MƏSLƏHƏT

ÜMUMİ MƏLUMAT

“Keyfiyyət Assosiasiyası” təsis olunduğu gündən etibarən müxtəlif sektorları təmsil edən yerli müəssisə və təşkilatlara beynəlxalq idarəetmə standartları üzrə məsləhət xidmətləri göstərir.

Bu illər ərzində Assosiasiya bazarın tələbinə uyğun olaraq məsləhət layihələri həyata keçirdiyi beynəlxalq standartların sayını artırmış, müəssiələrdə qeyd edilən beynəlxalq standartlara uyğun idarəetmə sistemlərinin qurulması və effektiv fəaliyyəti üçün onlara yardım etmişdir.

Biz öz ətrafımızda peşəkarları cəmləyərək, üzərimizə götürdüyümüz məsləhət layihələrini vaxtlı-vaxtında, əlavə xərclərə səbəb olmadan, öz dilimizdə, ehtiyac yarandıqda isə xarici mütəxəssislərin də cəlb etməklə həyata keçiririk. Biz hər bir sektorda bazarın lideri olan təşkilatların beynəlxalq standartlarla bağlı məsələlərdə çözüm ortağı olmağı qarşımıza hədəf qoymuş və bir çox sektorda buna nail ola bilmişik.
Biz məsləhət xidmətlərini azərbaycan türkcəsində göstərir və tətbiq olunacaq standartlar və onların tələblərinin xidmət göstərdiyimiz müəssisə və təşkilatların işçi heyəti tərəfindən daha yaxşı başa düşülməsi üçün standartların azərbaycanca tərcümələrini təqdim edir və digər zəruri resurslarla təmin edirik.

Assosiasiyaya beynəlxalq standartların tətbiq etmək istəyən, ancaq maliyyə problem yaşayan müəssisə və təşkilatlara beynəlxalq maliyyə institutlarının məsləhət layihələrini maliyyələşdirmələrini təmin etməklə dəstək verir. Bu isə öz növbəsində adı çəkilən bu müəssisə və təşkilatların daha istəkli olmalarına xidmət edir.

  • Peşəkar məsləhətçilər

    Peşəkar məsləhətçilər

  • 10 ildən artıq təcrübə

    10 ildən artıq təcrübə

  • 100-dən artıq məsləhət layihəsi

    100-dən artıq məsləhət layihəsi

  • Aparıcı şirkətlərə xidmət

    Aparıcı şirkətlərə xidmət

  • Xarici mütəxəssislərin cəlbi

    Xarici mütəxəssislərin cəlbi

  • Azərbaycan dilində xidmət

    Azərbaycan dilində xidmət

  • Maliyyə dəstəyi

    Maliyyə dəstəyi

  • Azərbaycan dilində standartlar/materiallar

    Azərbaycan dilində standartlar/materiallar

Assosiasiyanın xidmət göstərdiyi sektorlar və beynəlxalq
standartların siyahısı aşağıda verilmişdir.

STANDARTLAR

Partners