KEYFİYYƏT TV

ISO 22000:2018 beynəlxalq standartı tezliklə Azərbaycan dilində çap ediləcək

İstənilən ölkənin iqtisadi inkişafının əsas amillərdən birini də ixracın səviyyəsi təşkil edir. Son zamanlar ölkəmizdə ən priorit məsələlərdən biri də xüsusilə xarici bazarlarda rəqabətqabiliyyətli olan qeyri-neft məhsullarının istehsalıdır. Məhz buna görə də ölkəmizdə keyfiyyət infrastrukturunun inkişaf etdirilməsi, məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin tətbiqinin dəstəklənməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.

Bu deyilənlərə nail olmaq üçün “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda, “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli Sərəncamda, habelə dövlət başçısı tərəfindən imzalanan 2015-ci il oktyabrın 5-də “Xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər alması, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərman"da yerinə yetirilməsi zəruri olan vəzifələr öz əksini tapmış, yerli məhsulların ixracını üçün tələb olunan maddi və texniki dəstəyin verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanmışdır.

Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində biznes mühitinə dəstək, məhsulların təhlükəsizliyinin təmin edilməsi və keyfiyyətin artırılmasına xidmət edən standartlaşdırmanın, o cümlədən beynəlxalq standartların hazırlanması ilə bağlı konkret vəzifələr müəyyənləşdirilmişdir.

Dövlət Proqramından və Prezidentin sözügedən sərəncam və fərmanlarından irəli gələn vəzifələrin həyata keçirilməsinə kömək etmək məqsədilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi 2016-cı ildə yeni layihəyə başlamış və bu layihə çərçivəsində Assosiasiyasının qida sahəsi üzrə aparıcı mütəxəssislərdən ibarət "Qida təhlükəsizliyi" üzrə işçi qrupu tərəfindən ISO 22000 beynəlxalq standartının ən son - 2018-ci il - versiyası Azərbaycan dilinə tərcümə edilmişdir.

Standartın Azərbaycan dilinə tərcümə olunmasında əsas məqsəd ölkəmizdə məhsul və xidmətlərin keyfiyyətli və rəqabətə davamlı olması sahəsində marifçilik işlərinin aparılmasına, yerli müəssisələrimizdə ISO 22000:2018 tətbiqinə yardımçı olmaq, bu beynəlxalq standandartı artıq tətbiq edən müəssislərdə onun tələblərinin düzgün başa düşülməsinə dəstək verməkdən, ümumilikdə standartın tətbiqi üzrə fəaliyyətləri dəstəkləməkdən ibarətdir.

Tərəfdaşlar