Voice of quality
in Azerbaijan

“QUALITY ASSOCIATION” PUBLIC UNION

“Keyfiyyə Assosiasiyası” İctimai Birliyi (bundan sonra - KAİB) keyfiyyət və idarəetmə sahəsində yenilikçi idayaları ilə fərqlənən intelektual, peşəkar və böyük təcrübəyə malik insanları birləşdirən, ölkəmizdə istehsal olunan məhsul və göstərilən xidmətlərin keyfiyyətli və rəqabətqabiliyyətli olması üçün effektiv həll variantlarını təklif edən qeyri-hökümət təşkilatıdır.

KAİB 2007-ci il noyabrın 25-də təsis edilib. 2008-ci il oktyabrın 30-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınıb.

KAİB-in yaradılmasında əsas məqsəd Azərbaycanda keyfiyyət, idarəetmə, standartlaşdırma, sertifikatlaşdırma, metrologiya, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahələrinin inkişafına kömək etmək, ölkəmizdə istehsal olunan məhsulların və göstərilən xidmətlərin keyfiyyətli və rəqabətqabiliyyətli olması üçün marifçilik fəaliyyətini həyata keçirməkdir. Azərbaycanın sosial-iqtisadi inkişafına yönəlik bütün təşəbbüsləri dəstəkləyən KAİB yüksək bilik, bacarıq və təşəbbüskarlığa malik kadrları ətrafında toplayaraq iqtisadiyyatımızın rəqabət gücünün artırılmasına öz fəaliyyəti ilə töhvə verməyə çalışır.

  • Vision

    Vision

    Azərbaycanda keyfiyyətin ünvanı olmaq.

  • Mission

    Mission

    Keyfiyyəti cəmiyyətin hər bir subyektinin prioritetinə çevirmək.

  • Values

    Values

    Keyfiyyət: Keyfiyyət məsələlərində heç bir zaman güzəştə getməmək.

    Məsuliyyət: Keyfiyyətlə bağlı götürdüyümüz bütün öhdəliklərə əməl etmək.

    Əməkdaşlıq: Keyfiyyət məsələlərində cəmiyyətin hər bir subyekti ilə əməkdaşlığa açıq olmaq.

Partners