Kitabxana

Edvards Deminq adına Kitabxana

Hörmətli amerikalı alim-statistik, keyfiyyət qurularından biri olan Edvards Deminqin adına
daşıyan kitabxanamız keyfiyyət və idarəetmə ilə bağlı yüzlərlə kitab, jurnal, məqalələri
özündə cəmləyir. Bu sahələrdə ixtisaslaşmış mütəxəssislər habelə karyerasını bu
istiqamətlərdə qurmaq istəyən tələbə, magist və digər maraqlı şəxslər kitabxanamız
adı çəkilən resurslarından istifadə edə bilərlər.

KİTABXANANIN İŞ REJİMİ

Kitabxana həftə içi hər gün saat 9:00-dan 18:00-a kimi fəaliyyət
göstərir. Şənbə günləri kitabxana saat 10:00-da açılır və 18:00-da
bağlanılır. Bazar və bayram günlərində kitabxana işləmir.

Kitabxana öz istifadəçiləri üçün aşağıdakı xidmətləri təklif edir.

1. Kitab, jurnal, məqalə və s. resurslardan kitabxanadan ayrılmadan istifadə edilməsi İstifadəçilər kitabxanaçıya yaxınlaşmaqla istədikləri sayda kitab, jurnal və digər materialları götürə və kitabxanadan çıxartmamaq şərtilə elə oradaca onlardan istifadə edə bilərlər.

2. İT-dən (kompüter, internet) ödənişsiz istifadə

Kitabxana üzvləri kitabxanada olduqları müddət ərzində elektron resurslardan yararlana bilmələri üçün kompüter və internetlə təmin edilirlər. Bu resurslardan istifadə müddəti kitabxanadakı istifadəçilərin sayından asılı olaraq 1-2 saat arasında dəyişə bilər.

3. Kitab və jurnalların oxumaq üçün evə verilməsi.

İstifadəçilər kitabxanadakı resurslardan elə oradaca yararlanmaqla yanaşı müəyyən kitab və jurnalları, o cümlədən digər nəşrləri özləri ilə birlikdə evə apara bilərlər. Onların evə verilməsi onların mövcud sayı və oxunma tezliyindən asılı olaraq 1-2 həftə təşkil edə bilər.

4. Müəllif hüququqlarına görə verilməsinə və ya yüklənilməsinə icazə verilən resursların istifadəçilərə təqdim edilməsi

Kitabxanamız elektorn formada olan resursların istifadəçilərə verilməsi və yaxud elektron bazadan yüklənilməsini təmin edir. Bu zaman Assosiasiya müəllif hüquqlarını nəzərə alır.

5. Sürətçıxarma

İstifadəçilər müəllif hüquqlarını pozmadan kitabxanadakı resursların üzünü çıxartmaq imkanı təqdim edilir. Kitabxanadakı sürətçıxartma aparatı vasitəsilə istifadəçilər ödənişli əsaslarla istədikləri resursları ağ-qara formada sürətlərini çıxara bilərlə.

6. Kitabların və jurnalların güzəştli qiymətlərlə satışı

Kitabxanamızda təqdim oluan bir sira resurslardan (kitab, jurnal və s.) yararlanan istifadəçilər bu resursları güzəştli qiymətlərlə əldə edə bilərlər.

Kitabxana resurslarından istifadə edən şəxslər ya Assosiasiyanın üzvü olmalı ya da
kitabxanaya yazılmalıdırlar. Assosiasiyanın üzvləri avtomatik olaraq kitabxanamızın üzvləri
hesab olunurlar. Onlara verilən üzvlük kartları kitabxana əməliyyatları zamanı sənəd
kimi qəbul edilir.

Assosiasiyaya üzv olmayan şəxslərə gəlincə onlar şəxsiyyət vəsiqələrinin sürətini təqdim
etmək, müvafiq anketi doldurmaq və ödəniş haqqını (ildə 20 Azn) ödəməklə
kitabxanamızın üzvünə çevrilə bilərlər.

Əvvəldə də qeyd olunduğu kimi Assosiasiyamıza üzv olmayan şəxslər kitabxanaya yazılmaq üçün illik 20 azn ödəməlidir. Bu məbləği ödəyən şəxs ödəniş etdiyi gündən etibarən kitabxanamıza yazılmış hesab olunur. O, kitabxanaya üzvlyünü davam etdirmək istəyirsə, növbəti il həmin tarixdə yenidən ödəniş etməlidir.

Kitabxanadan götürülən resursların vaxtında geri qaytarılmaması və ya gec qaytarılması hallarında hər günə görə 1 azn miqdarında cərimə tətbiq edilir. Cəriməni ödəməyən şəxslərin üzvlükləri ləğv edilir.

Bütün ödənişlər nağd və ya köçürmə formasında həyata keçirilə bilər.

Partners