KEYFİYYƏT TV

Təşkilatımız “Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyaları”nda təmsil olunacaq

Ölkədə ixtisaslı işçi qüvvəsinin formalaşdırılması və rəqabətqabiliyyətliliyin artırılmasında, təhsilin məzmununun əmək bazarının tələblərinə uyğunlaşdırılmasında əhəmiyyətli vasitə hesab edilən peşə və kvalifikasiya standartlarının normativ hüquqi bazasının yaradılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər kabinetinin 2019-cu il 12 dekabr tarixli 474 nömrəli qərarı ilə “Peşə və kvalifikasiya standartının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının aparılması və müddətinin uzadılması Qaydaları”, 2019-cu il 12 dekabr tarixli 475 mömrəli qərarı ilə “Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyalarının yaradılması və əsasnaməsi” təsdiq edilmişdir.

Sözügeden normativ hüquqi sənədlər peşə və kvalifikasiya standartlarının hazırlanması və təsdiq edilməsi mexanizmini, eyni zamanda standartların hazırlanması ilə bağlı həyata keçirilən fəaliyyətlərin əlaqələndirilməsi məqsədilə Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyaları yaradılmışdır.

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi Emal sənayesində bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyasına, Elektrik enerjisi, qaz, hava, su, buxar təchizatı və tullantıların təmizlənməsi sahələrində bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyasına, həmçinin Ticarət, biznesin idarə olunması və fərdi xidmətlərin göstərilməsi sahəsində bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyasına və sözügedən komissiyaların işçi qruplarına daxil edilmişdir.