Keyfiyyət və
menecment jurnalı

Müəllif ol!

Əgər tanınmaq, öz bilik və təcrübəni paylaşmaq istəyirsinizsə, məqalə yazıb onu “Keyfiyyət və menecment” jurnalına göndərin!
Ümüdvarıq ki, təqdim edəcəyiniz məqalələr, keyfiyyət və idarəetmə sahəsində çalışan yüksək ixtisaslı və peşəkar mütəxəssislər üçün maraqlı olacaqdır.

Biz “Keyfiyyət və Menecment” jurnalının keyfiyyət və idarəetmənin ən müxtəlif tərəflərini işıqlandırmaqla, müəssisə və təşkilatlarda idarəetmənin səmərəliliyinin yüksəldilməsi, idarəetmə sistemlərinin qurulması və təkmilləşdirilməsi işində menecerlər, mütəxəssislər, həmçinin rəhbərlər üçün dəyərli nəzəri və praktiki vаsitə оlа bilər məntiqindən çıxış edərək Sizləri jurnalımızla əməkdaşlığa dəvət edirik və ümüdvarıq ki, birgə fəaliyyətimiz Respublikamızda keyfiyyət və idarəetmə sahəsinin inkişafına, bu sahədə çalışan kadrların yetişdirilməsi işinə sanballı töhfə verəcəkdir.

MƏQALƏ MÖVZULARI VƏ TƏLƏBLƏR

Keyfiyyət və idarəetmə sahəsində çalışan, bu sahə ilə maraqlanan şəxs jurnala məqalə göndərə bilər. Keyfiyyət və Menecment
jurnalına təqdim olunan məqalələr aşağıdakı mövzularda olmalıdır:

• Keyfiyyət
• Standartlar
• Qida təhlükəsizliyi
• Peşə sağlamlığı və əməyin mühafizaəsi
• İnformasiya təhlükəsizliyi
• Enerjinin idarə olunması

Yuxarıdakı mövzuları əhatə edilən məqalələr redaksiya heyətindəki mütəxəssislər tərəfindən təhlil edilir. Müsbət rəy alacaq
məqalələr jurnalın növbəti saylarında nəşr ediləcəkdir.
Dərc olunacaq məqalə redaksiyaya həm kağız, həm də elektron formada təqdim olunmalıdır.

Məqalə hazırlanarkən aşağıdakı tələblər nəzərə alınmalıdır:

1. Məqalə Azərbaycan dilində olmalıdır.
2. Məqalənin ümumi həcmi 10 səhifədən çox olmamalıdr.
3. Məqalənin adı qısa, 8-10 sözdən artıq olmamalı və baxılan problemin mahiyyətini əks etdirməlidir.
4. Məqalənin mətninin aşağıdakı bölmələrdən ibarət olması tövsiyə olunur:
• Giriş (məsələnin aktuallığı)
• Tədqiqatın məqsədi, məsələnin qoyuluşu
• Toxunulan məsələnin həlli üsulları
• Alınan nəticələrin tətbiqi
• Nəticə

5. Məqalə “Times New Roman” şriftilə 12 ölçüsündə yazılmalıdır.

6. Məqalənin mövzusu ilə bağlı elmi mənbələrə zəruri istinadlar olmalıdır. İstinadlar müəllifin adı yazılmaqla kitabın adı, çap olunduğu
nəşriyyat, il və səhifə göstərilməklə qeyd olunur.

7. Məqalənin qəbulu və rədd edilməsi redaksiya heyətinin müzakirəsindən sonra elan edilir.

8. Məqalələr orijinal olmalı və əvvəllər başqa milli və ya beynəlxalq jurnallara və konfranslara
təqdim edilməməlidir.

9. Məqalədə göstərilən məlumat, statistik rəqəm və sitatların dəqiq olmalıdır. Buna görə müəllif məsuliyyət daşıyır. Hər hansı bir
qeyri-dəqiqlik gələcəkdə müəlliflə əməkdaşlığın dayandırılmasını labüd edə bilər.

10. Jurnalda məqalələrlə yanaşı, yeni nəşr olunmuş kitab və jurnallardan çıxarışlar, keyfiyyət və idarəetmə sahəsində tanınmış
şəxslərin, peşəkar mütəxəssislərin, ekspertlərin, dövlət orqanı nümayəndələrinin fikirləri, onlardan alınan müsahibələrinin
də öz əksini tapması nəzərdə tutulur.

Tərəfdaşlar