Fərdi üzvlük

Assosiasiyaya üzv olmaq üçün ilk dəfə müraciət edən şəxslər
seçdikləri üzvlük növünə uyğun illik ödənişləri üzvlüyə qəbul olunduğu
gün, artıq üzv olan şəxslər isə üzv olduğu tarixdən gec
olmayaraq baş ofisə təqdim etməlidirlər.

Image descriptionFərdi üzvlük paketləri

  • Tam üzv

    Tam üzv Assosiasiyanın idarəetmə orqanlarına üzv seçmək, habelə onlara üzv seçilmək imkanı qazanır.

    İllik /150
    Daha ətraflı
  • Peşəkar üzv

    Peşəkar üzvlər Assosiasiyanın təqdim etdiyi faydalarla yanaşı səsvermə hüququnu əldə edir!

    İllik /120
    Daha ətraflı
  • Standart üzv

    Standart üzvlər peşəkar inkişaf, biliklərə yiyələnmə və keyfiyyət şəbəkəsinə üzv olmanın sevincini yaşayırlar.

    İllik /80
    Daha ətraflı
  • Tələbə üzv

    Tələbələr biliklərini artırmağa və karyera qurmağa kömək edəcək keyfiyyət şəbəkəsinə qoşulmaqdan məmnundur!

    İllik /20
    Daha ətraflı

Faydalar

Keyfiyyət sahəsi öyrənməklə karyeranı indidən qurmağa başla və təqdim etdiyimiz imkanlardan istifadə et!

Təlim və seminar güzəştləri
Təlim və seminar tipli tədbirlər hər bir şəxsin peşəkar inkişafında ən mühüm yerlərdən birini tutur. Assosiasiya müxtəlif mövzularda ödənişli təlim və seminarlar kemirməklə keyfiyyət və idarəetmə sahəsində çalışan şəxslərin biliklərinin artırılmasını və peşəkar kadr kimi yetişməsinə töhfə verir. Siz də assosiasiyaya üzv olmaqla bu təlim və seminarlara güzəştli qiymətlərlə qatılın və biliklərinizi artırın!

Ödənişsiz tədbirlərdə iştirak
Assosiasiya müxtəlif mövzularda ödənişli tədbirlər təşkil etməklə yanaşı öz üzvləri üçün ödənişsiz tədbirlər keçirir. Əsasən təlim və seminar formasında olan tədbirlərlə yanaşı üzvlərimiz digər tədbirlərdən də pulsuz olaraq həm tədbirlərimizə canlı qatılmaqla, həm də internet vasitəsilə faydalana bilirlər. Siz də üzv olmaqla bu imkanlardan yararlan!

Personal sertifikatlaşdırmada güzəştlər
Personal sertifikatlaşdırma keyfiyyət sahəsində inkişaf etmək və uğurlu karyera qurmaq istəyən hər bir şəxs üçün böyük əhəmiyyət kəsb edir. Assosiasiya yaxın illərdə kvalifikasiya proqramlarını işləyib hazırlamaqla bu sahədə çalışan insanların inkişafına, yerli şirkətlərin isə ixtisaslı və səriştəli kadrlarla təmin etməyi qarşısına hədəf qoymuşdur. Siz də bizə üzv olmaql personal sertifikatlaşma proqramına güzəştli şərtlərlə qatılaraq karyera qurmaq və inkişaf etdirmək baxımından böyük bir üstünlük əldə edin!

Liderlik imkanları
Assosiasiyamız keyfiyyət və idarəetmə sahəsində ən az 5 il təcrübəsi olan üzvləri təşkilatın fəaliyyətində yaxından iştirak etmək, onun idarəetmə qurumlarına üzv seçmək və onlara üzv seçilmək imkanları təqdim edir. Gəlin üzv olun və Keyfiyyət Assosiasiyasında vəzifə tutmaq və idarə heyətində iştirak etmək hüququ qazanın!

Məsləhətçi, auditor və təlimçi qismində layihələrə cəlb edilmə
Assosiasiya beynəlxalq standartlarının yerli müəssisə və təşkilatlarda uğurlu tətbiqi üçün bu sahədə yüksək kvalifikasiyalı mütəxəssislərdən istifadə edir. Biz istər məsləhət, istəsə də audit və təlimlərimizə ən peşəkar mütəxəssisləri cəlb edirik. Siz də müvafiq kvalifikasiya və təcrübəyə sahib olduqdan sonra məsləhətçi, auditor və təlimçi karyeranıza bizim layihələrdə iştirak etməklə başlaya bilərsiniz!

Bençmarkinq layihələrində iştirak
Assosiasiya istər yerli, istərsə də beynəlxalq səviyyədə ən yaxşı təcrübələrin keyfiyyət sahəsində fəaliyyət göstərən mütəxəssislərin tanış olması üçün ölkəmizdə və xaricdəki şirkətlərə bençmarkinq səfərlərinin təşkilini planlaşdırır. Siz də müxtəlif müəssisələrə səfərlər etməklə onlardakı qabaqcıl təcrübələrlə tanış olun və öyrəndiklərinizi işinizdə tətbiq edin!

KA Karyera Mərkəzi
Təşkilatımızın üzvlərinə göstərdikləri dəstəklərdən biri də onların yerli müəssisələrə işə düzəlməsini təmin etməkdən ibarətdir. Biz bununla həm də yerli müəssisələri keyfiyyətli kadrlarla təchiz edəcəyimizi və onların performanslarını inkişaf etdirəcəyimizi düşünürük. Siz də bizə üzv olaraq CV-ni bizə təqdim edin və işə düzəlmək imkanlarınız artırın!

Keyfiyyətlə bağlı müxtəlif ədəbiyyat və nəşrləri əldə etmək və oxumaqla bu sahə ilə bağlı biliklıərini artır!

Keyfiyyət Akademiyasının kitabxanasından istifadə
Kitabxana Assosiasiyamızın struktur vahidlərindən biri olub onlarla kitab, jurnal və digər resurslara sahibdir. Keyfiyyət və idarəetmə ilə maraqlanan şəxslər bu kitabxanaya yazılmaqla ingilis, türk, rus və azərbaycan dillərində mövcud olan bu resurslardan faydalana bilərlər. Keyfiyyət Assosiasiyasının üzvləri üçün kitabxanadan istiufadə ödənişsizdir. Siz də bizə üzv olmaqla kitabxanamızdan faydalanın və biliklərinizi artırın!

“Keyfiyyət və menecment” jurnalına güzəştli qiymətlərlə abunə olma
Keyfiyyət və idarəetmə sahəsində biliklərini artırmaq istəyən şəxslər üçün ən uyğun resurslardan birini də "Keyfiyyət və Menecment" jurnalı təşkil edir. Jurnalda yerli və xarici mütəxəssislərin keyfiyyət, beynəlxalq standartlar, metrologiya, qida təhlükəsizli, peşə sağlamlığı və əməyin təhlükəsizliyi və s. mövzularda məqalələrini oxuyaraq adı çəkilən mövzular üzrə biliklərinizi dərinləşdirə bilərsiniz. Peşəkarların yazdığı məqalə, praktiki nümunələr və tövsiyyələri oxuyub maariflənmək imkanı əldə edin!

Keyfiyyət Assosiasiyasının digər nəşrlərini pulsuz və ya güzəştli qiymətlərlə əldə etmək
Təşkilatımızın əsas fəaliyyət istiqamətlərindən birini də kitab, standart, jurnal, kitabça və digər resursların nəşri təşkil edir. Bu nəşrlərdən bəziləri ödənişsiz, bir qismi isə güzəştli şərtlərlə üzvlərə təqdim edilir. Bu nəşrləri əldə etməklə keyfiyyət üzrə informasiya resurslarını artırın!

Keyfiyyət cəmiyyətinin bir üzvünə çevril! Keyfiyyət üzrə mütəxəssislərlə tanış olmaq, əlaqə qurmaq, əməkdaşlıq etmək, habelə onların bilik və təcrübələrindən yararlanmaq fürsətini əldən vermə!

Forum və konfranslarda güzəştli qiymətlərlə iştirak etmək
Assosiasiyamız və onun yerli və xarici tərəfdaşları tərəfindən təşkil edilən forum və konfrans tipli tədbirlərdə üzvlərimiz güzəştli şərtlərlə iştirak edə bilərlər. Bu tədbirlər yerli və xarici mütəxəssislərlə görüşmək və fikir mübadiləsi etmək üçün çox böyük bir imkandır. Sən də bizə üzv olmaqla ölkə daxilindəki və xaricindəki mütəxəssislərlə tanış ol və bilik əldə et!

Keyfiyyət qruplarında təşkil olunacaq müzakirələrə qatılmaq
Assosiasiya ona üzv olan şəxslərin təşkilat nəzdində fəaliyyət göstərən işçi qruplarında təmsil olunmasında çox maraqlıdır. Bir qayda olaraq kitab, standart kimi resursların tərcüməsi və yazılması kimi fəaliyyətlərlə məşğul olan üzvlərimiz öz elmi fəaliyyətlərini bu yolla reallaşdıra bilirlər. Bununla yanaşı qrup daxilində digər mütəxəssislərlə tanış olur, fikirlərini və topladıqları təcrübəni bölüşürlər. Sən də Assosiasiyamıza üzv olmaqla qrup üzvləri ilə ideyalarını və qabaqcıl təcrübələri bolüş!

Standart, kitab və digər resursların tərcüməsi və yazılmasında iştirak etmək
Assosiasiya keyfiyyəti idarəetmə, qida təhlükəsizliyi, ətraf mühiti idarəetmə, peşə sağlamlığı və əməyin təhlükəsizliyi və s. mövzulara aid standartların, kitabların və sair resursların tərcüməsini həyata keçirir. Bu işlərin icrası təşkilatımızın nəzdində fəaliyyət göstərən müvafiq işçi qrupların üzərinə düşür. Adı çəkilən işlərin icrasına cəlb olunmuş şəxslərin adları müvafiq resurslarda öz əksini tapır. Keyfiyyət üzrə standart, kitab və digər resursların tərcüməsi və yazılmasında iştirak et və tanınmaq imkanı qazan!

Keyfiyyət qruplarının sosial şəbəkələrdəki qapalı qruplarına daxil edilmək
Biz bütün üzvlərimizi sosial şəbəkələrdə də vahid bir platformada birləşdiririk. Assosiasiyamıza üzv olan şəxslər sosial şəbəkələrimizdə yaradılmış qruplara və seçdikləri işçi qruplarına daxil edilirlər. Sən də Assosiasiyaya üzv ol və günboyu Whatsapp, Facebook və Youtube kanalındakı səhifələrimizə daxil olub mütəxəssislərlə əlaqə qur və resurslardan istifadə et!

Image descriptionÖdəniş qaydaları

Assosiasiyaya üzv olmaq üçün ilk dəfə müraciət edən şəxslər
seçdikləri üzvlük növünə uyğun illik ödənişləri üzvlüyə qəbul olunduğu
gün, artıq üzv olan şəxslər isə üzv olduğu tarixdən gec
olmayaraq baş ofisə təqdim etməlidirlər.

Partners