Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir
Heydər Əliyev
Şikayətlərin səmərəli və effektiv idarə edilməsi bazar rəqabəti şəraitində məhsul istehsal edən müəssisə və təşkilatlar, həmçinin bu məhsulların istehlakçıları üçün mühüm əhəmiyyət kəsb edir.
Hər bir təşkilat müştəri loyallığını və məmnuniyyətini artırmaq, məhsulların keyfiyyətini yaxşılaşdırmaq üçün müştəri şikayətlərinin effektiv və səmərəli idarə edilməsi sistemini işləyib hazırlamalıdır.
Bunun üçün müştəri şikayətlərinin qəbul edilməsi, qiymətləndirilməsi, müvafiq qeydlərin aparılması, məsuliyyətlərin müəyyən edilməsi, şikayətin həlli ilə bağlı müştəriyə təfsilatilə məlumat verilməsi kimi məsələlər sistemli bir şəkildə həyata keçirilməlidir.
Dünyanın nüfuzlu təşkilatları tərəfindən aparılmış araşdırmalara görə:
ISO 10002:2004 standartının tətbiqi təşkilatlara aşağıdakı faydaları təmin edə bilər:
ISO 10002, ISO 9001 və ISO 9004 standartlarına uyğunlaşdırılmışdır.
Bu standartın tətbiqi şikayətlərin idarə edilməsi sahəsində təşkilatın fəaliyyətinin yaxşılaşdırılmasına, müştərilərin və maraqlı tərəflərin məmnuniyyətinin artırılmasına yönəlib.
ISO 10002 standartına uyğun şikayətlərin idarə edilməsi sisteminin qurulması müştərilər və digər maraqlı tərəflərlə əks əlaqə əsasında məhsulların keyfiyyətinin davamlı olaraq artırılmasına kömək edə bilər.