Donorlar
- Association
- Projects
- Donorlar
Donorlar
Keyfiyyət Assosiasiya tərəfindən həyata keçirilən layihələrə aşağıdakı yerli və
beynəlxalq təşkilatlar texniki və maliyyə dəstəyi göstərmişdir:
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID)
“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi ilə “Təmiz Şəhər” ASC arasında 27 Mart 2017-ci tarixli müqaviləyə əsasən təşkilatımızın mütəxəssisləri tərəfindən adı çəkilən müəssisədə “ISO14001:2004 Ətraf mühitinin idarəetmə sistemləri – Tələblər” və “OHSAS 18001:2007 Peşə sağlamlığı və əməyin təhlükəsizliyinin qiymətləndirilməsi seriyaları” beynəlxalq idarəetmə standartlarının tələblərinə uyğun idarəetmə sisteminin auditi keçirilmişdir. Audit uğurla keçirilmiş və sonda Assosiasiyanın auditorları tərəfindən aşkarlanmış uyğunsuzluqları və təklifləri özündə əks etdirən hesabat hazırlanaraq müəssisəyə təqdim edilmişdir.
“Təmiz Şəhər” ASC 12 mart 2009-cu ildə dövlət qeydiyyatına alınmış və öz fəaliyyətinə başlamışdır. “Təmiz Şəhər” ASC dövlət müəssisəsi olmaqla, öz təsərrüfat fəaliyyətini müstəqil qurmuşdur, onun ümumi idarəetmə və fəaliyyətinə nəzarət səlahiyyətləri təsisçi qismində Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və İqtisadi İnkişaf Nazirliyi, həmçinin İqtisadi İnkişaf Nazirliyinin formalaşdırdığı Müşahidə Şurası tərəfindən həyata keçirilir.
Müəssisəyə tullantıların yerləşdirilməsini və utilizasiyasını müasir standartlara cavab verən şəkildə qurmaq və idarə etmək, bu prosesi mütəşəkkil qaydada həyata keçirmək, həmçinin şəhərin ekoloji vəziyyətini yaxşılaşdırmaq və qeyd olunan sahənin gələcəkdə mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirmək həvalə olunmuşdur.
AR Prezidenti yanında QHT-lərə dəstək şurası

Dünya Bankı
Dünya Bankı – (DB, ing. World Bank, WB) inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki yardımın göstərilməsi məqsədi ilə yaradılmış beynəlxalq maliyyə təşkilatıdır.
Öz inkişafı prosesində DB müxtəlif struktur dəyişikliklərə məruz qalmışdır, buna görə də müxtəlif mərhələlərdə DB termini altında müxtəlif təşkilatlar başa düşülürdü.
Əvvəlcə DB İkinci Dünya Müharibəsindən sonra Qərbi Avropaya və Yaponiyaya bərpa edilmək üçün maliyyə dəstəyini həyata keçirən Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə əlaqələndirilirdi. Sonra 1960-cı ildə bu bankın siyasəti ilə bağlı olan funksiyalarının bir hissəsini öz üzərinə götürmüş Beynəlxalq İnkişaf Assosiasiyası yaradıldı.
DB Qrupu dedikdə aşağıdakı qurumlar nəzərdə tutulur:
- Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı,
- Beynəlxalq İnkişaf Assosiasiyası,
- Beynəlxalq Maliyyə Korporasiyası,
- İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik və
- İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz
DB-nın əsas fəaliyyət istiqamətləri
DB-nın tərkibinə bir-biri ilə sıx əlaqəli olan iki təşkilat - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) - beynəlxalq maliyyə bazarlarına çıxışı olmayan və ya əlverişsiz şərtlərlə çıxışı olan ölkələrə aşağı faiz dərəcəsi ilə, 0 (sıfır) faiz dərəcəsi ilə və ya qrant şəklində borclar verir.
Digər maliyyə institutlarından fərqli olaraq DB mənfəət əldə etmək məqsədi daşımır. BYİB bazar əsasında fəaliyyət göstərir və özünün inkişaf etməkdə olan ölkələrdən olan müştərilərinə aşağı faizlə kredit verə bilmək üçün, ona aşağı faizlə kredit almaq imkanı verən yüksək kredit reytinqindən istifadə edir. Bu fəaliyyət ilə bağlı əməliyyat xərclərini Bank xarici mənbələrdən istifadə etməyərək öz vəsaitləri hesabına ödəyir.
DB fəaliyyətini inkişaf etməkdə olan ölkələrdə əsasən aşağıdakı sahələrə yönəldib:
- insani inkişaf (məs. təhsil, sağlamlıq)
- kənd təsərrüfatı və kəndlərin inkişafı (məs. irriqasiya, kəndlərə gostərilən xidmətlər)
- ətraf mühitin qorunması (məs. çirklənmənin azaldılması)
- infrastruktur (məs. yollar, şəhərlərin artması, elektrik təchizatı)
- idarəetmə (məs. anti-korrupsiya, qanuni institutların inkişaf etdirilməsi)
DB Qrupu BMT-in ixtisaslaşmış qurumlarından biridir və onun 185 üzvü vardır.Təşkilatın baş qərargahı Vaşinqtonda yerləşir. Ənənəyə uyğun olaraq , Dünya Bankının Prezidenti ən iri səhmdar ölkənin vətəndaşı olmalıdır.
Prezident 5 illik müddətə seçilir və nəzarəti həyata keçirir.
Avropa Yenidənqurma və İnkişaf Bankı
Qloballaşma mərhələsində dünyada iqtisadi tənzimləmələr, təcrübə və maliyyə transferi istiqamətində bir nəçə regional və qlobal iqtisadi təşkilatlar qurulmuşdur ki, bunlardan biri də Avropa Yenidənqurma və İnkişaf Bankıdır (AYİB, ing. European Bank for Reconstruction and Development, EBRD). Bu təşkilat Avropada iqtisadi tənzimləmələr, məlumat və maliyyə mənbələri transferi kimi əhəmiyyətli layihələri həyata keçirir.
AYİB Mərkəzi Avropa və Mərkəzi Asiya ölkələrində biznesin inkişafını dəstəklək, özünün maliyyə investisiyaları, biznes xidmətləri və yüksək səviyyəli dialoqu vasitəsilə sahibkarlığı təşviq etmək və həyat şəraitini yaxsılaşdırmağa kömək etmək məqsədilə 1991-ci ildə yaradılmışdır.
AYİB-in fərdi yanaşmalarının məqsədi bazar iqtisadiyyatına ardıcıl keçidin sürətləndirilməsində iştirak, innovasiya, inkişaf və şəffaflığı təşviq etməkdir. AYİB məqsədlərindən biri də Mərkəzi və Şərqi Avropa ölkələrinin iqtisadiyyatının dünya təsərrüfat sisteminə inteqrasiyasına kömək etməkdir.
AYİB-in təklif etdiyi xidmətlər
Maliyyə investisiya layihələri bizim əməliyyatların əsasını təşkil edir. Bundan əlavə, Bank biznes məsləhət xidmətləri ilə təmin edir, ticarət, maliyyə və sindikatlaşdırılmış kreditə təşviq edir.
Fəaliyyət yeri
AYİB Cənub və Şərqi Aralıq dənizindən Mərkəzi və Şərqi Avropaya, eləcə də Mərkəzi Asiyayadək geniş bir coğrafiyada 30-dan çox ölkədə fəaliyyət göstərir. Bankın əsas ofisi Böyük Britaniyada yerləşir.
Fəaliyyət göstərdiyi biznes sahələri
Bankın əməliyyatları kənd təsərrüfatından tutmuş infrastruktura, nəqliyyata qədər bütün sənaye sahələrini əhatə edir.
Fəaliyyətinin başqa istiqamətləri
İqtisadi təcrübə: Bankın iqtisadçılardan ibarət komandası regional mütəxəssis rəyləri və proqnozları ilə təmin edir.
Siyasi rolu: AYİB əlverişli iqtisadi şərait yaratmaq və yaşayış səviyyəsini yaxşılaşdırmaq məqsədilə müntəzəm olaraq hökumətlərlə, iş adamları ilə və regionları təmsil edən rəsmilərlə siyasi dialoqlar aparır.