Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com


Elanlar


Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109
president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Məsləhətçi seçmək üzrə tövsiyələr

Samir Novruzlu

Ölkəmizin qlobal inteqrasiya proseslərinə qoşulduğu indiki şəraitdə getdikcə daha çox Azərbaycan müəssisəsi dünyada  mövcud  olan iqtisadi reallıqlardan çıxış edərək, öz biznes fəaliyyətini beynalxaq səviyyəyə uyğunlaşdırmağa çalışır.
Bu zaman müəssisədə beynəlxalq standartların tələblərinə uyğun effektiv idarəetmə sisteminin qurulması kimi çox vacib bir məsələ ortaya çıxır ki, müəssisə üçün onun tətbiqi bir tərəfdən zəruri və qaçılmazdırsa, digər tərəfdən faydalıdır. 
Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə istinad etsək görərik ki, keyfiyyəti idarəetmə sisteminin (KİS) tətbiqi kifayət qədər uzunmüddətli və mürəkkəb prosesdir.    

Son illər Azərbaycanda  istər dövlət, istərsə də özəl sektorda fəaliyyət göstərən müəyyən müəssisələr yüksək səviyyədə işlənmiş keyfiyyət sistemini tətbiq etmiş və  ISO 9001 sertifikatı almışdır.
Bununla yanaşı hazırda ölkəmizdə beynəlxalq sertifikatı olmayan çoxlu sayda müəssisələr mövcuddur ki, onlar da öz novbəsində keyfiyyət sistemlərini beynəlxalq səviyyəyə çatdırmaq üçün yeni yanaşmalar və yeni yollar axtarışındadır.
Təbii ki, sertifikat almaq istəyən müəssisə üçün əsas məsələ bu işdə hansı məqsədin güdülməsidir.
Əgər müəssisə öz keyfiyyət sisteminin beynəlxalq standartlara uyğun olmasını yalnız “kağızlarda” göstərərək sertifikat almaq məqsədini güdürsə, belə axtarış uğursuzluqla nəticələcək (çünki öz imicini düşünən heç bir sertifikatlaşdırma orqanı ciddi audit keçirmədən sertifikat verməz).

Əgər müəssisə yeni keyfiyyət sistemi yaradaraq və ya mövcud keyfiyyət sistemində dəyişikliklər edərək fəaliyyətini beynəlxalq standartların tələblərinə uyğun aparmaq istəyirsə, belə axtarış uğurla nəticələnəcək.
Keyfiyyət sistemlərinin yaradılması və ya mövcud sistemin təkmilləşdirilməsinə yönəlmiş dəyişikliklərin edilməsi bu sahədə mükəmməl biliyi və təcrübəsi olan mütəxəssis tərəfindən yerinə yetirilə bilər.
Bir çox hallarda müəssisə və şirkətlərdə bu sahə ilə bağlı mütəxəssis olmadığından onlar belə mütəxəssis-məsləhətçini “kənardan” dəvət edirlər.
Bu halda işin uğurla başa çatması cəlb edilən mütəxəssisin bilik səviyyəsindən asılıdır.

Öz keyfiyyət sistemini yaratmaq və ya dəyişdirmək istəyən müəssisə rəhbərliyi ona autsorsinq və ya məsləhət xidmətinin (konsaltinq) lazım olduğunu dəqiq təyin etməlidir.
Məsləhət xidmətindən istifadə olunan zaman iş prosesi məsləhətçinin tövsiyələri əsasında həyata keçirilir.
Autsorsinq xidmətindən istifadə olunduqda isə iş prosesi birbaşa “məsləhətçi” tərəfindən icra olunur.

Məsləhət xidmətinin həyata keçirilməsi zamanı nəzərə alınması vacib olan məsələlər aşağıdakılardır:


  • məsləhət - müsbət istiqamətdə dəyişikliklərə kömək edir (facilitation);
  • məsləhət xidməti göstərilən zaman elmi-nəzəri materiallardan (metodiki, normativ-texniki sənədlərdən və s.) istifadə olunur;
  • nisbətən yüksək tariflə müəyyən edilən qiymət və ya vaxt üzrə ödəniş tətbiq edilir;
  • menecment sisteminin dəyişilməsi üzrə işlərin böyük hissəsi müştəri tərəfindən həyata keçirilir;
  • idarəetmə sisteminin qurulması və tətbiqi zamanı məsləhətçinin bu prosesdə iştirakı daimi yox, müştəri ilə razılaşdırılmış iş qrafiki əsasında müəyyənləşdirilir.

Məsləhət xidməti ilə müqayisədə isə autsorsinq xidməti aşağıdakı xarakterik cəhətlərə malikdir:

  • autsorsinq - dəyişikliklərin, bilavasitə yerinə yetirilməsidir;
  • işin böyük hissəsini bu işə xüsusi cəlb olunan müvəqqəti əməkdaşlar - "məsləhətçilər" yerinə yetirir;
  • vaxt üzrə ödəniş nisbətən aşağı tarif üzrə həyata keçirilir;
  • "məsləhətçi” bütün günü müştərinin müəssisəsində olur və mahiyyətcə digər əməkdaşlardan fərqlənmir.

Təbii ki, məsləhət xidməti autsorsinqlə müqayisədə müəyyən üstünlüklərə malikdir:

  • konkret iş icraçılarından az asılılıq;
  • tələbatdan asılı olaraq işə müxtəlif mütəxəssislərin cəlb edilmə imkanı;
  • məsləhət xidməti zamanı elmi - texniki materialların olması;
  • məsləhətçi şirkət tərəfindən keyfiyyətə nəzarətin olması;
  • xidmətlərdən lazım olan təqdirdə istifadə etmək imkanı;
  • məsləhət xidmətini həyata keçirən müəssisənin yüksək səviyyəli mütəxəssislərinin təcrübəsindən yararlanmaq.

Bəzən şirkətlər məsləhətçilərlə müqayisədə müvəqqəti əməkdaşları seçməklə belə hesab edirlər ki, idarəetmə sisteminin qurulması zamanı onlara daha yaxşı nəzarət etmək imkanı var.
Lakin məsələyə bu cür yanaşmanın mənfi cəhətlərindən biridə ondan ibarətdir ki, idarəetmə sisteminin tətbiqi ilə məşğul olan müvəqqəti işçilərin bu və ya digər səbəbdən müəssisədən ayrılması bu sistemin yenidən qurulması kimi çox ciddi problem yaradır.

Gələcəkdə bu problemin həlli zəruriliyi yarandıqda isə müəssisə yenidən mütəxəssislər cəlb etmək məcburiyyətində qalır.


Məsləhət xidmətinin göstərilməsində isə şirkət məsləhətlərdən bəhrələnərək keyfiyyət sistemini özü yaradır.
Yüksək səviyyədə göstərilmiş məsləhət xidməti müəssisədə keyfiyyəti idarəetmə sisteminin davamlı və effektiv olmasını təmin etməlidir.
Müəssisədə keyfiyyəti  idarəetmə sistemi ilə bağlı  nümunəvi məsləhət xidməti  layihəsi bir neçə mərhələdən ibarətdir.

Hər bir mərhələdə işin ardıcıllığı eynidir və aşağıdakılardan ibarətdir:

1. Mövcud sistemin ilkin dəyərləndirilməsi:

  • dioqnostik audit;  
  • təşkilatı strukturun müəyyən edilməsi;
  • struktur bölmələrindəki vəziyyət və sənədlərin təhlili;
  • hesabatın hazırlanması və təqdimatı.

2. İdarəetmə qrupunun yaradılması və işlərin planlaşdırılması:

  •  müəssisədə idarəetmə sisteminə rəhbərlik edəcək şəxsin və struktur bölmələri üzrə cavabdehlərin müəyyən edilməsi;
  • idarəetmə sisteminin ümumi tətbiq qrafikinin  layihəsinin hazırlanması;
  • bölmələr üzrə dəqiq müəyyən edilmiş tətbiq planının hazırlanmasına köməklik.

3. Tədris və vəsaitlər: təlim və seminarlar;

  • şablon sənədlər və nümunələr;  
  • proqram təminatı;
  • elmi - metodik vəsaitlər.

4. İdarəetmə sisteminin sənədləşdirilməsi və tətbiqi: 

  • Yaradılacaq sənədlər siyahısının hazırlanması;
  • Siyahıya uyğun olaraq tələb olunan sənədlərin hazırlanması;
  • Hazırlanmış sənədlərin düzgün başa düşülməsinə və tətbiqinə yardımçı olmaq.

5. Daxili auditin keçirilməsi və idarəetmə sisteminin müəssisə rəhbərliyi tərəfindən təhlili:

  • İlk daxili audit keçirilməsinə köməklik; 
  • Müəssisə tərəfindən idarəetmə sisteminin təhlil olunmasına köməklik.

İşə hazırlıq mərhələsində ciddi araşdırmalar apararaq qarşıya qoyulan məsələnin həllində səriştəli ola biləcək məsləhətçi şirkətlər barədə məlumat toplamaq, onların əvvəllər həyata keçirdikləri lahiyələrin  nəticələri ilə maraqlanmaq, ödəniş məbləğinin əlverişli olub-olmamasını aydınlaşdırmaq lazımdır. Hətta, seçim etdikdən sonra kontrakt bağlamaq üçün tələsmək lazım deyil, bir-iki məsləhət almaqla onun işçilərlə davranışına, hesabatlarının tövsiyə və ya formal yazı xarakteri daşıdığını müəyyənləşdirmək lazımdır.

Bir çox şirkətlər məsləhətçi seçmək üçün tender və ya müsabiqə keçirirlər. Lakin, çox vaxt toplanmış sənədlər dəstindən edilən seçim xidmət üzrə deyil, xidmətlərin qiyməti üzrə aparılır. Bu isə keyfiyyətli işin yerinə yetirilməsinə zəmanət verə bilməz. Ümumiyyətlə, məsləhət xidmətinin keyfiyyətini yalnız iş yerinə yetirildikdən sonra qiymətləndirmək mümkündür.
Hər hansı bir şirkət seçdiyi məsləhətçinin təcrübə və səriştəli olmasını əsas götürərək, öz müəssisəsinin beynəlxalq sertifikat əldə edəcəyinə arxayın olmamalıdır.

Müsabiqə zamanı,  məsləhətçi şirkəti seçərkən, altı əsas meyarı nəzərə almalısınız:

  • bu sahədə iş təcrübəsi;  
  • müştərilərin tövsiyələri;
  • peşəkar mütəxəssislərin mövcudluğu;
  • nümunəvi məsləhət layihəsinin olması;
  • xidmətlərin qiyməti (hazırda Azərbaycan bazarında ISO 9001:2000 standartı üzrə göstərilən səviyyəli məsləhət xidmətinin müəyyən qiyməti mövcuddur ki, bu da müəssisənin ölçüsü və işçi sayından asılı olaraq 7000 AZN və ya 8500 $-dan aşağı olmamalıdır);
  • layihənin həyata keçirilmə müddəti (layihənin həyata keçirilməsi müddəti bilavasitə müəssisə rəhbərliyinin, çalışan işçilərin, həmçinin məsləhətçinin bilik və bacarıq səviyyəsindən asılıdır.

Beynəlxalq və yerli təcrübəyə əsasən, ən kiçik müəssisədə bir layihənin həyata keçirilməsi müddəti azı 6 ay olmalıdır).

Müsabiqəyə göndərilən sənədlər araşdırılarkən şirkətlərin sizin təklifə necə reaksiya verdiklərinə əsasən də müəyyən nəticəyə gəlmək olar:

  • sizə zəng edərək bu layihəni başlamağınızın səbəbi ilə və hansı məqsəd güddüyünüzlə maraqlanıblarmı? 
  • cavabı operativ şəkildə göndəriblərmi?
  • xidmət təklif sənədləri nə dərəcədə səliqəli və savadlı tərtib olunub və sizin bütün tələbləriniz nəzərə alınıbmı?

Bu sahədə məsləhət xidmətinin  onların əsas fəaliyyət istiqaməti olduğunu aydınlaşdırmağa çalışın.
Ola bilsin ki, şirkət tam başqa bir sahədə məsləhət verir, idarəetmə sistemləri üzrə məsləhət xidməti isə “perspektivdə olan biznes”dir.
Bəzi məsləhət şirkətlərinin sizinlə danışıqlar prosesində sistemin sertifikatlaşdırılacağına zəmanət verməsini ciddi qəbul etməyin.
Çünki işinə peşəkarcasına yanaşan heç bir məsləhətçi şirkəti və  sertifikatlaşdırma orqanı əvvəlcədən və ya audit zamanı sertifikatın veriləcəyi barədə öhdəlik götürməz.

Məsləhətçi seçərkən nəzərə almaq lazımdır ki, peşəkar məsləhətçi:

  • xidmətlərin göstərilməsinə dair müqaviləni imzalamazdan əvvəl sizin şirkətin işi ilə  yaxından tanış olmaq istəyini bildirəcək.
    Burada peşəkar məsləhətçini maraqlandiran əsas məsələ  şirkətin  hansı məqsəd güddüyünü öyrənməkdir.
    Tutaq ki, müəyyən bir şirkətin rəhbərliyini  öz müəssisəsində  keyfiyyəti idarəetmə sisteminin qurulmasından  daha çox  sertifikatın alınması maraqlandırır.
    Bu halda öz işinə peşəkarcasına yanaşan məsləhətçi  sadəcə olaraq  sertifikat almaq istəyən şirkətlə işləməkdən imtina edəcək.
    Çünki, müəyyən bir layihə üçün verilən pula görə illər ərzində qazanılmış imici itirməyə dəyməz;
  • layihəni heyətin ( lazım olarsa, rəhbərliyin ) tədrisindən başlayacaq, bunda məqsəd onun məsləhət zamanı danışdıqlarını adamların başa düşməsindədir;
  • məsləhətdən sonra sertifikatın alınmasına heç bir zəmanət verməyəcək;
  • əsas diqqəti lazım olan sənədlərin yazılmasına deyil, sistemin özünün qurulmasına verəcək;
  • təşəbbüs göstərəcək və sistemli həll yolları tövsiyə edəcək, sizin heyətin qrammatik səhvlərini düzəltməklə məşğul olmayacaq.

Məsləhət almaq bir adamın digərinə göstərdiyi böyük etimaddır. Bu etimadı doğrultmaq üçün məsləhət verən ilk növbədə düzgün, səmimi, etibarlı olmalı və öz işini yüksək peşəkarlıqla yerinə yetirməlidir.


Social

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com