Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Beynəlxalq və Regional Təşkilatlar

Как лечить гастрит быстро. Как лечить гастрит желудка дома. Как лечить гастрит народными средствами. Лечение и профилактика кариеса. Быстрая профилактика кариеса зубов. Профилактика кариеса у взрослых. Питание во время беременности. Какое правильное питание во время беременности. Режим питания во время беременности. Почки симптомы болезни. Главные признаки болезни почек. Питание при болезни почек. Как доставить удовольствие девушке. Как доставить девушке больше удовольствия днем. Как доставить максимум удовольствия девушке. Грудные мышцы в домашних условиях. Быстрые домашние упражнения для грудных мышц. Тренировка грудных мышц. Йога для начинающих видео. Качественная йога для беременных. Уроки йоги для начинающих. Народное лечение простата. Главные средства лечения аденомы простаты. Лечение простатита и аденомы простаты.

Avropa Keyfiyyət Təşkilatı (European Orqanization for Quality, EOQ )

Avropa Keyfiyyət Təşkilatı (EOQ) keyfiyyət sahəsində tanınmış nüfuzlu beynəlxalq qurumdur. EOQ 1956-cı ildə yaradılmışdır. Fəaliyyətini əsasən Avropada məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi və bütövlükdə keyfiyyətin idarə edilməsi sahəsinin inkişafına kömək etmək istiqamətində quran bu quruma hal-hazırda Avropanın 34 ölkəsinin milli keyfiyyət təşkilatları daxildir.


Təşkilatın fəaliyyətində keyfiyyət sahəsində vahid Avropa siyasətinin işlənib hazırlanması, eləcə də Avropa ölkələrində olan milli keyfiyyət təşkilatlarının inkişafının dəstəklənməsinə xüsusi önəm verilir. Son illər Avropa ölkələri arasında keyfiyyət sahəsində informasiyanın, təcrübə mübadiləsinin genişləndirilməsi kimi prioritet məsələlərə münasibətdə EOQ tərəfindən yeni strategiyanın  həyata keçirilməsinə başlanılmışdır. Bu məqsədlə 2005-2006-cı illərdə EOQ tərəfindən yeni layihə - “EVROS” – Keyfiyyət məsələləri üzrə informasiyanın Avropa Könüllülük Sistemi hazırlanmışdır. Həmin sistemə görə Avropada keyfiyyət məsələlərinin yeni qeydiyyatı (euroregister) həyata keçirilir ki, burada da məqsəd keyfiyyət sahəsində fəaliyyət göstərən təşkilat və şəxslər haqqında məlumatların toplanılmasıdır. Tədarükçülər (mülkiyyətçilər), fiziki və hüquqi şəxslər özü və təşkilatı haqqında məlumatları təqdim edib, qeydiyyata alındıqdan sonra EVROS-un müəyyən prosedurlarını keçərək müvafiq şəhadətnamə alır. Bu, qeydiyyata alınmış hüquqi və fiziki şəxsin fəaliyyəti haqqında müştərilərə və maraqlı tərəflərə geniş informasiyanın verilməsinə xidmət edir. EVROS sisteminin üzvü olmaq istəyən hüquqi və fiziki şəxslər aşağıdakı kateqoriyalar üzrə qruplaşdırılır:

   
Kateqoriya 1. 
Bura məhsulları (xidmətləri, işləri) müvafiq sənədlərlə təsdiq olunmuş sənaye müəssisələri, banklar, dövlət və bələdiyyə idarəetmə orqanları, firmalar, xidmət və s. də fəaliyyət göstərən təşkilatlar daxildir. Onların məhsullarının (xidmətlərinin) və/və ya idarəetmə sistemlərinin keyfiyyəti beynəlxalq tələblərə uyğun və üçüncü tərəfin müvafiq qiymətləndirilməsindən sonra müvafiq sənədlə təsdiq olunmuşdur. EVROS sistemi vasitəsilə şirkətlər və şəxslər potensial müştəri tapmaqla Avropa bazarında uğurlu fəaliyyət göstərə bilər.


Kateqoriya 2.
Bura məhsulların (xidmətlərin, sistemlərin və s.) uyğunluğunun qiymətləndirilməsi və təsdiqi ilə məşğul olan təşkilatlar və fiziki şəxslər daxildir. Eyni zamanda bu kateqoriyaya məhsullar, xidmətlər və keyfiyyəti idarəetmə sistemlərinin sertifikasiyası ilə məşğul olan orqanlar, eləcə də ölçmə, sınaq və analitik laboratoriyalar, auditorlar, ekspert və s. firmalar aiddir.

Kateqoriya 3.
Bura keyfiyyət sahəsində təhsil, təkmilləşdirmə, təlim və məsləhət xidmətləri göstərən, habelə bununla bağlı dərslik, metodoloji və praktik materiallar hazırlayan, mühazirə kursları həyata keçirən təşkilatlar və fiziki şəxslər daxildir. 

Kateqoriya 4.
Bura keyfiyyət və idarəetmə ilə məşğul olan, müxtəlif dərəcələrə malik, öz sahəsində kifayət qədər böyük təcrübə əldə etmiş mütəxəssislər daxildir.

Kateqoriya 5.
Bura keyfiyyət sahəsində elmi-texniki vəsaitləri hazırlayan, onları nəşr edən təşkilat və fiziki şəxslər, elmi tədqiqat mərkəzləri, ictimai və peşəkar assosiasiyalar, ittifaqlar, birliklər, agentliklər və digər təşkilatlar daxildir.


Dünyanın keyfiyyət sahəsində ən böyük qurumlarından biri olan EOQ hazırda öz fəaliyyətini Avropa ölkələrində məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların rəqabət qabiliyyətliliyinin artırılması istiqamətində qurur. EOQ-un ali orqanı ildə bir dəfə çağırılan Konqresdir. Avropa Komissiyasının tapşırığı və dəstəyi ilə EOQ tərəfindən son illər Avropa ölkələrində çalışan dövlət məmurlarına müntəzəm olaraq təlimlər keçirilir ki, bunda da məqsəd keyfiyyət və idarəetmə sahəsində onların bilik səviyyəsinin artırılmasına nail olmaqdır. Bundan başqa, 1997-ci ildən etibarən EOQ-un himayəsi altında hər il Ümumdünya Keyfiyyət Həftəsi və Keyfiyyət Günü keçirilir.
EOQ Keyfiyyətin İdarə edilməsi üzrə Avropa Fondu ilə birgə ildə bir dəfə Avropa keyfiyyət mükafatını təyin edir ki, bu mükafata da Avropanın kiçik və orta müəssisələri layiq görülür. 

Social

Xəbərlər

İnformasiya təhlükəsizliyinin effektivliyinin artırılması üzrə yeni ISO/IEC standartı
Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının...
ISO 14001 standartının yeni versiyası
Standartlara yenidən baxılması və təkmilləşdirilməsi prosesi çərçivəsində Beynəlxalq Standartlaşdırma...
Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri üzrə ISO –nun yeni standartı
Beynəlxalq Standartlaşdırma Təşkilatından (ISO) verilən məlumata görə Əməyin...
Yeni ISO standartı enerji daşıyıcılarından effektiv istifadə edilməsinə imkan verəcək
Əksər müəssisələr üçün enerji daşıyıcılarının qiyməti uğurlu biznesin aparılmasda əhəmiyyətli...
ISO/IEC 17021 standartının yeni layihəsi
Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Uyğunluğun Qiymətləndirilməsi üzrə Komitəsi (CASCO) və...

Arxiv

2018
Декабрь
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com