Korporativ üzvlük

Qızıl üzv

Assosiasiyaya üzv olmaqla korporativ üzvlər üçün
təqdim etdilən bütün resurslardan ən üstün şərtlər
və güzəştlərlə yaralanın!

Annual / 1500
Memebership booklet

Benefits

Keyfiyyət şəbəkəsinin üzvü olmaq
Keyfiyyət Assosiasiyası öz ətrafında keyfiyyət və idarəetmə sahəsində fəaliyyət göstərən şəxslərlə yanaşı keyfiyyət təfəkkürlü şirkət və təşkilatları da öz ətrafında birləşdirir. Siz Assosiasiyanın üzvü olmaqla təcrübə mübadiləsi əldə edəcəyiniz bir platformanın üzvü, səsinizi dövlət və digər strukturlara çatdıran bir şəbəkənin parçası olacaqsınız.

Korporativ təlimlərdə güzəştlər
Assosiasiya yerli şirkət və təşkilatlar üçün keyfiyyət və idarəetmə sistemləri mövzusunda müxtəlif təlimlər təşkil edir. Təşkilatımızın üzvü olmaqla siz bizdən əldə etmək istədiyiniz korporativ təlimlərdə 15 % güzəşt əldə edəcəksiniz.

Ödənişsiz təlim almaq
Assosiasiya vaxtaşırı olaraq öz üzvləri və ona üzv olmayan şəxs və şirkət/təşkilatlar üçün müxtəlif mövzularda təlim və seminarlar təşkil edir. "Qızıl" üzvlərimiz 5 işçisini bu tədbirlərə göndərə bilərlər.

Nəşrləri güzəştli şərtlərlə əldə etmək
Assosiasiya keyfiyyət və idarəetmə sahəsində kitab, jurnal və digər vəsaitlərin nəşr olunmasını təmin edir. "Qızıl" üzvlər təşkilatımızın nəşrlərini 15 % güzəştllə əldə edə bilirlər.

Audit xidmətlərində güzəştlər
Assosiasiyamızın göstərdiyi xidmətlərdən birini də auditlərin keçirilməsi təşkil edir. Təşkilatımızın daxili audit, təchizatçıların auditi və diaqnostik auditlə bağlı şirkət və təşkilatlara xidmət göstərir. Bu xidmətləri əldə etmək istəyən "Qızıl" üzvlərə 15% güzəşt tətbiq edilir.

Məsləhət layihələrində güzəştlər
Assosiasiyanın ən əsas fəaliyyət istiqamətlərindən birini də yerli müəssisə və təşkilatlara beynəlxaql standartların tətbiqində yardım göstərməkdən ibarətdir. Biz bu məqsədlə müxtəlif beynəlxalq idarəetmə standartlarının tətbiqi üzrə adı çəkilən təşkilatlara məsləhət xidməti göstəririk. Bu proses məsləhət layihələri formasında həyata keçirilir. Assosiasiyanın "Qızıl" üzvlərinə 15 % güzəşt tətbiq edilir.

Pulsuz məsləhət xidməti
Assosiasiya beynəlxalq standartlar və onların müəssisənin performanısın və rəqabətqabiliyyətliliyinin artırılmasındakı rolunu yaxşı bilir. Bu məqsədlə biz üzv şirkət və təşkilatlara fəaliyyətlərində faydalı olacaq standartlar və onların tətbiqinin təsirləri haqqında məlumatlandırırıq. Biz “Qızıl” üzvlərdən bu barədə daxil olan istənilən sualları cavablandırır və pulsuz məsləhətlər veririk.

REKLAM İMKANLARI

Tədbirlər
Assosiasiya tərəfindən il ərzində müxtəlif tədbirlər təşkil edilir. Biz öz üzvlərimizə həmin tədbirlərdə istər məhsulları istərsə də, reklam vasitələrilə özülərini tanıtdırmaq imkanı təqdim edirik. "Qızıl" üzvlər tədbirlərdə öz reklam banerlərini yerləşdirə və reklam materiallarını paylaya bilərlər.

Sosial media
Sosial media vasitəsilə tanınma artıq dövrümüzün danılmaz reallığına çevrilmişdir. Assosiasiya sosial mediadakı profilləri vasitəsilə “Qızıl” üzvlərin facebook səhifələrinin bəyənilməsini və üzv haqqında ay ərzində 4 postu yayımlamağı öz üzərinə götürür.

Sayt
Assosiasiya sosial şəbəkələrlə yanaşı saytından da üzvlər və onların təklif etdikləri xidmətlərin reklamını həyata keçirir. Təşkilatımızın üzvü olan "Qızıl" üzvlərin ay ərzində 5 reklam banerlərinin saytımıza aid səhifələrdə yerləşdirilməsini təmin edir.

Keyfiyyət Akademiyasının kitabxanasından istifadə
Keyfiyyət Akademiyasının nəzdində fəaliyyət göstərən E. Deminq adına kitabxanada keyfiyyət və idarəetmə ilə bağlı kitab, jurnallar olmaqla müxtəlif maddi və elektron resurslar mövcuddur. Bu resurslar korporativ üzvlərimizin işçilərinə keyfiyyət və idarəetmə sahəsində biliklərini artırmaq və fəaliyyətlərində tətbiq üçün əvəzedilməz bir imkandır.

“Keyfiyyət və menecment” jurnalına güzəştli qiymətlərlə abunə olmaq
Assosiasiyamızın əsas fəaliyyət istiqamətlərindən birini də “Keyfiyyət və menecment” adlı jurnal təşkil edir. Jurnalda keyfiyyət və idarəetmə sahəsində istər yerli, istərsə də xarici mütəxəssislərin məqalələrinə geniş yer verilir. Korporativ üzvlərimizin işçiləri bu nəşrlərlə keyfiyyət üzrə peşəkarların yazdığı məqalə, praktiki nümunələr və tövsiyələri oxuyub maariflənmək imkanı əldə edirlər. "Qızıl" üzvlərimizin işçiləri bu nəşrləri 20% güzəştlə ala və ya abunə ola bilərlər!

Keyfiyyət Assosiasiyasının digər nəşrlərini pulsuz və ya güzəştli qiymətlərlə əldə etmək
Assosiasiya jurnal və büllitenlə yanaşı müxtəlif kitab və standartların çapını həyata keçirir. "Qızıl" üzvlərimizin işçiləri adı çəkilən nəşrləri ya ödənişsiz, ya da 20% güzəştli şərtlərlə əldə edə bilərlər.

Forum və konfranslarda güzəştli qiymətlərlə iştirak etmək
Assosiasiya həm ölkəmizdə, həm də ondan kənarda üzvlərinin forum və konfranslarda iştirak etməsi üçün zəruri tədbirlər görür. Bu tədbirlərdə iştirak üçün həyata keçirilən ödənişlərdə "Qızıl" üzvlərin işçilərinə 15 % güzəşt tətbiq olunur.

Keyfiyyət qruplarında təşkil olunacaq müzakirələrə qatılmaq
Assosiasiya hər il öz üzvləri ilə görüş təşkil edərək keyfiyyət və idarəetmə ilə bağlı fikir mübadiləsi edir və Assosiasiyanın fəaliyyətini müzakirə edir. "Qızıl" üzv olan şirkətlərin işçiləri bu tədbirlərə qoşularaq ideyaları və təcrübələrini bolüşmək imkanı qazanırlar!

Standart, kitab və digər resursların tərcüməsi və yazılmasında iştirak etmək
Keyfiyyət sahəsinin inkişafında ən mühüm aspektlərdən biri də kitabların nəşri, habelə xarici ədəbiyyatların ana dilimizə tərcüməsi təşkil edir. Assosiasiya bu istiqamətdə peşəkar və savadlı mütəxəssislərinin xidmətlərindən yararlanmaqdadır. "Qızıl" üzvlərimizin işçiləri də keyfiyyət üzrə standart, kitab və digər resursların tərcüməsi və yazılmasında iştirak edərək tanınmaq imkanı əldə edə bilirlər.

Keyfiyyət qruplarının sosial şəbəkələrdəki qapalı qruplarına daxil edilmək
Bu gün istənilən təşəbbüslərin icrasının effektivliyində sosial şəbəkələrin rolu getdikcə artır. Sosial şəbəkələr eyni düşüncəli insanların öz fikirlərini və qabaqcıl təcrübələri bölüşdükləri bir məkana çevrilmişdir. Assosiasiya sosial şəbəkədəki səhifələri və Youtube kanalı vasitəsilə "Qızıl" üzvlərin işçilərinə keyfiyyətlə bağlı faydalı informasiyaların çatdırılması, habelə onlar üçün resurs bazasının formalaşdırılmasını təmin edir.

Image descriptionPayment rules

Assosiasiyaya üzv olmaq üçün ilk dəfə müraciət edən şəxslər
seçdikləri üzvlük növünə uyğun illik ödənişləri üzvlüyə qəbul olunduğu
gün, artıq üzv olan şəxslər isə üzv olduğu tarixdən gec
olmayaraq baş ofisə təqdim etməlidirlər.

Partners