Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Beynəlxalq və Regional Təşkilatlar

Укладка ламината на пол. Быстрая укладка ламината своими руками видео. Укладка ламината по диагонали. Пробковое покрытие для пола. Качественная укладка пробкового пола. Пробковый пол плюсы и минусы. Смеси для выравнивания пола. Быстрое выравнивание бетонного пола. Выравнивание пола стоимость. Самоделки для дома. Лучшие самоделки для дома своими руками. Полезные самоделки для дома. Как обустроить кухню. Как обустроить маленькую кухню быстро. Как обустроить кухню фото. Как открыть свой магазин. Хочу открыть магазин с большим капиталом. Сколько стоит открыть магазин. Диван своими руками. Как сделать диван своими руками для дома. Диван своими руками чертежи. Дизайн маленькой кухни. Красивый дизайн интерьера кухни фото. Малогабаритные кухни дизайн.

Elektrotexnikada standartlaşdırma üzrə Avropa Komitəsi (CENELEC)

alt
Elektrotexnikada standartlaşdırma üzrə Avropa komitəsi (CENELEC) 1973-ci ildə AATA-ya üzv olan ölkələrin elektrotexnika sahəsindəki standartlarının koordinasiyası üzrə Avropa komitəsinin və Avropa Birliyinin (o zaman AİB) üzvü olan ölkələrin elektrotexnika sahəsindəki standartlarının koordinasiyası üzrə Avropa komitəsinin birləşməsi nəticəsində yaradılmışdır. Bu təşkilata Lüksemburq istisna olmaqla 30 Avropa ölkəsi daxildir.

CENELEC-in ali orqanı Baş məclisdir. Buraya üzv olan ölkələr özlərinin standartlaşdırma üzrə milli təşkilatları və hökumət orqanları vasitəsilə təmsil olunurlar. Baş məclisdə həmçinin AB və AATA-nın nümayəndələri iştirak edirlər. Baş məclis üzv-ölkələrin hər birinin milli təşkilatlarının nümayəndələrindən (5 nəfərə qədər) ibarət İnzibati şuranı seçir. CENELEC-in təşkilati strukturu CEN-in strukturuna uyğundur. CENELEC onunla sıx əməkdaşlıq edir. CENELEC-in əsas məqsədi AB və AATA ilə sıx əməkdaşlıq edərək elektrotexnik məmulatlara standartlar işləyib hazırlamaqdan ibarətdir. CENELEC-in standartları vahid Avropa bazarının yaradılması üçün zəruri vasitə kimi qiymətləndirilir.

Bu təşkilatın işinin əsas istiqaməti ölkələrin – üzvlərin milli standartları arasındakı, həmçinin məmulatların standartların tələblərinə uyğunluğa sertifikatlaşdırma prosedurları arasındakı hər hansı müxtəlifliyi aradan qaldırmaq və bununla da elektrotexniki sahələrin məhsullarının ticarətində texniki maneələrin meydana çıxmasının qarşısını almaqdan ibarətdir.
Yeni texnologiyalar sahəsində standartlaşdırma üzrə işləri planlaşdıran zaman ABK və AATA-nın tələbləri nəzərə alınır, buraya CEN-in və digər təşkilatların mütəxəssisləri cəlb olunurlar. Belə ki, əgər informatikaya aid məsələlər həll olunursa, onda bu işdə iştirak etmək üçün poçt və telekommunikasiya rəhbər orqanlar Avropa konfransı dəvət edilir. CENELEC və CEN-in işində təkrarlanmaya yol verməmək üçün bu təşkilatla birlikdə informasiya texnologiyalarının idarə edilməsi komitəsi yaradılmışdır.


CENELEK-də standartlaşdırmanın əsas obyektləri aşağıdakılardır:

  • 50-dən 1000 Volta qədər dəyişən cərəyanlı və 75-dən 1500 Volta qədər sabit cərəyanlı nominal gərginlikli sənaye və məişət avadanlıqları;
  • tibbi elektrotexniki avadanlıqlar;
  • elektromaqnit uzlaşması, o cümlədən radio əngəllər;
  • potensial partlayış təhlükəli atmosferdə istifadə edilmək üçün avadanlıqlar;
  • ölçmə vasitələrinin (elektron ölçmə vasitələri daxil olmaqla) metroloji təminatı.  

Bundan başqa, ABK və AATA-nın tapşırığına görə CENELEK Avropa bazarının tələbatına uyğun olaraq ayrı-ayrı elektrik avadanlığı növləri üzrə Avropa standartları işləyib hazırlayır.
CENELEK-in daha bir fəaliyyət sahəsi vardır ki, o da standartların hormonizasiyasından ibarətdir. Qeyd olunan fəaliyyətə proqram komitələrinin tövsiyə və təkliflərinin baxılması üçün yaradılmış xüsusi Texniki şura rəhbərlik edir. Bu iş həm IEC-in işinin təkrarlanmaması, həm də IEC-in beynəlxalq standartlarının vaxtında tətbiq olunması üçün zəruridir. Həmin standartlar Avropa normaları üçün baza kimi və ya regional standartlar olaraq qəbul olunur. Əgər hər hansı beynəlxalq standart baza kimi seçilmişdirsə, onda CENELEK standartlaşdırma üzrə bütün milli təşkilatlara təklif edir ki, onlar bu sahədə standartın işlənib hazırlanmasını dayandırsınlar. Bu zaman CENELEK-in beynəlxalq standart əsasında hazırlanmış Avropa standartı milli standart kimi qəbul edilir.

CEN/CENELEK-in ümumi daxili qaydaları ilə nəzərdə tutulan bu cür prosedur “Fəaliyyətsizlik haqqında saziş” adlanır.
CENELEK tərəfindən qəbul olunan regional standartlar üç şəkildə ola bilər: Avropa standartı (EN), harmonizasiya üzrə sənəd (HD) və ilkin standart (ENV).
CENELEK-in avronorması ölkələrin – üzvlərin milli normativ sənəd kimi qəbul etdikləri Avropa standartıdır. Bu standartın mətninə hər hansı dəyişikliklərin edilməsini təşkilatın qaydaları qadağan edir. En üç rəsmi dildə (ingilis, fransız, alman) nəşr edilir. Avronormaların nömrələnməsi 50001-dən başlanır. Hər bir ölkə milli səviyyədə mətnə tam riayət etməklə və onda heç bir dəyişiklik olunmaması şərtilə EN-ni həmin ölkənin dilində nəşr edə bilər. Bu zaman standartın tətbiqinin bu və ya digər milli xüsusiyyətləri standarta informasiya şəklində əlavə edilə bilər.

CENELEK və CEN-in texniki orqanlarının işində olan oxşarlığa baxmayaraq, Elektron komponentləri üzrə komitənin (CECC) və proqram komitələrinin spesifik cəhətlərini qeyd etmək lazımdır. CECC elektron komponentlərinin keyfiyyətinin qiymətləndirilməsi ilə məşğul olur. Bu, onun spesifik fəaliyyət sahəsi hesab edilir. Bununla əlaqədar olaraq komitənin özünün şəxsi Baş katibliyi mövcuddur və bilavasitə CENELEK-in Baş məclisinə tabedir. CECC-in ayrıca büdcəsi ölkələrin – üzvlərin verdikləri üzvlük haqlarının hesabına formalaşır.
Proqram komitələri Baş məclisin sessiyaları zamanı ona hesabat verir, onların fəaliyyəti CECC və İnformatika üzrə komitəyə toxunmur. Onlar CENELEK-in fəaliyyətini vaxtında tənzimləmək məqsədilə bütün səviyyələrdə standartlaşdırma üzrə işlərə nəzarət etməlidir. Bu komitələr, CEN və CENELEK kimi, avropa standartlarının işlənib hazırlanmasını və qəbulunu sürətləndirməkdə maraqlıdırlar. Bu sahədə bir neçə tədbirlər görülmüşdür: standartla tanış olma və səsvermə mərhələlərinin birləşdirilməsi, tərcümə xidmətinin gücləndirilməsi, IEC standartlarının indossamenti haqqında daha tez qərar qəbul etmək üçün CENELEK-in bütün texniki komitələrinin (TK) IEC standartlarının baxılmasında iştirak üçün qərarın qəbul edilməsi. Bütün ölkələrə - üzvlərə IEC-də analoqu olmayan milli standartlar fondunun təhlilinin aparılması təklif edilmişdir. Bu, o məqsədlə edilmişdir ki, o standartların içərisindən CENELEK standartlarının işlənib hazırlanması zamanı baza kimi yararlı olanlarını seçmək mümkün olsun.


İnformasiya təminatı AB-nin və Avropa Birliyi Komissiyasının (ABK) birgə müvafiq direktivi əsasında həyata keçirilir. CEN/CENELEK-in ABK-lə birgə işçi qrupu informasiyanın yayılma qaydasını müəyyən etmişdir. Burada CENELEK-in üzvü olan hər bir komitəyə və CEN-in üzvü olan standartlaşdırma üzrə hər bir milli təşkilata tapşırılmışdır ki, standartlaşdırma üzrə öz planları haqqında bir-birinə vaxtında məlumatlar versinlər, çünki bu planlar regional standartlaşdırma proqramının əsasını təşkil edir. Bu sahədə fəaliyyəti sadələşdirmək məqsədilə İnformasiya texnologiyalarının idarə edilməsi komitəsi yaradılmışdır. Standartların işlənməsində təkrarlanmaya yol verməmək üçün bu işə Avropa poçt və telefon-teleqraf əlaqəsi konfransı cəlb edilir. Komitə standartların layihələrinin hazırlanması üçün texniki tapşırıqların planlaşdırılması və yerləşdirilməsi, işin qrafikinin tərtib olunması və xüsusi aktual standartların qəbul edilməsini sürətləndirmək üçün təkliflərin hazırlanması ilə məşğul olur.

İnformasiya texnologiyaları sahəsində, Komitədən başqa, iki məqsədli ekspert qrupu işləyir: informasiya texnologiyaları sahəsində sertifikatlaşdırma üzrə və istehsalat texnologiyaları sahəsində standartlaşdırma məsələləri üzrə məsləhət qrupları.

CEN/CENELEK-in bir neçə birgə işçi qrupları fəaliyyət göstərir: konfidesial məlumatların, lokal şəbəkələrin, faylların köçürülməsinin, inzibati sənədlərin və s. emalı sistemləri üzrə; açıq sistemlər üzrə Avropa işçi qrupu. Bu qrupun məqsədi Avropa standartlaşdırmasının əsas istiqamətləri üzrə bütün maraqlı tərəflərin razılığına nail olmaqdır. Bu qrupun texniki sənədləri bütün beynəlxalq təşkilatlar və CEN/CENELEK üçündür.

CEN/CENELEK-dən başqa, Avropa regionunda telekommunikasiyalar sahəsində standartlaşdırma ilə Telekommunikasiya standartları üzrə Avropa institutu məşğul olur.

Social

Xəbərlər

İnformasiya təhlükəsizliyinin effektivliyinin artırılması üzrə yeni ISO/IEC standartı
Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının...
ISO 14001 standartının yeni versiyası
Standartlara yenidən baxılması və təkmilləşdirilməsi prosesi çərçivəsində Beynəlxalq Standartlaşdırma...
Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri üzrə ISO –nun yeni standartı
Beynəlxalq Standartlaşdırma Təşkilatından (ISO) verilən məlumata görə Əməyin...
Yeni ISO standartı enerji daşıyıcılarından effektiv istifadə edilməsinə imkan verəcək
Əksər müəssisələr üçün enerji daşıyıcılarının qiyməti uğurlu biznesin aparılmasda əhəmiyyətli...
ISO/IEC 17021 standartının yeni layihəsi
Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Uyğunluğun Qiymətləndirilməsi üzrə Komitəsi (CASCO) və...

Arxiv

2018
Апрель
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com