrə biliklərin yayılması, keyfiyyətə yönəlik fəaliyyətlərin təşviqi, məhsul və xidmətlərin keyfiyyətinin və rəqabətqabiliyyətliliyinin artırılmasında təşkilatlara dəstək verilməsi, keyfiyyət sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və təbliği, eyni zamanda yerli müəssisələrdə tətbiqi istiqamətində marifçilik fəaliyyətlərini həyata keçirməkdir.

  • Ukrayna Keyfiyyət Assosiasiyası

    Ukrayna Keyfiyyət Assosiasiyası (UKA) Ukraynanın elmi-mühəndis birliklərinin təşəbbüsü və ölkənin Dövlət Standartlaşdırma Təşkilatının dəstəyi ilə 1989 cu ildə qurulub. UKA-nın məqsədi Ukraynada keyfiyyət sahəsində siyasət və şüurun formalaşmasına, qabaqcıl yerli və xarici təcrübənin, müasir idarəetmə sistemlərinin ölkə müəssisələrində tətbiqinə, yerli məhsul və xidmətlərin keyfiyyətinin, müəssisələrin rəqabətqabiliyyətliliyinin artırılmasına, eyni zamanda Ukraynanın Avropa İttifaqına üvz olmasına kömək etməkdir.

Tərəfdaşlar