Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Xidmətlərimiz

Как правильно класть плитку. Как класть плитку на стену быстро. Класть плитку своими руками. Как выбрать ламинат для квартиры. Какой лучше выбрать ламинат сегодня. Какого цвета выбрать ламинат. Как правильно клеить обои. Как клеить обои на потолок вертикально. Как правильно клеить углы обоями. Интересные самоделки своими руками. Качественные самоделки своими руками фото. Самоделки для дома своими руками. Как сделать потолок в доме. Чем лучше утеплить потолок дома на сегодняшний день. Утепление потолка дома своими руками. Бизнес идеи с минимальными вложениями. Успешные идеи малого бизнеса с нуля. Прибыльные бизнес идеи. Как сделать мебель своими руками. Сделать деревянная мебель своими руками. Сделать мебель своими руками видео. Опалубка для фундамента. Как сделать опалубку для фундамента быстро. Опалубка для фундамента купить.
Məsləhət
ISO 9001
ISO 14001
OHSAS 18001
ISO 22000
ISO/IEC 27001
ISO/IEC 20000
ISO 50001/EN 16001
ISO/IEC 17025
ISO 13485
ISO 10002
ISO/TS 29001
ISO 30000
ISO 15189
ISO 31000
ISO 15161
ISO 3834
SA 8000
HACCP
IFS
BRC
Halal
Kodeks Alimentarius
SQF
GLOBALG.A.P
GAP
GFSI
GMP
GHP
GLP
CE markalanma
GS markalanma
İOİS
Strateji idarəetmə
BPR
BGS
BPM
TQM
Qənaətcil istehsal
TPM
FMEA
QFD
APQP
IRIS
JCI
6 SİGMA
KANBAN
KAYZEN
HEİNJUNKA
JİDOKA
JIT
HOSHİN KANRİ
POKA YOKE
EFQM
SMED
CRM
ISO 15378
STP
KPI
5S
EURO CODE
AZWV
ENQA
IWA 1
IWA 2
IFOAM
Bio Suisse
USDA
TESCO NURTURE
Koşer
Təlim
ISO 9001
ISO 14001
OHSAS 18001
ISO 22000
ISO/IEC 27001
ISO 20000
ISO 10002
ISO 13485
ISO/IEC 17025
ISO 50001/EN 16001
ISO 3834
ISO/TS 29001
ISO 30000
ISO 31000
HACCP
IFS
BRC
SQF
GLOBALG.A.P
GAP
GMP
GLP
GHP
İOİS
TQM
TPM
Gigiyena və sanitariya
FMEA
Qənaətcil istehsal
QFD
APQP
IRIS
BPR
6 SİGMA
KAYZEN
KANBAN
HEİNJUNKA
JİDOKA
JIT
HOSHİN KANRİ
POKA YOKE
CRM
STP
BGS
Strateji planlaşdırma
Strateji idarəetmə
Liderlik
Dəyişikliklərin idarə edilməsi
Motivasiya metodları
İşdə etikalı davranış
Proaktiv liderlik
Komanda çalışması
Risklərin idarə edilməsi
Performansın idarə edilməsi
Stok idarəetməsi
20 açar sistemi
Təlimçinin təlimi
BPM
Logistikanın idarə edilməsi
SCM
SMED
EFQM - Mükəmməllik Modeli
EFQM - Özünüqiymətləndirmə
EFQM - Korporativ sosial məsuliyyət
Bençmarkinq
Tədarükçülər ilə əlaqələrdə keyfiyyət faktoru
Ölçmə və kalibrləmə
MSA
Tullantıların idarə edilməsi
Effektiv yoxlama texnikaları
CE markalanma
GS markalanma
EURO CODE
EMAS
ISM Kodu üzrə risklərin analizi
Dövlət qurumlarında KİS
TMSA2
Marpol
MLC, 2006
IMDG Code
Qiymətləndirmə və Audit
Sənədlərin tərcüməsi
Sənədlərin ekspertizası
Bençmarkinqin təşkili

ISO 22000 Qida Təhlükəsizliyini İdarəetmə Sistemi

Qida təhlükəsizliyi dedikdə istehlakçı üçün qidanın əlçatanlığı - istehlak bazarında qida məhsullarının fiziki mövcudluğu və istehlakçının öz tələbatını ödəməsi üçün həmin qida məhsullarını almaq, əldə etmək imkanı başa düşülür.

Yəni, qida təhlükəsizliyi qida məhsullarının istehlak bazarındakı miqdarı və istehlakçının alıcılıq qabiliyyətinin vəhdəti ilə səciyyələnir.
Qida təhlükəsizliyi dedikdə hər hansı bir qida məhsulunun insan sağlamlığı üçün zərərli olan bioloji, kimyəvi və fiziki təhlükəli faktorlardan azad olması nəzərdə tutulur.

Qida təhlükəsizliyi hər hansı bir qidanın insan, heyvan və ətraf mühit sağlamlığı üçün təhlükə mənbəyi olmaq ehtimalından azad olmasıdır.
Qida təhlükəsizliyi - sağlamlıq üçün fəsadlar yarada biləcək təhlükəli faktorların qidanın tərkibində qalmaq, sonradan yaranmaq və ya sonradan qidanın tərkibinə daxil olmaq ehtimalının istisnası deməkdir.

Hər hansı bir qida məhsulunda təhlükəli faktorların yer alması ehtimalı məhsulun istehlakçıya çatanadək keçdiyi istənilən mərhələdə yarana bilər.
Məhsul xammalının istehsalı və saxlanması, xammalın daşınması, emalı və qablaşdırılması, hazır məhsulun saxlanması və daşınması, ticarət və ictimai iaşə obyektlərində məhsulun saxlanması mərhələlərinin istənilən birində onun təhlükəli faktorlarla təmasda olmaq və ya yoluxmaq, bu faktorların məhsulun tərkibinə düşmək ehtimalı istisna deyildir.

Ona görə də qida təhlükəsizliyinin etibarlı təmin edilməsi üçün elə idarəetmə sistemi seçilməlidir ki, bu, məhsulun keçdiyi bütün mərhələləri əhatə etmiş olsun.
Yəni, qida təhlükəsizliyinin idarəetmə mexanizmi ərzaq məhsulunun istehsalından başlamış istehlakçıya çatdırılana qədər keçdiyi bütün mərhələləri əhatə etməli və vahid sistem halında fəaliyyət göstərməlidir.

Göstərilən mərhələlərdən hər hansı birində müvafiq monitorinq sistemi yetərincə həyata keçirilməzsə, ümumi sistemin səmərəliliyini təmin etmək mümkün olmayacaqdır.
Təcrübə göstərir ki, təhlükəli qida məhsullarına qarşı mübarizə tədbirlərinin ancaq istehlak bazarlarında həyata keçirilməsi, yəni artıq istehlak bazarına daxil olmuş hazır məhsulun təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilən tədbirlər bir o qədər də səmərəli olmamış və qida təhlükəsizliyinin idarə edilməsi mexanizmi kimi özünü doğrultmamışdır.

Qida təhlükəsizliyinin etibarlı təminatı kompleks yanaşma tələb edir və istehlak bazarında hazır məhsula nəzarət etməkdənsə, qida məhsulları istehsal zəncirinin bütün mərhələlərində məhsulun zərərsizliyini şərtləndirən qida təhlükəsizliyinin idarə edilməsi mexanizmlərinin yaradılmasını və tətbiqini zəruri edir.

Hazırda dünyada qida təhlükəsizliyinin idarəedilməsi üçün ən çox istifadə olunan sistem HACCP (Hazard Analysis and Critical Control Point - Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri) sistemidir və bu, qida təhlükəsizliyinin idarə edilməsi üçün mühüm əhəmiyyət kəsb edən, təhlükəli faktorların eyniləşdirilməsi, qiymətləndirilməsi və onlara nəzarət mexanizmidir.

Təhlükəli faktor – insan sağlamlığı üçün təhlükə mənbəyi olub ərzaq məhsullarında yer alan bioloji, kimyəvi və fiziki agent və ya ərzaq məhsulunun vəziyyətidir.
Kritik Nəzarət Nöqtəsi isə təhlükəli faktorun qarşısını almaq, aradan götürmək və ya onu məqbul həddə salmaq üçün nəzarətin zəruri olduğu istehsal zəncirinin mərhələsidir.

HACCP müasir dövrdə qida təhlükəsizliyinin idarə edilməsi üçün istifadə edilən ən səmərəli sistem hesab edilir.
Bir neçə beynəlxalq təşkilat bu sistemi beynəlxalq statuslu standart kimi qəbul etmiş və qida təhlükəsizliyinin idarə edilməsi üzrə texniki-normativ qaydalar hazırlanmışdır.

Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) HACCP sistemini ISO 22000:2005 "Qida məhsullarının təhlükəsizliyini idarəetmə sistemləri. Qida məhsulları zəncirində iştirak edən bütün təşkilatlara olan tələblər" adlı beynəlxalq statuslu standart kimi qəbul etmişdir. Bir çox ölkələr bu standartı milliləşdirmiş və özlərinin standartlar bazasına daxil etmişlər.

Qida məhsullarının təhlükəsizliyini idarəetmə sistemi qida zənciri boyunca qida məhsullarının yaradılmasından tutmuş onun yeməkdə son istifadəsinə qədər qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinə imkan verən hamı tərəfindən qəbul olunmuş aşağıdakı əsas elementləri özündə əks etdirir:

  •  interaktiv informasiya mübadiləsi;
  •  idarəetmə sistemi;
  •  ilkin vacib şərtlər proqramı;
  •  HACCP prinsipləri.

ISO 22000:2005-in prinsipləri

ISO 22000:2005 aşağıdakı prinsiplərə əsaslanır:

  • bioloji, kimyəvi və fiziki olaraq bütün potensial qida təhlükələrinin müəyyənləşdirilməsi;
  • xammal, anbarlar, istehsal prosesi, çatdırılma və istehlak mərhələlərində kritik nəzarət nöqtələrinin müəyyənləşdirilməsi;
  • kritik limitlərinin müəyyənləşdirilməsi;
  • kritik nəzarət nöqtələrinin monitorinqi;
  • düzəldici fəaliyyətlərin müəyyənləşdirilməsi;
  • qeydlərin aparılması;
  • sistemin müstəqil üçüncü tərəf vasitəsilə sistematik olaraq yoxlanılması.

ISO 22000:2005 standartı əsasında qida məhsullarının təhlükəsizliyini idarəetmə sisteminin işlənib hazırlanması və tətbiqi mərhələləri:

  • qida məhsullarının təhlükəsizliyini idarəetmə sisteminin ilkin qiymətləndirilməsi və onun optimallaşdırılması üzrə müvafiq tövsiyələrin işlənib hazırlanması;
  • qida məhsullarının təhlükəsizliyini idarəetmə sistemi üzrə rəhbərlərin və mütəxəssislərin təlim keçməsi;
  • ISO 22000:2005 standartında nəzərdə tutulan qida məhsullarının təhlükəsizliyini idarəetmə sisteminin sənədləşdirilmiş prosedurlarının işlənib hazırlanması və həyata keçirilməsi;
  • qida məhsullarının təhlükəsizliyini idarəetmə sisteminin tətbiqi və fəaliyyətinin təmin edilməsi;
  • ISO 22000:2005 standartına uyğun olaraq qida məhsullarının təhlükəsizliyini idarəetmə sisteminin sertifikatlaşdırılması.

ISO 22000:2005-in səmərələri

Daxili səmərələr

  • texnoloji prosesin bütün mərhələlərində qida məhsullarının təhlükəsizlik parametrlərini əhatə edən sistemli yanaşmaya nail olunması;
  • önləyici tədbirlərdən istifadə edilməsi;
  • qida məhsullarının təhlükəsizliyinə təsir göstərən faktorlara nəzarət edilməsi;
  • qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi üzrə səlahiyyətlərin müəyyən edilməsi;
  • ümumi istehsalda itilərin və zay məhsulun payının azaldılması;
  • ISO 9001 və HACCP ilə inteqrasiya üçün əlavə imkanların yaranması;

Xarici səmərələr

  • istehsal edilən məhsula istehlakçılar tərəfindən etibarın artması;
  • yeni satış bazarlarına çıxış imkanlarının artması;
  • istehsal edilən məhsulun rəqabət qabiliyyətinin artması;
  • investisiya baxımından təşkilatın cəlbediciliyinin artması;
  • təhlükəsiz və keyfiyyətli məhsul istehsal edən təşkilat imicinin formalaşması.

Social

Xəbərlər

İnformasiya təhlükəsizliyinin effektivliyinin artırılması üzrə yeni ISO/IEC standartı
Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının...
ISO 14001 standartının yeni versiyası
Standartlara yenidən baxılması və təkmilləşdirilməsi prosesi çərçivəsində Beynəlxalq Standartlaşdırma...
Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri üzrə ISO –nun yeni standartı
Beynəlxalq Standartlaşdırma Təşkilatından (ISO) verilən məlumata görə Əməyin...
Yeni ISO standartı enerji daşıyıcılarından effektiv istifadə edilməsinə imkan verəcək
Əksər müəssisələr üçün enerji daşıyıcılarının qiyməti uğurlu biznesin aparılmasda əhəmiyyətli...
ISO/IEC 17021 standartının yeni layihəsi
Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Uyğunluğun Qiymətləndirilməsi üzrə Komitəsi (CASCO) və...

Arxiv

2018
Декабрь
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com