Keyfiyyət tv

Sədrimiz yerli sahibkarlar üçün təşkil olunan onlayn vebinarda çıxış edib.

Azərbaycan Sahibkarlar Konfederasiyası ölkə ərazisində fəaliyyət göstərən sahibkarlara dəstək məqsədi ilə müxtəlif sahələr üzrə ayrı-ayrı mövzularda məlumatlandırma xarakterli tədbirlərin təşkilini davam etdirir.

Sahibkar və vətəndaş məmnunluğunu təmin etmək, onlarla münasibətlərdə peşəkarlıq səviyyəsini yüksəltmək məqsədilə yaxın günlərdə tətbiqinə və nəzarətinə başlanılacaq texniki tənzimləmə haqqında qanun, məcburi standartlar və standartlaşdırma, məcburi və könüllü sertifikatlaşdırma, akkreditasiya və digər uyğunluğun qiymətləndirilməsi üzrə məsələlərin əhəmiyyətini nəzərə alaraq 02 fevral 2021-ci il tarixində Keyfiyyət Assosiasiyası ilə birgə Azərbaycan Sahibkarlar Konfederasiyasının facebook səhifəsi üzərindən onlayn vebinar təşkil olunub.

Vebinar "Texniki reqlamentlər, məcburi standartlar və sertifikatların alınması qaydası” mövzusuna həsr olunub.

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin sədri Samir Novruzlunun moderatorluğu ilə baş tutmuş canlı yayımda aşağıdakı məsələlərə toxunulub:

  • Standartlaşdırma haqqında qanun, məcburi və könüllü standartlar, onların hazırlanması və bu prosesdə iştirak, beynəlxalq standartlar;
  • Texniki tənzimləmə haqqında qanun və texniki reqlamentlər;
  • Akkreditasiya prosesi və uyğunluğun qiymətləndirilməsi prosesi. Məcburi və könüllü sertifikatlaşdırma.

Tərəfdaşlar