Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Beynəlxalq və Regional Təşkilatlar

Как лечить гастрит быстро. Как лечить гастрит желудка дома. Как лечить гастрит народными средствами. Лечение и профилактика кариеса. Быстрая профилактика кариеса зубов. Профилактика кариеса у взрослых. Питание во время беременности. Какое правильное питание во время беременности. Режим питания во время беременности. Почки симптомы болезни. Главные признаки болезни почек. Питание при болезни почек. Как доставить удовольствие девушке. Как доставить девушке больше удовольствия днем. Как доставить максимум удовольствия девушке. Грудные мышцы в домашних условиях. Быстрые домашние упражнения для грудных мышц. Тренировка грудных мышц. Йога для начинающих видео. Качественная йога для беременных. Уроки йоги для начинающих. Народное лечение простата. Главные средства лечения аденомы простаты. Лечение простатита и аденомы простаты.

Avropa Standartlaşdırma Komitəsi (CEN)



Avropa Standartlaşdırma  Komitəsi (CEN) – standartlaşdırma sahəsində Avropanın milli standartlaşdırma qurumlarını birləşdirən regional təşkilatdır. CEN 1961-ci ildə Avropa İttifaqına və Avropa Azad Ticarət Assosiasiyasına  daxil olan 16  ölkənin milli standartlaşdırma təşkilatları tərəfindən Avropada vahid standartlar (avronormalar, EN və s.) əsasında mal və xidmətlərin azad ticarətinə kömək etmək məqsədilə yaradılmışdır (1970-ci ilə qədər Standartların koordinasiyası üzrə Avropa komitəsi adlanırdı). 1971-ci ildən  bu təşkilat Avropa Standartlaşdırma  Komitəsi (CEN) adlanır. Mərkəzi ofisi Brüsseldə yerləşən  bu təşkilata  hazırda  Avropanın  28 ölkəsi - Avstriya, Belçika, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Cənubi Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Çex Respublikası, İsveçrə, İsveç və Estoniya daxildir. CEN öz fəaliyyətində   bir   prinsip olaraq, Avropa standartlarının (avronormaların) işlənib-hazırlanması və yaxud da,  təkmilləşdirilməsi üçün Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) standartlarından əsas kimi  istifadə edilməsini zəruri hesab edir. Hal-hazırda CEN tərəfindən işlənib hazırlanmış standartlar Avropa ölkələrində çox böyük nüfuza malikdir. Bu standartlar ölkələrin milli standartlarına münasibətdə prioritet mövqeyə malikdir. Qeyd etmək lazımdır ki, CEN beynəlxalq standartlaşdırma prosesində Avropa ölkələrinin səylərinin birləşdirilməsində, həmçinin 1992-ci ildə ümumavropa bazarının yaradılmasında çox müsbət rol oynamışdır.

CEN tərəfindən işlənib hazırlanmış standartlar (EN) əsasən iki variantda, həm avronorma və təşkilata daxil olan ölkələrin milli standartları kimi, həm də bu standartların  başa düşülməsinə və tətbiqinə kömək etmək üçün tövsiyə və izahatdan ibarət əlavə kimi istifadə olunur.
Məhsul, xidmət və proseslərə aid standartlar hazırlamaqla yanaşı CEN, həm də məhsulun keyfiyyətinin təmin edilməsi sistemlərinin standartlaşdırılması, təcrübə laboratoriyalarının akkreditasiyası ilə məşğul olur. Bununla bağlı təşkilat tərəfindən  avronorma hesab edilən   EN 29000 standartı qəbul edilmişdir. EN 29000 standartı  öz mahiyyəti etibarilə əslində, Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən hazırlanmış ISO 9000 standartının “avropa variantıdır”. Regional təşkilat kimi CEN-in fəaliyyətində mühüm istiqamətlərindən birinin də, informasiya texnologiyalarına dair standartların hazırlanması təşkil edir. Avropada informasiya texnologiyaları və telekommunikasiya sahəsində hamı tərəfindən qəbul edilən  vahid  standartların hazırlanması məqsədilə, 1998-ci ildə CEN-in nəzdində yeni bir qurum - İnformasiya Sisteminin Standartlaşdırılması Cəmiyyəti  (ISSS)  yaradılmışdır.
Ümumiyyətlə, Təşkilat tərəfindən  iqtisadiyyatın müxtəlif  sahələrinə dair standartlar (aviasiya üçün avadanlıq, suqızdırıcı qaz cihazları, qaz balonları, qaz plitələri, qaldırıcı mexanizmlər üçün komplektləşdirici detallar, kəsmə və qaynaq, boru kəmərləri və borular, nasos stansiyaları və s.) hazırlanmışdır. CEN-in ali idarəetmə orqanı Baş Assambleyadır. Baş Assambleyada quruma daxil olan ölkələrin hökumət orqanları, milli standartlaşdırma təşkilatları təmsil olunur. Baş Assambleyanın toplantısı ildə bir dəfə çağırılır və təşkilatın qarşısında duran strateji məsələləri həll edir. Baş Assambleya öz tərkibindən İnzibati Şuranı seçir. İnzibati Şura təşkilatın ümumi fəaliyyətinə rəhbərliyi və üzv ölkələrin  milli  standartlaşdırma qurumlarının qəbul etdikləri normativ sənədlərin tətbiqi zamanı onların Avropa standartlarına uyğunlaşdırılması ilə bağlı nəzarəti həyata keçirir.
Təşkilatın cari işlərinə Baş katib rəhbərlik edir. CEN-i Beynəlxalq Standartlaşdırma Təşkilatından (ISO) fərqləndirən əsas cəhət, onun tərkibində  struktur bölmələrindən biri olan  sertifikatlaşdırma orqanının - (CENCER)  fəaliyyət göstərməsidir. CENCER-in  təşkilatın strukturuna daxil edilməsində əsas məqsəd məhsul, texnologiya və xidmətlərin 

CEN  standartlarına  uyğunluğunu  test vasitəsilə  yoxlamaqdır. Təşkilatda texniki məsələlərlə əsasən,  fəaliyyətləri  texniki büro tərəfindən əlaqələndirilən  texniki komitələr (TK ) məşğul olur. Qeyd edək ki,  hazırda  CEN-in tərkibində 282  TK fəaliyyət göstərir. CEN-də  standartların qəbulu ilə bağlı məsələlər bir qayda olaraq bu quruma  üzv ölkələrin milli standartlaşdırma təşkilatları tərəfindən səsvermə yolu ilə həyata keçirilir. CEN-in ISO ilə münasibətləri  1991-ci ildə Vyanada, bu qurumlar arasında imzalanmış saziş əsasında  tənzimlənir. Bu sazişə görə, ISO təşkilatı ilə CEN arasında  əməkdaşlıq birgə standartların hazırlanması və  eləcə də,  standartlaşdırma ilə bağlı informasiya mübadiləsini nəzərdə tutur. Qeyd edək ki, bu qurumların birgə əməkdaşlığının nəticəsi olaraq hazırlanmış standartlar  hazırda  dünyada  həm ISO,  həm də CEN-in  vahid standartları (ISO/EN)  kimi qəbul edilir. CEN-in fəaliyyətində mühüm istiqamətlərdən birini vahid Avropa normaları  (standartlar)  ilə yanaşı, ticarətdə texniki maneələrin aradan qaldırılması, habelə  yeni məhsulların istehsalında mütərəqqi metod və üsullardan istifadə edilməsi üçün ilkin standartların (ENV)  hazırlanması və sənədlərin  harmonizasiya olunması  təşkil edir. CEN təşkilatı tərəfindən qəbul olunmuş standartlar və hüquqi normativ sənədlər Avropa ölkələri arasında iqtisadi və ticarət sahəsində   daha sıx  əməkdaşlığa, ümumavropa inteqrasiyasının genişlənməsinə və bütövlükdə, standartlaşdırma ilə bağlı  vahid siyasətin həyata keçirilməsinə xidmət edir.


Social

Xəbərlər

İnformasiya təhlükəsizliyinin effektivliyinin artırılması üzrə yeni ISO/IEC standartı
Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının...
ISO 14001 standartının yeni versiyası
Standartlara yenidən baxılması və təkmilləşdirilməsi prosesi çərçivəsində Beynəlxalq Standartlaşdırma...
Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri üzrə ISO –nun yeni standartı
Beynəlxalq Standartlaşdırma Təşkilatından (ISO) verilən məlumata görə Əməyin...
Yeni ISO standartı enerji daşıyıcılarından effektiv istifadə edilməsinə imkan verəcək
Əksər müəssisələr üçün enerji daşıyıcılarının qiyməti uğurlu biznesin aparılmasda əhəmiyyətli...
ISO/IEC 17021 standartının yeni layihəsi
Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Uyğunluğun Qiymətləndirilməsi üzrə Komitəsi (CASCO) və...

Arxiv

2018
Апрель
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com