ISO 9001:2015

ISO 9001:2015. "Keyfiyyəti idarəetmə sistemləri – Tələblər" beynəlxalq standartı

ISO 9001:2015 keyfiyyəti idarəetmə sisteminə tələbləri müəyyən edən beynəlxalq standartdır. Bu beynəlxalq standart dünyanın 95 ölkəsinin ekspertlərinin iştirak etdiyi Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) 176 saylı Texniki Komitəsi tərəfindən hazırlanıb.

ISO 9001 beynəlxalq standartında keyfiyyəti idarəetmə sisteminin əsas tələbləri qismində istehlakçının mənafeyinin qorunması, prosesin səmərəliliyinin təmin edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, düzgün qərar qəbuletmə mexanizmi, istehsalçı ilə istehlakçı arasındakı müştərək maraqlardan doğan qarşılıqlı əlaqələrin vacibliyi kimi prinsiplər əsas götürülür.

ISO 9001:2015 standartı nə üçün lazımdır?

ISO 9001:2015 standartı:

  • təşkilatın davamlı inkişafının təmin olunması,
  • istehsal göstəricilərinin yaxşılaşdırılması,
  • müştərilərin ehtiyac və gözləntilərinin, eyni zamanda tələbatlarının fasiləsiz təmin olunması,
  • məhsul və xidmətlərin keyfiyyətinin artırılması

üçün lazımdır.

ISO 9001:2015 standartına uyğun keyfiyyəti idarəetmə sisteminin tətbiqi təşkilata hansı fayda və üstünlükləri təmin edir?

ISO 9001:2015 standartına uyğun keyfiyyəti idarəetmə sisteminin tətbiqi:

1. Təşkilatda biznes proseslərin inteqrasiyasının yaxşılaşması;
2. Bütövlükdə idarəetmənin səmərəliliyinin artması;
3. Təşkilatın fəaliyyətinin qanunverici və normativ tələblərə uyğunlaşdırılması prosesinin asanlaşması;
4. Resurslardan daha effektiv istifadə nəticəsində təşkilatın gəlirləri artması;
5. Müştərilərin və sifarişçilərin tələblərinə cavab verən məhsul və xidmətləri təqdim etmək imkanlarının yaranması;
6. Təşkilatın tenderlərdə əlavə üstünlük əldə etmə imkanın yaranması;
7. Təşkilatın xarici bazarlara giriş imkanlarının artması kimi fayda və üstünlükləri təmin edir.

ISO 9001:2015 standartının tələblərinə uyğun olaraq keyfiyyəti idarəetmə sisteminin işlənilməsi və tətbiqi üzrə məsləhət xidməti

Keyfiyyət Assosiasiyası olaraq Biz təşkilatlarda ISO 9001:2015 standartına uyğun idarəetmə sisteminin işlənilməsi, tətbiqi, mövcud sistemin davamlı olaraq yaxşılaşdırılması, bütövlükdə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı məsləhət xidməti, eyni zamanda effektiv həll variantlarını təklif edirik.

Biz göstərdiyimiz məsləhət xidmətlərini Azərbaycan dilinə tərcümə edərək hazırladığımız ISO 9001:2015 standartının tələblərinə və mütəxəssislərimizin işlədiyi metodika və prosedurlara uyğun şəkildə həyata keçiririk

Bizim məsləhət xidməti çərçivəsində istifadə etdiyimiz metod və alətlər təşkilatda biznes proseslərin effektivliyinin artırılmasına, idarəetmənin və təşkilatdaxili əlaqənin yaxşılaşdırılmasına, bütün fəaliyyətlər üzrə geniş izləmə və nəzarət sisteminin qurulmasına kömək edir.

Biz məsləhət layihəsini həya keçirərkən hazırladığımız praktik tövsiyələri təqdim etməklə təşkilatın daxili resurslar hesabına nəzərdə tutulan nəticələrə nail olunmasına, bu prosesə bütün personalın cəlb olunmasına, davamlı yaxşılaşdırma sisteminin formalaşması yolu ilə bütövlükdə təşkilati fəaliyyətin optimallaşdırılmasına çalışırıq.

Bizim məsləhət layihəmiz aşağıdakı mərhələlər üzrə keçirilir:

Mərhələ 1. Təşkilatda diaqnostik auditin və mövcud idarəetmə sisteminin təhlilinin aparılması. ISO 9001 standartının tələblərinə uyğun olaraq KİS-in tətbiqi üzrə fəaliyyət planının işlənilməsi.
Mərhələ 2. Təşkilatın rəhbərləri və mütəxəssislərinə ISO 9001:2015 üzrə təlimin keçirilməsi
Mərhələ 3. ISO 9001:2015 -in tələblərinə uyğun olaraq zəruri sənədlərin işlənilməsi və KİS proseslərinin təsviri ilə bağlı metodiki köməyin göstərilməsi.
Mərhələ 4. Daxili auditorlara ISO 9001 və ISO 19011 üzrə təlimlərin keçirilməsi.
Mərhələ 5. Təşkilatda ISO 9001:2015 -in tələblərinə uyğun olaraq kompleks daxili auditin keçirilməsi.
Mərhələ 6. KİS-in təhlili və yekun qiymətləndirilməsi. Təşkilatın sertifikatlaşdırma auditinə hazırlanması.

ISO 9001:2015 standart üzrə məsləhət layihəsi çərçivəsində təşkilatın yerinə yetirməli olduğu fəaliyyətlər

1. KİS-in tətbiqi üzrə işlərin təşkilinə cavabdeh olan səlahiyyətli şəxsin təyin olunması;
2. KİS-in tətbiqi prosesinə bütün personalın cəlb olunmasının təmin edilməsi;
3. KİS-in tətbiqi planının yerinə yetirilməsinin təmin edilməsi;
4. Məsləhətçinin tövsiyələri nəzərə alınmaqla və təşkilatın korporativ mədəniyyətinə uyğun olaraq KİS sənədlərinin işlənilməsi;
5. İşlənilmiş sənədlərin və KİS-in tələblərinin təşkilatın cari fəaliyyətində tətbiq olunması.

Tərəfdaşlar