MƏSLƏHƏT

ISO 14001: 2015. "Ətraf mühiti idarəetmə sistemləri - Tələblərlə birlikdə istifadə üzrə rəhbərlik" beynəlxalq standartı

ISO 14001: 2015 təşkilatın ətraf mühiti idarəetmə sisteminə tələbləri müəyyən edən beynəlxalq standartdır. Bu standart Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) 207 saylı Texniki Komitəsi tərəfindən hazırlanıb. ISO 14001: 2015 təşkilatların resurslardan effektiv istifadə edilməsi və tullantıların azaldılması hesabına özlərinin ətraf mühit performasını artırmasına, eyni zamanda rəqabət üstünlükləri əldə etməsinə və maraqlı tərəflərin inam və etibarını qazanmasına kömək edir.

ISO 14001: 2015 ətraf mühit, təşkilatın özü və maraqlı tərəflər üçün dəyər kəsb edən təşkilatın ətraf mühiti idarəetmə sisteminin nəzərdə tutulan nəticələrə nail olmasına imkan yaradır.

Təşkilatın ətraf mühit üzrə siyasətinə uyğun olaraq, ətraf mühiti idarəetmə sisteminin nəzərdə tutulan nəticələri aşağıdakıları özündə ehtiva edir:

  • ətraf mühit performansının artırılması;
  • uyğunluğun təmin ediiməsi üzrə öhdəliklərin yerinə yetirilməsi;
  • ətraf mühit üzrə məqsədlərə nail olunması.

ISO 14001 standartının tətbiqi təşkilatda enerjidən və sudan istifadənin azaldılması, qanunvericiliyin tələblərini sistemli şəkildə yerinə yetirilməsi və ümumi ətraf mühit performansının artırılması da daxil olmaqla maqarlı tərəflər qarşısında onun etibarını artırır.

ISO 14001: 2015 standartı nə üçün lazımdır?

ISO 14001: 2015 standartı təşkiltın resurslardan effektiv istifadə etmək və tullantıları azaltmaq yolu ilə özünün ətraf mühit performansının artırılmasına nail olmaq, həmçinin ətraf mühitin mühafizəsi ilə bağlı normativ əsası təmin etmək üçün lazımdır.

ISO 14001: 2015 standartının tətbiqi təşkilata hansı fayda və üstünlükləri təmin edir?

ISO 14001: 2015 standartının tətbiqi:

  • enerjiyə qənaət edilməsi;
  • təşkilatın ətraf mühitlə bağlı risklərinin azalması;
  • ətraf mühitə olan mənfi təsirlər üzərində müntəzəm nəzarət imkanın yaranması;
  • enerji və resurslara qənaət olunması, bununla bağlı xərclərin azalması;
  • təşkilatın fəaliyyətini qanunverici və normativ tələblərə uyğunlaşdırmaq imkanının yaranması;
  • tullantılarla bağlı xərclərin azalması;
  • resurslardan daha effektiv istifadə nəticəsində təşkilatın gəlirlərinin artması.
  • müştərilər və sifarişçilər tərəfindən təşkilata olan inam və etibarın artması;
  • xarici bazarlara giriş imkanlarının artmasə.

ISO 14001:2015 standartının tələblərinə uyğun olaraq ətraf mühiti idarəetmə sisteminin işlənilməsi və tətbiqi üzrə məsləhət xidməti

Keyfiyyət Assosiasiyası olaraq Biz təşkilatlarda ISO 14001:2015 standartına uyğun ətraf mühiti idarəetmə sisteminin işlənilməsi, tətbiqi, mövcud sistemin davamlı olaraq yaxşılaşdırılması, bütövlükdə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı məsləhət xidməti, eyni zamanda effektiv həll variantlarını təklif edirik.

Biz göstərdiyimiz məsləhət xidmətlərini Azərbaycan dilinə tərcümə edərək hazırladığımız ISO 14001:2015 standartının tələblərinə və mütəxəssislərimizin işlədiyi metodika və prosedurlara uyğun şəkildə həyata keçiririk

Bizim məsləhət xidməti çərçivəsində istifadə etdiyimiz metod və alətlər təşkilatda biznes proseslərin effektivliyinin artırılmasına, idarəetmənin və təşkilatdaxili əlaqənin yaxşılaşdırılmasına, bütün fəaliyyətlər üzrə geniş izləmə və nəzarət sisteminin qurulmasına kömək edir.

Biz məsləhət layihəsini həya keçirərkən hazırladığımız praktik tövsiyələri təqdim etməklə təşkilatın daxili resurslar hesabına nəzərdə tutulan nəticələrə nail olunmasına, bu prosesə bütün personalın cəlb olunmasına, davamlı yaxşılaşdırma sisteminin formalaşması yolu ilə bütövlükdə təşkilati fəaliyyətin optimallaşdırılmasına çalışırıq.

Bizim məsləhət layihəmiz aşağıdakı mərhələlər üzrə keçirilir:

Mərhələ 1.
Təşkilatda diaqnostik auditin və mövcud idarəetmə sisteminin təhlilinin aparılması. ISO 14001 standartının tələblərinə uyğun olaraq ƏMİS-in tətbiqi üzrə fəaliyyət planının işlənilməsi.

Mərhələ 2.
Təşkilatın rəhbərləri və mütəxəssislərinə ISO 14001:2015 üzrə təlimin keçirilməsi

Mərhələ 3.
ISO 14001:2015 -in tələblərinə uyğun olaraq zəruri sənədlərin işlənilməsi və ƏMİS proseslərinin təsviri ilə bağlı metodiki köməyin göstərilməsi.

Mərhələ 4.
Daxili auditorlara ISO 14001 və ISO 19011 üzrə təlimlərin keçirilməsi.

Mərhələ 5.
Təşkilatda ISO 14001:2015 -in tələblərinə uyğun olaraq kompleks daxili auditin keçirilməsi.

Mərhələ 6.
ƏMİS-in təhlili və yekun qiymətləndirilməsi. Təşkilatın sertifikatlaşdırma auditinə hazırlanması.

ISO 14001:2015 standart üzrə məsləhət layihəsi çərçivəsində təşkilatın yerinə yetirməli olduğu fəaliyyətlər

1. ƏMİS-in tətbiqi üzrə işlərin təşkilinə cavabdeh olan səlahiyyətli şəxsin təyin olunması;
2. ƏMİS-in tətbiqi prosesinə bütün personalın cəlb olunmasının təmin edilməsi;
3. ƏMİS-in tətbiqi planının yerinə yetirilməsinin təmin edilməsi;
4. Məsləhətçinin tövsiyələri nəzərə alınmaqla və təşkilatın korporativ mədəniyyətinə uyğun olaraq ƏMİS sənədlərinin işlənilməsi;
5. İşlənilmiş sənədlərin və ƏMİS-in tələblərinin təşkilatın cari fəaliyyətində tətbiq olunması.

Tərəfdaşlar