Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir
Heydər Əliyev
Hoshin Kanri (yaponca Hoshin - istiqamət, Kanri - planlaşdırma deməkdir) təşkilatın gündəlik fəaliyyətini onun strateji hədəfləri ilə uyğunlaşdırılmasını nəzərdə tutan prosesə yönəlik sistemli bir yanaşmadır.
Bu mənada Hoshin Kanri strateji istiqamətin müəyyənləşdirilməsi üsulu olaraq xarakterizə edilə bilər.
Hoshin Kanrinin tətbiqi gündəlik fəaliyyətlərin izlənilməsi və bunların uzunmüddətli planlarla uyğunlaşmasının təmin edilməsinə əsaslanır.
Hoshin Kanri kritik iş proseslərindəki dəyişiklikklərin idarə edilməsinə yönəlik bir sistem yanaşmasıdır.
Buradakı sistem, işi əsas hədəflərinə çatdıracaq olan koordinasiya edilmiş prosesləri ifadə edir.
Hoshin Kanri seçilən kritik iş proseslərini nəzərdə tutulan performans səviyyəsinə daşıyacaq bir planlaşdırma strukturunu təqdim edir.
1. Sıçrayışlar və ya strateji hədəflər: Dr.Cozef Curanın "sıçrayışların" idarə edilməsi adlandırdığı strateji planlaşdırma səviyyəsində.
2. İş proseslərinin gündəlik idarə edilməsinə nəzarət: İş proseslərinin təkrarlanan və ya əsas mərhələləri üzərində gündəlik idarəetmə səviyyəsində.
Hoshin Kanrinin əsas məqsədi təşkilatın gündəlik fəaliyyətləri ilə onun strateji məqsədlərini uyğunlaşdırmaqdır. Gündəlik idarəetmə Hoshi Kanrinin ayrılmaz bir parçasıdır. Hoshin Kanri Demingin "Planlaşdır - Tətbiq Et - Nəzarət Et - Təkmilləşdir (PDCA)" tsiklinin bir hissəsidir.
Lakin bununla yanaşı Hoshin Kanrinin izlədiyi tsikl müəyyən qədər fərqlidir.
Belə ki, Hoshin Kanridə proseslər "Nəzarət Et" mərhələsindən başlayır. Beləcə bu tsikl "Nəzarət Et - Təkmilləşdir - Planlaşdır - Tətbiq Et" şəklinə çevrilir.
Hoshin Kanri strateji planlaşdırma və müəssisədə əməliyyatların həyata keçirilməsi zamanı bu tsikli izləyir.
Hoshin Kanri fəaliyyət müddəti müəssisənin vəziyyətinin, onun əvvəlki planlarının və nəticələrinin bütövlükdə nəzərdən keçirilməsi və nəticələrin gözləntilərdən fərqli olub olmadığını ortaya qoyan detallı bir təhlilin aparılması (nəzarət mərhələsi) ilə başlayır.
Təhlil zamanı problemlərin əsas səbəbləri ilə yanaşı müvəffəqiyyətlər də eyni şəkildə müəyyən edilir.
"Nəzarət Et" mərhələsinin ardından gələn “Təkmilləşdir” mərhələsində nəticələr təhlil edildikdən sonra planlaşdırılan və həyata keçirilən nəticələr arasındakı fərqliliklərin səbəbləri müəyyən olunur, bununla bağlı müzakirələr aparılır və həll yollar barədə razılaşma əldə olunur.
Daha sonra yeni bir plan hazırlanaraq "Planlaşdırma" mərhələsinə və buna uyğun olaraq fəaliyyətlərin reallaşdırılmasını nəzərdə tutan "Tətbiq et" mərhələsinə keçilir.