KEYFİYYƏT TV

“Azərenerji” ASC-də ISO 9001:2015 beynəlxalq standartı üzrə təlim keçirilib

Keyfiyyət Assosiasiyası tərəfindən “Azərenerji” ASC-də ISO 9001:2015 beynəlxalq standartının tətbiqinə dair məsləhət layihəsi çərçivəsində Səhmdar Cəmiyyətinin struktur bölmələrinin idarəetmə sistemləri üzrə auditor və kordinatorları üçün sözügedən standart üzrə təlim keçirilib.

Keyfiyyət Assosiasiyasının aparıcı mütəxəssisləri Qalib Şərifov və Əmir Musayevin apardığı təlimdə iştirakçılara ISO 9001:2015 standartının tələbləri, keyfiyyəti idarəetmə sistemi, onun tətbiq sahəsi, təşkilatın konteksti, keyfiyyət üzrə siyasət, keyfiyyət üzrə məqsədlər, risk və imkanlar, təşkilati vəzifə, məsuliyyət və səlahiyyətlər, keyfiyyəti idarəetmə sisteminin tətbiqinə dəstək, daxili auditinin keçirilməsi, sistemin yekun qiymətləndirilməsi və yaxşılaşdırılması ilə bağlı iştirakçılara ətraflı məlumat verilib və qeyd olunan mövzular üzrə geniş müzakirələr aparılıb.

Təlim zamanı mövzuların daha yaxşı qavranılması üçün praktiki nümunələrdən və interaktiv metodlardan istifadə olunub, eləcə də ISO 9001:2015 standartının təıtbiqi ilə bağlı praktiki tövsiyələr verilib.

Eyni zamanda ISO 9001:2015 standartı üzrə idarəetmə sisteminin qurulmasının təməl prinsiplərinin öyrənilməsi ilə yanaşı, gələcəkdə bu mövzuda daha dərinləşdirilmiş biliklərin əldə edilməsi üçün müvafiq təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, təlimdə Səhmdar Cəmiyyətinin 60-a yaxın əməkdaşı iştirak edib.

Tərəfdaşlar