Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Beynəlxalq və Regional Təşkilatlar

Ремонт ноутбука своими руками. Быстрый и гарантийный ремонт ноутбуков. Срочный ремонт ноутбуков. Ремонт компьютеров на дому. Быстрый ремонт компьютеров своими руками. Настройка и ремонт компьютеров. Java уроки для начинающих. Лучшие java уроки. Учим язык Java с нуля. Обзор смартфонов samsung. Качественный обзор смартфонов samsung galaxy. Обзор смартфона samsung galaxy s4. Фото картинки приколы. Самые новые картинки приколы. Лучшие приколы картинки. Скачать аддоны для wow. Самые новые аддоны для wow скачать. Скачать аддоны для wow быстро и без реги. Видео уроки python. Лучшие python уроки. Учим язык python с нуля. Скачать шаблоны для Joomla. Самые новые joomla шаблоны. Бесплатные шаблоны для Joomla.

Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO)

iso_index_150

Beynəlxalq Standartlaşdırma Təşkilatı - (ing. International Organization for Standardization, ISO) elektrik, elektronika və telekommunikasiya istisna olunmaqla bütün sahələr üzrə standartların hazırlanması ilə məşğul olan beynəlxalq qurumdur.

ISO 1946-cı ildə Birləşmiş Millətlər Təşkilatının standartların koordinasiya komitəsinin qərarı ilə yaradılmışdır.
ISO BMT-nin tərkibində məşvərətçi statusa malik olan təşkilatdır və nizamnaməsində bəyan edilən əsas məqsədin dünya miqyasında standartlaşdırma sahəsinin inkişafına, intelektual, elmi-texniki və iqtisadi sahələrdə əməkdaşlığın genişlənməsinə kömək göstərilməsinə çalışır.

Təşkilat tərəfindən ilk standart 1951-ci ildə qəbul edilmişdir. (Standart reference temperature for industrial length measurement) Bu standarta qədər hazırlanmış və qəbul edilmiş ISO 9000, ISO/TC 16949, ISO 14000, OHSAS 18001, ISO 22000 və ISO 27001 standartları dünyada ən çox istifadə olunan standartlardır.

ISO standartları elm və texnikanın nəticələrinin və təcrübənin ümumiləşirilməsinə əsaslanır və cəmiyyət üçün optimal səmərənin əldə edilməsinə yönəldilir.

ISO standartlarının əsas təyinatı yeni keyfiyyət sistemlərinin hazırlanması və mövcud keyfiyyət sistemlərinin təkmilləşdirilməsi və onların sertifikatlaşdırılması üçün beynəlxalq səviyyəli vahid metodiki bazarın yaradılmasıdır.

ISO standartlarının inkişafı əsasən iki istiqamətdə gedir: keyfiyyəti idarəetmə sistemləri istiqamətində və bunların əsasında ayrı-ayrı sənaye sahələrinə uyğunlaşdırılmış tələblər istiqamətində (məsələn, avtomobil sənayesi üçün ISO/TS 16949 və neft-qaz sənayesi üçün ISO/TS 29001 standartları).

Keyfiyyəti idarəetmə sisteminə dair 1987-ci ildə təsdiq olunmuş ISO 9001 seriyalı standartlar hal-hazırda praktiki olaraq dünyanın bütün ölkələrində qarşılıqlı münasibətlər normasına çevrilmişdir.

Bəzi hallarda təchizatçının malının ISO 9001 keyfiyyət sisteminə uyğunluğunu təsdiq edən sertifikatının olması mal təchizatı müqavilələrinin bağlanmasında mütləq şərtlərdən biri kimi irəli sürülür.

1 yanvar 2007-ci ilə olan vəziyyət görə 158 ölkə ISO-nun üzvüdür. Bu təşkilatın işində 193 texniki komitə, 2244 işçi qrupu və konkret problemlərin öyrənilməsi üçün 64 xüsusi məsləhətçi qruplar fəaliyyət göstərir.

ISO-nun rəhbər orqanları Baş Assambleya (ali orqan), Şura, Texniki idarəetmə bürosu, Mərkəzi katiblikdir. Şuraya dörd komitə KASKO (uyğunluğun qiymətləndirilməsi komitəsi), KOPOLKO (istehlakçıların maraqlarının qorunması komitəsi), DEVKO (inkişaf edən ölkələrə yardım komitəsi), REMKO (standartlar nümunəsi üzrə komitə) tabedir.

Beynəlxalq Standartlaşdırma Təşkilatının mərkəzi qərargahı Cenevrə şəhərində yerləşir. 
Azərbaycan Respublikası 2003-cü ildə Beynəlxalq Standartlaşdırma Təşkilatına (ISO) üzv qəbul edilmişdir.

Social

Xəbərlər

İnformasiya təhlükəsizliyinin effektivliyinin artırılması üzrə yeni ISO/IEC standartı
Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının...
ISO 14001 standartının yeni versiyası
Standartlara yenidən baxılması və təkmilləşdirilməsi prosesi çərçivəsində Beynəlxalq Standartlaşdırma...
Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri üzrə ISO –nun yeni standartı
Beynəlxalq Standartlaşdırma Təşkilatından (ISO) verilən məlumata görə Əməyin...
Yeni ISO standartı enerji daşıyıcılarından effektiv istifadə edilməsinə imkan verəcək
Əksər müəssisələr üçün enerji daşıyıcılarının qiyməti uğurlu biznesin aparılmasda əhəmiyyətli...
ISO/IEC 17021 standartının yeni layihəsi
Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Uyğunluğun Qiymətləndirilməsi üzrə Komitəsi (CASCO) və...

Arxiv

2018
Июнь
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com