Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com


Elanlar


Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109
president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Keyfiyyətlə bağlı xərclər və onların idarə olunması

Pərviz Aslanlı

Müasir bazar iqtisadiyyatı şəraitində müəssisələr öz fəaliyyətlərini uğurla davam etdirmək və istehlakçı məmnuniyyətini qazanmaq üçün keyfiyyətli məhsul istehsal etmək və/və ya xidmət göstərmək məcburiyyətindədirlər. Hər bir müəssisənin uğurlu fəaliyyəti üçün keyfiyyət və sertifikatlaşdırma ilə yanaşı, bunların həyata keçirilməsinin vacib maddi resursu, yəni məsrəf (xərc) əsas rol oynayır.

ISO 9000:2000 beynəlxalq standartında keyfiyyətə "xas olan xüsusiyyətlərin tələblərə uyğunluq dərəcəsi" kimi tərif verilir. Bəzi ədəbiyyatlarda isə keyfiyyət anlayışı, bir həyat fəlsəfəsi olaraq müştəri məmnuniyyətinin təmin olunmasının vacib  elementi kimi göstərilir. Əgər əvvəllər keyfiyyət anlayışı sadəcə olaraq son məhsula nəzarət forması kimi başa düşülürdüsə, müasir dövrdə müəssisələrin inkişafı ilə əlaqədar onun əhəmiyyəti daha da artaraq giriş nəzarəti və ümumi proses nəzarətini də əhatə edir. Son illər dünya bazarında iqtisadi rəqabət artdığından müəssisələr bu rəqabətə davam gətirə bilmək üçün öz strategiyalarında əhəmiyyətli dəyişikliklər etməyə başlayıblar. Hazırda istehsal və xidmət sahəsində fəaliyyət göstərən müəssisələrdə keyfiyyətin yüksəldilməsi və məhsulun keyfiyyəti ilə bağlı istehlakçıya zəmanət verilməsi ən vacib müəssisə siyasətinə çevrilmişdir.

Qeyd etmək lazımdır ki, yüksək iqtisadi və texnoloji inkişaf yolu keçmiş Qərb ölkələrində XX əsrin əvvəllərində hələ keyfiyyət sahəsində hər hansı nailiyyət əldə olunmamışdı. Təcrübəyə söykənən keyfiyyətdən, müəyyən standartların yaranmasına keçid yalnız XX əsrin ikinci yarısında baş verdi.
Artıq keçən əsrin 50-ci illərindən etibarən müəssisələrdə qurulan keyfiyyəti idarəetmə sisteminin tətbiq olunan standartlara uyğunluğunu müəyyənləşdirmək üçün onun sertifikatlaşdırılmasına zərurət yaranmağa başladı. Əslində, sertifikatlaşdırma məhsulun, prosesin, xidmətin və idarəetmə sisteminin verilmiş tələblərə uyğunluğunu üçüncü tərəfin yazılı şəkildə təsdiqlədiyi prosedurdur. Ümumi şəkildə götürsək, təşkilatın və ya müəssisənin sertifikatlaşdırmadan əldə etdiyi faydalardan bəziləri bunlardır:

  • daxili və xarici bazarda iştirak etmək üçün əlverişli şərait; w müştərilərin etibarını qazanmaqla bazarda dayanıqlığın təmin olunması;tərəfdaşlar və investorlar qarşısında inamın yaranması və tenderlərdə uğurlu iştirak;
  • ixrac potensialının artması və dünya bazarında asan ticarət imkanları;
  •  bazar payının artırılması və s.

Müasir dövrdə müəssisələr daim inkişaf edən texnologiya və artan rəqabət şərtlərinin təsiri altında xərclərini minumuma endirərək, yüksək gəlir əldə etməyə çalışırlar. Məhsulun və xidmətin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı ona sərf olunan xərclər də getdikcə artır. Buna görə də, keyfiyyətlə bağlı xərclərin müəyyən olunması və onun balanslaşdırılması əsas məsələdir.

Keyfiyyət xərcləri, yarana biləcək nöqsanların qarşısının alınması, keyfiyyətin qiymətləndirilməsi, istehsal prosesi zamanı və ya məhsulun müştəriyə çatdırılmasından sonra ortaya çıxan xərclərin məcmusudur.
Keyfiyyət xərcləri bəzən keyfiyyətə nail olmaq üçün çəkilən xərclər, bəzən keyfiyyət şöbəsinin istifadə etdiyi büdcə, bəzən isə uyğun olmayan (qeyri qənaətbəxş) keyfiyyətin meydana gətirdiyi xərclər olaraq başa düşülür. Ancaq, müasir dövrdə idarəetmə sahəsində çalışanlar Keyfiyyət xərcləri dedikdə bir qayda olaraq keyfiyyətlə bağlı bütün xərclər nəzərdə tutulur.

Təcrübə göstərir ki, müəssisə əldə etdiyi gəlirə uyğun olaraq keyfiyyətin idarə edilməsi sisteminə investisiya qoymalıdır. Müəssisə üçün əsas məsələlərdən biri maksimum keyfiyyəti təmin etməkdir. Keyfiyyət xərcləri proqramının əsas mərhələləri şəkil. 1-də göstərilmişdir.
Keyfiyyət xərcləri proqramının Hazırlıq mərhələsində hədəf keyfiyyəti təkmilləşdirmə (yaxşılaşdırma) və xərcləri azaltma proqramını təsdiq etmək, qiymətləndirmək və bu işi görməyə həvəsləndirməkdir. Məlumat bazası mühasibatlıqdan gələn məlumatların əsasında keyfiyyətə nəzarət mütəxəssisləri tərəfindən edilən təxminlərdir. Məlumatlar barədə açıqlamanı keyfiyyətə nəzarət şöbəsi verir.

Layihə mərhələsində hədəf əsasən  təkmilləşdirmə prosesinin monitorinqi və davamlılığının təmin olunmasıdır. Məlumat bazası keyfiyyətə nəzarət mütəxəssislərinin təxminləri ilə dəstəklənən mühasibatlıq məlumatlarıdır. Məlumatlar barədə açıqlamanı muhasibatlıq şöbəsi verir.
Nəzarət (yoxlama) mərhələsindəki hədəf isə təkmilləşdirmə proqramı prosesində əldə edilən mənfəətləri təyin etmək, keyfiyyət xərclərinə daim nəzarət edilməsi üçün məlumat yığmaqdır. Məlumatlar barədə açıqlamanı mühasibatlıq şöbəsi verir.

Keyfiyyət sahəsində məşhur alimlərindən olan Cozef Curan keyfiyyətin təmin edilməsinə çəkilən xərcləri əsasən dörd kateqoriyaya bölmüşdür.
1. Nöqsanların üzə çıxarılmasına çəkilən xərclər (qarşısını alma xərcləri).
2. Keyfiyyətin qiymətləndirilməsinə çəkilən xərclər (ölçmə və qiymətləndirmə xərcləri).
3. Daxili amillərin təsiri nəticəsində məhsula  çəkilən xərclər (daxili uyğunsuzluq xərcləri).
4. Xarici amillərin təsiri nəticəsində məhsula çəkilən xərclər (xarici uyğunsuzluq xərcləri).

İSO 10014 standartında 1 və 2-ci kateqoriyalar uyğunluq xərcləri, 3 və 4-cü kateqoriyalar isə uyğunsuzluq xərcləri olaraq göstərilir.
Uyğunluq xərcləri mövcud vəziyyətdə xətaların əvvəlcədən qarşısının alınmasında  istifadə edilən maliyyə xərcləridir.

Uyğunsuzluq xərcləri isə mövcud prosesin uğursuzluğu nəticəsində ortaya çıxan xərclərdir.

1. Nöqsanların üzə çıxarılmasına çəkilən xərclər (qarşısınıalma xərcləri).
Mövcud vəziyyətdə hər hansı bir problem olmadığı təqdirdə, xətaların əvvəlcədən qarşısının alınması, bütün personalın və müafiq şöbələrin normal fəaliyyətini təmin etmək üçün lazım olan metod, sistem, kadr və avadanlıqlara sərf olunan xərclərdir.

Bu xərclərə aşağıdakılar daxildir:


  • keyfiyyətin planlaşdırılması;
  • tədarükçü qiymətləndirməsi;
  • keyfiyyətlə bağlı təlimlər;
  •  keyfiyyət məlumatlarının əldə edilməsi və təhlili;
  •  keyfiyyətin qiymətləndirilməsi zamanı istifadə olunan avadanlıqlara texniki xidmətin göstərilməsi və kalibrləmə;
  •  test və nəzarət avadanlıqlarına texniki xidmətin göstərilməsi və kalibrləmə.

2. Qiymətləndirməyə çəkilən xərclər (ölçmə və qiymətləndirmə xərcləri)
Mövcud keyfiyyət səviyyələrinin, keyfiyyətin tələb və standartlara uyğunluğunun ölçülməsi məqsədilə ortaya çıxan xərclərdir. İstehsal prosesindən başlayaraq satışdan sonrakı xidmətə, layihələndirmədən satınalmaya qədər keçən bütün mərhələlərdə məhsulun və ya xidmətlərin keyfiyyət tələblərinə uyğunluğunu müəyyən etmək üçün görülən hər bir ölçmə, idarəetmə və audit xərcləridir. Bu xərclərə aşağıdakılar daxildir:

  • yoxlama və sınaq;
  • ehtiyatların qiymətləndirilməsi;
  • qeydiyyatların aparılması və arxiv xərcləri;
  • digər qarşısınıalma xərcləri.

3. Daxili amillərin təsiri nəticəsində məhsula çəkilən xərclər (daxili uyğunsuzluq xərcləri)
Məhsul və/və ya xidmətin istehlakçıya çatanadək müəssisə daxilində ortaya çıxan xətaların səbəb olduğu xərclərdir. Bu xərclərə aşağıdakılar daxildir:

  • artıq qalan tullantılar;
  • təkrar işlənmə;
  • təkrar sınaq;
  • gəlir itkiləri.

Bura müştəri şikayətlərinin həll olunmasına, satışın artırılmasına, müştəri ilə əlaqələrə və s. çəkilən xərclər daxildir.
Hazırda xərclərin hesablanması zamanı aşağıdakı düsturlardan istifadə olunur:

Bütün bu xərclər hesablandıqdan sonra aşağıdakı formuldan istifadə etməklə müəssisənin ümumi keyfiyyət xərclərini hesablamaq olar:
ümumi uyğunsuzluq xərcləri  =daxili uyğunsuzluq xərcləri +   xarici uyğunsuzluq xərcləri
Ümumi keyfiyyət xərclərinin ümumi xalis gəlirin içindəki faiz hissəsinin tapmaq üçün aşağıdakı formuldan istifadə edilir:
Müəssisədə bu rəqəmləri əldə etdikdən sonra, xərclər haqqında ümumi müzakirə aparılır və keyfiyyətin yüksəldilməsi və bununla bərabər xərclərin azaldılması barədə yaxşılaşdırma proqramı hazırlanlır.

Ümumi keyfiyyət xərcləri = ümumi qarşısınıalma xərcləri + ümumi qiymətləndirmə xərcləri + ümumi uyğunsuzluq xərcləri.
Qarşısınıalma xərclərini azaltmaq üçün müəssisə aşağıdakı fəaliyyətəri yerinə yetirməlidir.
1.Personal keyfiyyət və onun faydaları barədə tam məlumatlandırmalıdır.
2.Personalın fikri öyrənilməli, qiymətləndirmə və nəticələr barədə o məlumatlandırılmalıdır.
3.Personala onun fəaliyyətlərini əlaqələndirən programlar barədə məlumat verilməlidir.
4.Yaxşılaşdırma proqramında ən yüksək nəticə göstərən işçilər mükafatlandırılmalıdır.

Ölçmə və qiymətləndirmə xərclərinin azaldılması üçün müəssisə yoxlama xərclərini minimuma endirməlidir. Yoxlama stansiyaları və metodları işin səmərəli aparılması üçün müəyyən olunmalı, xüsusi məqsədli avadanlıqlarla, kompüter nəzarətli işlər görülərsə yoxlama və testlərin aparılması xərcləri azaldılmalıdır.

ümumi keyfiyyət xərcləri / xalis gəlir X 100 = X %;
ümumi qarşısınıalma xərclərinin ümumi keyfiyyət xərclərinin içindəki % hissəsi;
ümumi qarşısınıalma / ümumi keyfiyyət xərcləri) X 100 = Y %;
ümumi qiymətləndirmə xərclərinin ümumi keyfiyyət xərclərinin içindəki % hissəsi;
ümumi qiymətləndirmə xərcləri / ümumi keyfiyyət xərcləri X 100 = Z %;
ümumi uyğunsuzluq xərclərinin ümumi keyfiyyət xərclərinin içindəki % hissəsi;
ümumi uyğunsuzluq xərcləri / ümumi keyfiyyət xərcləri) X 100 =  T %.

Uyğunsuzluq xərclərini azaltmaq  üçün istehsal ilə bağlı probemlər və xəta səbəbləri keyfiyyətə nəzarət qrupu tərəfindən müəyyən olunmalı və onun dəqiq qeydiyyatı aparılmalıdır. İstehsal zamanı ortaya çıxan xətalara səbəb uyğunsuz avadanlıq, uyğunsuz kadr, istehsal sisteminin yanlış tətbiq edilməsidir.
Müəssisədə keyfiyyət məlumatlarını analiz etməklə problemlərin aradan qaldırılmasını təmin edəcək fəaliyyətlər barədə bir forma hazırlanmalı və onun tətbiqinə nəzarət edilməlidir. Bu, bir şəxs və ya keyfiyyət şöbəsi tərəfindən həyata keçirilə bilər. Yaxşılaşdırma işləri və əldə edilən nəticələr həmin formada qeyd edilməlidir.


Social

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com