Assosiasiyamız “Dünya keyfiyyət həftəsi”nə həsr olunmuş tədbirə öz töhfəsini verdi

4 noyabr 2023-cü il tarixində “Risk Menecment Peşəkarları”, TCS və DNV şirkətlərinin birgə iştirakı ilə “Dünya keyfiyyət həftəsi”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə respublikamızın dövlət və özəl qurumlarının nümayəndələri iştirak ediblər.

Hər il qeyd olunan “Dünya keyfiyyət həftəsi”nin yerli müəssisələrimiz, eləcə də kefiyyət və idarəetmə sahəsində çalışan mütəxəssislərimiz üçün əhəmiyyətini nəzərə alaraq “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi həmişəki ənənəsinə sadiq qalaraq bu tədbirə öz dəstəyini əsirgəməyib. Tədbirə qatılmış Assosiasiya nümayəndəri onu daha maqlı olmasına töhvə vermək məqsədilə Keyfiyyət Assosiasiyasının hazırladıqları “ISO 9001:2015 Şərh və tətbiq üzrə tövsiyələr” kitabını iştirakçılara təqdim ediblər. Kitab tədbirdə iştirak edən dövlət və özəl qurumların nümayəndələri tərəfindən maraqla qarşılanıb və onlar kitabın müəssisə və mütəxəssislərimiz üçün əhəmiyyətini, faydalı mənbə olacağını vurğulayaraq, Keyfiyyət Assosiasiyasına təşəkkürlərini bildiriblər.

Tərəfdaşlar