MƏSLƏHƏT

Elm və təhsil

Heç şübhəsiz elm və təhsilin ölkənin inkişafında danılmaz rolu vardır. Gündən-gündən kəskinləşən rəqabət mövcud bazarda beynəlxalq standartların bu sektorda da fəaliyyət göstərən müəssisələrdə tətbiqinə zəmin formalaşdırmış, həmin sektorun xüsusiyyətlərini nəzərə alan yeni standartların işlənilməsinə diqqət artırılmışdır.

Məhz bu tendensiyanın nəzərə alan Assosiasiya ölkəmizdə elm və təhsil sektorunda fəaliyyət göstərən müəssisələrdə beynəlxalq standartların tətbiqi üzrə bir sıra fəaliyyətlər həyata keçirməyə başlamışdır. Təşkilatımız Azərbaycanda ilk dəfə olaraq bir ali təhsil müəssisəsi olan Azərbaycan Texnologiya Universitetində ISO 9001:2015. "Keyfiyyəti idarəetmə sistemləri - Tələblər" beynəlxalq standartının tətbiqi üzrə məsləhət layihəsini icra etmişdir. Bununla yanaşı mütəxəssislərimiz ISO 29990:2010. "Qeyri-formal təhsil və təlim üzrə tədris xidmətləri - Xidmət tədarükçülərinə olan əsas tələblər" beynəlxalq standartının tətbiqi ilə bağlı Azərsu ASC-nin Təlim və İnnovasiyalar Mərkəzində məsləhət layihəsi həyata keçirmiş və adı çəkilən mərkəz qeyd edilən standart üzrə sertifikatlaşmadan uğurla keçmişdir.

Təhsil müəssisə və təşkilatları tərəfindən tətbiqi edilə bilən beynəlxalq standartlar haqqında informasiya aşağıda təqdim edilmişdir. Biz bu beynəlxalq standartların tələblərinə uyğun idarəetmə sistemini qurmaq istəyən müəssisə və təşkilatlara məsləhət xidmətlərimizi təklif edirik.

  • ISO 21001:2018

    ISO 21001:2018

    Elm və təhsil sektorunun spesefikliyini nəzərə alaraq Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) yeni seriyalı standartın işlənib hazırlanmasına qərar vermiş və 2018-ci ildə ISO 21001:2018. "Təhsil təşkilatları - Təhsil təşkilatları üçün idarəetmə sistemləri - İstifadə üçün rəhbəredici göstərişlərlə birlikdə tələblər" beynəlxalq standarını nəşr etmişdir.

    Daha ətraflı
  • ISO 14001: 2015 Beynəlxalq standartı

    ISO 14001: 2015 Beynəlxalq standartı

    ISO 14001: 2015 təşkilatın ətraf mühiti idarəetmə sisteminə tələbləri müəyyən edən beynəlxalq standartdır. Bu standart Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) 207 saylı Texniki Komitəsi tərəfindən hazırlanıb. ISO 14001: 2015 təşkilatların resurslardan effektiv istifadə edilməsi və tullantıların azaldılması hesabına özlərinin ətraf mühit performasını artırmasına, eyni zamanda rəqabət üstünlükləri əldə etməsinə və maraqlı tərəflərin inam və etibarını qazanmasına kömək edir.

    Daha ətraflı
  • ISO 9001:2015 Beynəlxalq standartı

    ISO 9001:2015 Beynəlxalq standartı

    ISO 9001 beynəlxalq standartında keyfiyyəti idarəetmə sisteminin əsas tələbləri qismində istehlakçının mənafeyinin qorunması, prosesin səmərəliliyinin təmin edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, düzgün qərar qəbuletmə mexanizmi, istehsalçı ilə istehlakçı arasındakı müştərək maraqlardan doğan qarşılıqlı əlaqələrin vacibliyi kimi prinsiplər əsas götürülür.

    Daha ətraflı

Tərəfdaşlar