Keyfiyyət TV

Assosiasiyamız Kodeks Alimentariusa dair komissiyada təmsil olunacaq

Azərbaycan Respublikası Qida təhlükəsizliyi Agentliyindən (AQTA) Assosiasiyamıza 16 Avqust 2019-cu il tarixli 5/11-2129 saylı məktub daxil olmuşdur. Məktubda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitunda Kodeks Alimentariusa dair komissiya və komitələrin yaradılacağı haqqında məlumat verilmişdir.

Məktubda belə deyilir: "Azərbaycan Respublikası ərazisində insanların sağlamlığının mühafizəsi, istehlakçıların qanuni mənafelərinin qorunması istiqamətində qida və yem məhsullarının təhlükəsizliyinin və yüksək səviyyədə keyfiyyətinin təmin edilməsi, eləcədə heyvan və bitki xəstəliklərilə bağlı risklərin idarə olunması işinin təkmilləşdirilməsi, heyvan və bitki sağlamlığına nəzarət və izlənilmə üzrə mütərəqqi sistemin yaradılması məqsədilə qida təhlükəsizliyinə dair hazırlanan yeni texniki normativ-hüquqi aktların Kodeks Alimenatarius Komissiyasının, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) "Quruda yaşayan heyvanların sanitar-baytarlıq Məcəlləsi"nin və "Bitki Mühafizəsi haqqında" Beynəlxalq Konvensiyanın (İPPC) "Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartları"nın tələblərinə uyğunlaşdırılması mühüm şərtlərdəndir.

Bu baxımdan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitunda Kodeks Alimentariusa dair komissiya və komitələrin yaradılmasının nəzərdə tutulub."

Məktubun sonunda Kodeks Alimentariusa dair komissiyanın işçi qrupunda Assosiasiyamızı təmsil edəcək şəxs barədə məlumatların təqdim edilməsi xahiş edilmişdir. Bununla əlaqədar olaraq Assosiasiya tərəfindən cavab məktubu hazırlanaraq Agentliyə göndərilmişdir. Məktubda yaradılacaq Komissiyada Assosiasiyanı təmsil edəcək şəxsin adı və məlumatları qeyd edilmişdir.

Təşkilatımızı Komissiyanın işçi qrupunda Assosiasiyamızın "Qida təhlükəsizliyinin idarə edilməsi üzrə işçi qrupu"nun rəhbəri, İNCERT MMC şirkətinin direktoru Şamo Muradov təmsil edəcəkdir.

Tərəfdaşlar