Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir
Heydər Əliyev
Laboratoriyaların akkreditasiyası (5N+1K)
Akkreditasiya nədir?
Laboratoriyaların akkreditasiyası müxtəlif laboratoriyaların həyata keçirdiyi məlum sınaq/analiz və/və ya kalibrləmə işlərinin müvafiq səviyyədə yerinə yetirilməsinin səlahiyyətli orqan tərəfindən təsdiqlənməsi üzrə fəaliyyətdir.
Akkreditasiya nə üçün keçirilməlidir?
Laboratoriyaların sınaq və analiz nəticələrinin üçüncü şəxs olan təşkilatlar tərəfindən etibarlı şəkildə istifadəsini təmin etmək üçün zəruridir.
Laboratoriyaların keçirdiyi məlum sınaq və analiz nəticələrinin milli və beynəlxalq səviyyədə qəbul edilə bilməsi üçün həmin laboratoriyalar beynəlxalq akkreditasiya təşkilatları tərəfindən akkreditasiya edilməlidir. Akkreditasiya ilk nöbvədə könüllü bir fəaliyyətdir.
Lakin bununla yanaşı, bəzi vacib sahələrdə fəaliyyət göstərən laboratoriyaların akkreditasiyadan keçməsi məcburi xarakter daşıyır (məsələn, qida və ətraf mühitin analizi üzrə fəaliyyətləri həyata keçirən laboratoriyaların məcburi qaydada akkreditasiya edilməsi kimi).
Akkreditasiya necə keçirilməlidir?
Laboratoriyaların akkreditasiya üzrə beynəlxalq standart ISO/IEC 17025-dir. Laboratoriyalar bu standartın tələblərini yerinə yetirdikdən sonra beynəlxalq səviyyədə tanınmış bir akkreditasiya təşkilatına müraciət etməklə akkreditasiya oluna bilərlər. Akkreditasiyanı həyata keçirən qurumun Avropa Birliyində tanınması üçün həmin qurum Avropa Akkreditasiya Birliyinə (EA) üzv olmalıdır. Laboratoriyalar EA-ya üzv hər hansı bir ölkənin akkreditasiya qurumundan akkreditasiya sertifikatı ala bilərlər.
ISO/IEC 17025 standartının tələbləri
ISO/IEC 17025 standartında akkreditasiyaya olan tələblər iki əsas bölmədə toplanmışdır.
4-cü bölmədəki 14 maddədə (standartın 2005 versiyasında 15 maddədə) keyfiyyəti idarəetmə tələbləri və 5-ci bölmədəki 10 maddədə müəyyən edilən texniki tələblər. 4-cü bölmədəki tələblər ISO 9000 keyfiyyət standartında ifadə olunan keyfiyyəti idarəetmə sisteminin tələblərinin laboratoriyalar üçün nəzərdə tutulan variantıdır.
Bu bölmə yerinə yetirilən fəaliyyətlər üzrə prosedurların işlənib hazırlanması, qeydlərin sənədləşdirilməsi, səlahiyyət və məsuliyyətlər, keyfiyyəti idarəemə sisteminin işlək vəziyyətdə saxlanılmasına tələbləri müəyyən edir.
ISO/IEC 17025 standartının 5-ci bölməsində texniki tələblər müəyyən edilib ki, bu tələblərin yerinə yetirilməsi yalnız müvafiq bilik və təcrübəyə malik şəxslər tərəfindən təmin edilə bilər.
1. İdarəetməyə olan tələblər