KEYFİYYƏT TV

Assosiasiya - Dövlət əməkdaşlığı daha da dərinləşir

“Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yaradılmışdır.

Bu Komissiya qarşısında biznes və investisiya mühitinin əlverişliliyinin artırılması, bu sahədə mütərəqqi tənzimləmə və hüquq tətbiqetmə praktikasına nail olunması üçün təkliflər vermək, ölkədə rəqabət mühitinin vəziyyətini təhlil etmək, sahibkarlığın inkişafı və onun rəqabət qabiliyyətinin daha da yüksəldilməsini təmin edəcək rəqabət mühitinin formalaşması, inkişafı və təşviqi sahəsində dövlət siyasətinin təkmilləşdirilməsi, əlverişli təşviqedici mühit yaradılmasına xidmət edən iqtisadi alətlərin əhatə dairəsini genişləndirməklə biznesin davamlılığının möhkəmləndirilməsi, beynəlxalq inteqrasiya prosesinin sürətləndirilməsi və nüfuzlu beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması, iqtisadi sahədə münasibətləri tənzimləyən qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə dair təkliflər vermək kimi vəzifələr müəyyən edilmişdir.

Ölkəmizdə biznes mühitinin və beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasını təmin edəcək məsələlərin həlli ilə bağlı proqram və layihələrin hazırlanması və həyata keçirilməsi məqsədilə Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın tərkibində işçi qrupları yaradılmışdır. “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi həmin komissiyanın “Əmtəə bazarının səmərəliliyi və rəqabət” adlı işçi qrupuna daxil edilmişdir.

Tərəfdaşlar