Məsləhət

Avtomobil sektoru

Dünya üzrə 257 milyardlıq avtomobil sektoru dünya iqtisadiyyatının ən aparıcı sektorlardan birini təşkil edir. Ölkəmizdə də bu sektoru təmsil edən bir neçə müəssisə mövcuddur ki, onların əsas fəaliyyəti xarici brendlərə aid sərnişin maşınları, kənd təsərrüfatı texnikası və hərbi təyinatlı maşınların yığılmasından ibarətdir. Dünyada durmadan artan rəqabət beynəlxalq aləmdə olduğu kimi ölkəmizdə də bu sektorda beynəlxalq standartların tətbiqini aktuallaşdırmışdır.

Məhz bu amildən irəli gələrək Assosiasiyamız avtomobil sektorunu təmsil edən müəssisə və təşkilatlarda beynəlxalq standartların tətbiqi üçün məsləhət, audit və təlim xidmətləri təqdim edir. Təsis olunduğu gündən indiyə kimi təşkilatımız avtomobil sektorunda aparıcı şirkət olan "Gəncə Avtomobil Zavodu" ASC-də beynəlxalq standartların tətbiqi üzrə müxtəlif xidmətlər göstərmişdir.
Keyfiyyət Assosiasiyasının avtomobil sektoru müəssisələrinə, onlarda aşağıdakı beynəlxalq standartların tətbiqi üzrə öz xidmətlərini təklif edir:

  • ISO 9001:2015 Beynəlxalq standartı

    ISO 9001:2015 Beynəlxalq standartı

    ISO 9001 beynəlxalq standartında keyfiyyəti idarəetmə sisteminin əsas tələbləri qismində istehlakçının mənafeyinin qorunması, prosesin səmərəliliyinin təmin edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, düzgün qərar qəbuletmə mexanizmi, istehsalçı ilə istehlakçı arasındakı müştərək maraqlardan doğan qarşılıqlı əlaqələrin vacibliyi kimi prinsiplər əsas götürülür.

    Daha ətraflı
  • ISO 14001: 2015 Beynəlxalq standartı

    ISO 14001: 2015 Beynəlxalq standartı

    ISO 14001: 2015 təşkilatın ətraf mühiti idarəetmə sisteminə tələbləri müəyyən edən beynəlxalq standartdır. Bu standart Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) 207 saylı Texniki Komitəsi tərəfindən hazırlanıb. ISO 14001: 2015 təşkilatların resurslardan effektiv istifadə edilməsi və tullantıların azaldılması hesabına özlərinin ətraf mühit performasını artırmasına, eyni zamanda rəqabət üstünlükləri əldə etməsinə və maraqlı tərəflərin inam və etibarını qazanmasına kömək edir.

    Daha ətraflı
  • ISO 45001:2018 Beynəlxalq standartı

    ISO 45001:2018 Beynəlxalq standartı

    Dünyada hər gün iş qəzalarından və ya peşə xəstəliklərindən minlərlə insan vəfat edir, on minlərlə insan şikəst olur. Həm işəgötürənlər, həm də bütövlükdə iqtisadiyyat üçün peşə yaralanmaları və xəstəliklər ciddi problemlər yaradır ki, bu da erkən pensiyaya çıxma, və sığorta haqlarının yüksəldilməsinə gətirib çıxaran itkilərə səbəb olur.

    Daha ətraflı

Tərəfdaşlar