“Səhhət Azərbaycan-Almaniya” klinikasında layihə uğurla davam edir

Keyfiyyət Assosiasiyası tərəfindən “Səhhət Azərbaycan-Almaniya” MMC-də beynəlxalq idarəetmə standartlarının tətbiqi üzrə layihə uğurla davam edir. Bu günə qədər sözügedən şirkətdə mövcud idarəetmə sisteminin ilkin qiymətləndirilməsi aparılmış, klinikanın infrastrukturuna baxış keçirilmiş və onun struktur bölmələrinin fəaliyyəti müşahidə edilmişdir. Növbəti mərhələdə işçi qrupu yaradılmış, layihə çərçivəsində icra ediləcək işlərin plan-qrafiki tərtib edilmişdir. Planlaşdırma mərhələsindən sonra korporativ təlimlərin keçirilməsi və sənədlərin hazırlanması işlərinə başlanılmışdır.

Qeyd edək ki, “Səhhət Azərbaycan-Almaniya” klinikası 1999-cu ildən fəaliyyət göstərir.

Klinikanın göstərdiyi xidmətlər aşağıdakılardır:

  • Ambulator-poliklinik xidmətlər;
  • “Check-up” xidmətləri;
  • İlk yardım üzrə təlimlər;
  • İş yerlərinin attestasiyası;
  • Müəssisələrdə tibb məntəqələrinin yaradılması.

15 ildən artıq fəaliyyət göstərən klinika yuxarıda qeyd olunan istiqamətlər üzrə qabaqcıl təcrübələri, yerli qanunvericiliyin və beynəlxalq standartların tələblərini uğurla tətbiq edərək fəaliyyət göstərdiyi sahədə əhalinin sağlamlığının təmin edilməsinə öz töhfəsini verməkdədir.

Tərəfdaşlar