Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Beynəlxalq və Regional Təşkilatlar

Купить новостройку с отделкой. Где купить однокомнатную квартиру в новостройке? Купить новостройку недорого. Оценка стоимости недвижимости. Какая рыночная оценка недвижимости? Принципы оценки недвижимости. Теплый пол своими руками. Как сделать теплый пол в доме. Монтаж водяного теплого пола. Не включается ноутбук. Скажите почему не включается ноутбук. Ноутбук включается и сразу выключается. Быстрый кредит наличными. Где быстро взять кредит без справок. Оформить быстрый кредит. Топ wow сервера. Где скачать последний клиент wow? Самый лучший сервера world of warcraft. Ленточная пилорама цена. Ленточная пилорама своими руками чертежи. Скачать чертежи ленточной пилорамы. Аренда квартир без посредников. Длительная аренда квартир без посредников и прочих. Аренда однокомнатной квартиры.

Beynəlxalq Qanunverici Metrologiya Təşkilatı (OIML)

alt

Hökumətlərarası Beynəlxalq təşkilatdır. 1955-ci ildə yaradılmışdır. OIML-in əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • OIML üzvü olan ölkələr üçün ölçmə vasitələrinin metroloji xarakteristikalarının normalaşdırılmasının vahid metodları;
  • Yoxlama aparatlarının, etalonların, nümunəvi və işçi ölçmə cihazlarının müqayisə olunması, yoxlama və attestasiya metodlarının harmonizasiyası;
  • Ölkələrdə Beynəlxalq miqyasda unifikasiya olunmuş ölçmə vasitələrinin istifadə olunmasını təmin etmək;
  • Metroloji xidmətlərin təşkilinin optimal formalarının və onların dövlət tərəfindən yerinə yetirilməsini təmin edən göstərişlərin hazırlanması;
  • Metroloji xidmətlərin yaradılmasında və işlərin təşkilində, onların zəruri texniki vasitələrlə təmin edilməsində inkişaf etməkdə olan ölkələrə elmi-texniki dəstək;
  • Metrologiya sahələrində müxtəlif ixtisas səviyyəsində kadr hazırlığının vahid prinsiplərini müəyyən etmək.

OIML-in ali orqanı Beynəlxalq qanunvericilik metrologiyası konfransıdır. Bu konfrans dörd ildə bir dəfə çağırılır. İştirakçı ölkələr konfransda öz nümayəndələri ilə təmsil olunurlar. Konfrans OIML-in məqsəd və vəzifələrini müəyyən edir, işçi orqanların məruzələrini dinləyir və təsdiq edir, büdcə məsələlərini və s. müzakirə edir. Konfransın işində OIML-in üzvü olmayan ölkələr, ərazilər həm də OIML ilə əlaqəsi olan digər Beynəlxalq ittifaqlar müşahidəçi kimi iştirak edə bilərlər. Onu da qeyd etmək lazımdır ki, üzv olan ölkələrin OIML-in qəbul etdiyi qərarları yerinə yetirməsi məcburi deyildir. Onlar bu tədbirləri qəbul edirlər, mümkün səviyyədə yerinə yetirirlər.

Konfrans sessiyaları zamanı iştirak edən nümayəndələrdən sədr və iki vitse sədr seçilir.  Konfransın işçi orqanı Beynəlxalq Qanunvericilik Metrologiyası Komitəsidir. Beynəlxalq Qanunvericilik Metrologiyası Komitəsi iki ildə bir dəfə çağırılır.

Hər bir OIML-in üzvü olan ölkə Beynəlxalq Qanunvericilik Metrologiyası Komitəsində metrologiya sahəsində yüksək ixtisaslı bir nümayəndə ilə təmsil olunur. Bu nümayəndə öz hökuməti adından səlahiyyətləri öz üzərinə götürə bilməz.
Komitə katib-pilotların və katib-mühazirəçilərin planlarına baxır və qəbul edir, katiblərin texniki işlərinə nəzarət aparır və digər məsələləri həll edir.
Komitə birinci və ikinci vitse-prezidentləri altı illiyə seçirlər.
OIML öz funksiyalarının müəyyən hissəsini sədrə verə bilər, o da öz qərarlarını komitə üzvlərinin nəzərinə çatdırır.
Qərarlar komitənin sessiyalarında, bu sessiyalar arasında və xüsusi hallarda isə yazışma yolu ilə qəbul edilir. Komitədə prezident şurası və inkişaf etmiş ölkələrə kömək üzrə şura yaradılmışdır. Konfransın və komitənin iclasları Beynəlxalq Qanunverici Metrologiya Bürosu tərəfindən təmin olunur. Büro direktordan, onun müavinlərindən, üzv ölkələrdən olan mühəndis və xidmətçilərdən ibarətdir. Büro Parisdə yerləşir.

Onu da qeyd etmək lazımdır ki, Avropa ittifaqı (Aİ) daxilində OIML-in bütün sənədlərini texniki reqlament formasında tətbiq olunması haqqında qərar qəbul edilmişdir.
Dünya Ticarət Təşkilatı  üzv olan ölkələrə  məhsullarının miqdarını və keyfiyyətini təyin edərkən OIML-in tövsiyələrindən istifadə etməyi təklif etmişdir. OIML-in büdcəsi bu qurumda iştirak edən üzvlərin üzvlük haqqı hesabına formalaşır.

Bütün ölkələr əhalinin sayına görə dörd kateqoriyaya bölünmüşdür:

  • 10 milyona qədər;
  • 10-40 milyona qədər;
  • 40-100 milyona qədər;
  • 100 milyondan çox.

Bunlara uyğun olaraq 1-2-4-8 əmsalları tətbiq edilir .

Social

Xəbərlər

İnformasiya təhlükəsizliyinin effektivliyinin artırılması üzrə yeni ISO/IEC standartı
Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının...
ISO 14001 standartının yeni versiyası
Standartlara yenidən baxılması və təkmilləşdirilməsi prosesi çərçivəsində Beynəlxalq Standartlaşdırma...
Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri üzrə ISO –nun yeni standartı
Beynəlxalq Standartlaşdırma Təşkilatından (ISO) verilən məlumata görə Əməyin...
Yeni ISO standartı enerji daşıyıcılarından effektiv istifadə edilməsinə imkan verəcək
Əksər müəssisələr üçün enerji daşıyıcılarının qiyməti uğurlu biznesin aparılmasda əhəmiyyətli...
ISO/IEC 17021 standartının yeni layihəsi
Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Uyğunluğun Qiymətləndirilməsi üzrə Komitəsi (CASCO) və...

Arxiv

2018
Август
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com