Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir
Heydər Əliyev
Səhiyyə laboratoriyaları xəstələrə keyfiyyətli xidmət göstərilməsində əhəmiyyətli rol oynayır. Səhiyyə laboratoriyalarının fəaliyyətinin yaxşılaşdırılması məqsədi ilə Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən ISO 15189 standartı işlənib hazırlanmışdır.
Bu standartda tibbi laboratoriyalarının keyfiyyət və səriştəliliyinə tələblər müəyyən olunmuşdur. ISO 15189 standartı özündə ISO 17025 və ISO 9001 standartlarının əsas tələblərini birləşdirir.
Bu akkreditasiya orqanları tərəfindən səhiyyə laboratoriyalarının texniki səriştəliliyinin müəyyən edilməsi, o cümlədən personalın texniki səriştəliliyinin, sınaq metodlarının əsaslandırılmasının, sınaq avadanlığının kalibrlənməsinin və ona xidmət göstərilməsinin, sınaq nümunələrinin seçilməsi, emalı və nəqli, sınaq və kalibrləmə məlumatlarının keyfiyyətinin təmin edilməsi kimi amillərin qiymətləndirilməsi zamanı istifadə edilə bilər.