Keyfiyyət Assosiasiyasının növbəti uğurlu layihəsi!

Giltex MMC ISO 9001, ISO 14001 və ISO 45001 standartları üzrə sertifikatlaşdırıldı. Keyfiyyət Assosiasiyası tərəfindən Giltex MMC-də ISO 9001, ISO 14001 və ISO 45001 standartlarının tətbiqi üzrə məsləhət layihəsi uğurla başa çatıb.

Layihənin icrası çərçivəsində görülən işlərin nəticələri onu göstərdi ki, Giltex şirkətində Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO-nun) ən populyar olan ISO 9001, ISO 14001 və ISO 45001 standartları Keyfiyyət Assosiasiyanın mütəxəssislərinin tövsiyə və dəstəyi ilə şirkətin əməkdaşları tərəfindən peşəkar səviyyədə tətbiq olunub. Bu heç şübhəsiz həm Assosiasiyanın, həm də Giltex şirkətinin mühüm nailiyyəti hesab oluna bilər. Müasir metodikalar və standartların tələbləri nəzərə alınmaqla icra olunan və şirkətin demək olar ki, bütün struktur bölmələrinin əməkdaşlarının cəlb olunduğu və aktiv iştirak etdiyi bu layihənin Gltex MMC-nin fəaliyyətinə əhəmiyyətli ölçüdə dəyər qatacağını və ona dayanıqlı fayda verəcəyini tam əminliklə söyləmək mümkündür.

Layihənin gətirdiyi dayanıqlı faydalarından danışarkən ilk növbədə Giltex şirkətində keyfiyyətə nəzarət prosesinin sistemləşdirilməsini və qabaqcıl şirkətlərin təcrübələri nəzərə alınmaqla effektiv şəkildə tətbiqinə nail olunmasını, uzun illər mövcud olan şirkətdaxili təcrübənin sənədləşdirilmiş informasiya kimi formalaşdırılmasını, əməkdaşların beynəlxalq standartlar mövzusunda bilik və bacarıqlarının, səriştəlilik səviyyələrinin artırılmasını, şirkətin infrastrukturunda beynəlxalq standartların tələblərinə uyğun yaxşılaşdırma fəaliyyətlərinin həyata keçirilməsini qeyd etmək olar.

Layihə ilə bağlı yuxarıda qeyd olunanları ümumiləşdirsək belə bir nəticəyə gəlmək olar ki, Giltex şirkəti “Made in Azerbaijan” brendini layiqincə təmsil edərək dünya bazarında tanınmış marka olmaq istiqamətində əmin addımlarla irəliləyir.

Tərəfdaşlar