Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Beynəlxalq və Regional Təşkilatlar

Купить новостройку с отделкой. Где купить однокомнатную квартиру в новостройке? Купить новостройку недорого. Оценка стоимости недвижимости. Какая рыночная оценка недвижимости? Принципы оценки недвижимости. Теплый пол своими руками. Как сделать теплый пол в доме. Монтаж водяного теплого пола. Не включается ноутбук. Скажите почему не включается ноутбук. Ноутбук включается и сразу выключается. Быстрый кредит наличными. Где быстро взять кредит без справок. Оформить быстрый кредит. Топ wow сервера. Где скачать последний клиент wow? Самый лучший сервера world of warcraft. Ленточная пилорама цена. Ленточная пилорама своими руками чертежи. Скачать чертежи ленточной пилорамы. Аренда квартир без посредников. Длительная аренда квартир без посредников и прочих. Аренда однокомнатной квартиры.

Asiya və Sakit Okean Regionu Ölkələrinin Keyfiyyət Təşkilatı (APQO)


alt

Asiya və Sakit Okean Regionu Ölkələrinin Keyfiyyət Təşkilatı (APQO) keyfiyyət sahəsində fəaliyyət göstərən, Asiya və Sakit okean regionunun bir sıra ölkələrinin keyfiyyət təşkilatlarını özündə birləşdirən beynəlxalq səviyyəli elmi və texniki qurumdur. APQO-nun yaradılması ideyası 1981-ci ildə Fillippin Keyfiyyət Cəmiyyəti tərəfindən və həmin ölkədə ilk dəfə keçirilən Beynəlxalq Keyfiyyət Konfransında meydana gəlsə də, təşkilatın formalaşması və bilavasitə fəaliyyəti 1985-ci ildən başlayıb.


Yarandığı vaxtdan etibarən APQO, Asiya və Sakit okean regionu ölkələrinin keyfiyyət və ya standartlaşdırma təşkilatlarının effektiv konfederasiyasına çevrilmək istiqamətində öz səylərini uğurla davam etdirir. Keyfiyyət  sahəsində nüfuzlu beynəlxalq qurum olan APQO-nun başlıca məqsədi, Asiya və Sakit okean regionunu ölkələrinin təşkilatları, habelə fərdi üzvləri ilə iş birliyi quraraq məhsulların və xidmətlərin keyfiyyətinin daim artırılmasına nail olmaqdır. Hal-hazırda APQO, dünyanın seçilib-sayılan keyfiyyət qurumlarının siyahısındadır və dünya üzrə 15 digər keyfiyyət və standartlaşdırma təşkilatları ilə sıx əlaqədədir. APQO-nun mərkəzi ofisi Filippində yerləşir və təşkilat Ümumi Katiblik tərəfindən idarə olunur. Katiblik əsasən üzvlükdən toplanılan vəsaitlər, təşkilatı  dəstəkləyən və mərkəzi şuraya üzv olan şəxslərin, tərəfdaşların, korporativ, fərdi və ömürlük üzvlərin yardımları hesabına fəaliyyət göstərir. APQO Mərkəzi Şuraya üzv olan ölkələr arasında, eləcə də dünyanın digər keyfiyyət və standartlaşdırma təşkilatları ilə əlaqələrinin qurulmasında fəal rol oynayır. Bundan başqa təşkilat tərəfindən hər il keyfiyyət və idarəetməyə dair müxtəlif  təlim və seminarlar, habelə bu sahədə fərqlənmiş şirkətlərin və fərdi şəxslərin mükafatlandırılması ilə bağlı tədbirlər həyata keçirilir. APQO-nun  təsis etdiyi Beynəlxalq Asiya və Sakit Okean Regionu Ölkələrinin Keyfiyyət Mükafatı (IAPQA), təşkilatı dəstəkləyən şəxslərdən olan Walter L.Hurd fondunun vəsaiti hesabına Beynəlxalq Asiya Sakit Okean və Regionu Ölkələrinin Mükafat Şurası tərəfindən verilir. 

APQO, Asiya və Sakit okean regionu ölkələrində hər il öz konfranslarını keçirir. Bu konfranslarda təşkilatın gələcək fəaliyyət strategiyası, keyfiyyət, idarəetmə, standartlaşdırma, sertifikatlaşdırma sahəsindəki beynəlxalq elmi və texniki yeniliklər, quruma yeni üzvlərin  qəbulu və s. məsələlər müzakirə olunur. APQO-nun keyfiyyət sahəsində ilk beynəlxalq konfransı 1985-ci ildə  Çində keçirilib. Təşkilatın ikinci konfransı 1988-ci ildə Koreyada, üçüncü konfransı 1991-ci ildə Yeni Zelandiyada, dördüncü konfransı 1994-cü ildə Malayziyada, beşinci konfransı 1996-cı ildə  Filippində; altıncı  konfransı 1998-ci ildə Cənubi Koreyanın paytaxtı Seul şəhərində, yeddinci konfransı 2000-ci ildə Amerika Keyfiyyət Cəmiyyəti tərəfindən ABŞ-da, səkkizinci  konfransı 2002-ci ildə  Çində, doqquzuncu  konfransı Meksikada, onuncu  konfransı 2004-cü ildə  Filippində, on birinci konfransı 2005-ci ildə Vyetnamda, on ikinci  konfransı Avstraliyada, on üçüncü  konfransı 2007-ci ildə Çində və nəhayət on dördüncü  konfransı bu il, avqustun 23-25-i tarixlərində İran İslam Respublikasının Tehran şəhərində keçirilmişdir.

Konfranslararası dövrdə APQO-nun cari  fəaliyyətinə Ümumi Katiblik rəhbərlik edir. Hal-hazırda dünyanın 21 ölkəsi APQO-nun Mərkəzi Şurasının üzvüdür.

Mərkəzi Şurada təmsil edilən ölkələr bunlardır:


  • Amerika Keyfiyyət Təşkilatı
  • Avstraliya Keyfiyyət Təşkilatı
  • Azərbaycan Keyfiyyət Assosiasiyası
  • Çin Keyfiyyət Assosiasiyası
  • Birləşmiş Ərəb Əmirliklərinin E-TQM Kolleci
  • İndoneziyanın Keyfiyyəti İdarəetmə Assosiasiyası
  • Meksikanın Keyfiyyətə Nəzarət Təşkilatı
  • Malayziyanın Keyfiyyət İnstitutu
  • Hindistanın Ticarət Palatası
  • İran Keyfiyyət Menecerləri Cəmiyyəti
  • Koreyanın Standartlar Assosiasiyası
  • Malayziyanın Milli Məhsuldarlıq Korporasiyası
  • Nepalın Keyfiyyət Məhsuldarlığı və Rəqabətə davamlılıq Şəbəkəsi
  • Yeni Zelandiya Keyfiyyət Təşkilatı
  • Filippin Keyfiyyət Cəmiyyəti
  • PIQC Keyfiyyət İnstitutu
  • Sinqapurun Standartlar, Məhsuldarlıq və İnnovasiya Komitəsi
  • Şri-Lankanın Keyfiyyət Assosiasiyası
  • Şanxay Keyfiyyət Assosiasiyası
  • Tailand Keyfiyyət Cəmiyyəti
  • Vyetnamın Standartlar və Keyfiyyət Direktoratı.

Social

Xəbərlər

İnformasiya təhlükəsizliyinin effektivliyinin artırılması üzrə yeni ISO/IEC standartı
Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının...
ISO 14001 standartının yeni versiyası
Standartlara yenidən baxılması və təkmilləşdirilməsi prosesi çərçivəsində Beynəlxalq Standartlaşdırma...
Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri üzrə ISO –nun yeni standartı
Beynəlxalq Standartlaşdırma Təşkilatından (ISO) verilən məlumata görə Əməyin...
Yeni ISO standartı enerji daşıyıcılarından effektiv istifadə edilməsinə imkan verəcək
Əksər müəssisələr üçün enerji daşıyıcılarının qiyməti uğurlu biznesin aparılmasda əhəmiyyətli...
ISO/IEC 17021 standartının yeni layihəsi
Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Uyğunluğun Qiymətləndirilməsi üzrə Komitəsi (CASCO) və...

Arxiv

2018
Февраль
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728    

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com