Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Beynəlxalq və Regional Təşkilatlar

Укладка ламината на пол. Быстрая укладка ламината своими руками видео. Укладка ламината по диагонали. Пробковое покрытие для пола. Качественная укладка пробкового пола. Пробковый пол плюсы и минусы. Смеси для выравнивания пола. Быстрое выравнивание бетонного пола. Выравнивание пола стоимость. Самоделки для дома. Лучшие самоделки для дома своими руками. Полезные самоделки для дома. Как обустроить кухню. Как обустроить маленькую кухню быстро. Как обустроить кухню фото. Как открыть свой магазин. Хочу открыть магазин с большим капиталом. Сколько стоит открыть магазин. Диван своими руками. Как сделать диван своими руками для дома. Диван своими руками чертежи. Дизайн маленькой кухни. Красивый дизайн интерьера кухни фото. Малогабаритные кухни дизайн.

Laboratoriyaların Beynəlxalq Akkreditasiya Birliyi (International Laboratory Accreditation Cooperation, ILAC)



Laboratoriyaların Beynəlxalq Akkreditasiya Birliyi (International Laboratory Accreditation Cooperation - ILAC) laboratoriyaların akkreditasiyası sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatdır.
ILAC 1977-ci ildə 44 Avropa dövlətinin milli akkreditasiya orqanlarının qarşılıqlı anlaşma barədə Danimarkanın paytaxtı Kopenhagen şəhərində imzaladığı Memorandumun nəticəsi olaraq yaradılmışdır.

1996-cı ildən rəsmi beynəlxalq təşkilat kimi fəaliyyət göstərən ILAC-ın əsas məqsədi quruma üzv ölkələrin akkreditasiya olunmuş laboratoriyalarının, yoxlama orqanlarının kalibrlənmə və sınaq protokollarının, hesabatlarının qarşılıqlı tanınması barədə onlar arasında imzalanmış çoxtərəfli sazişlərin inkişafı və dəstəklənməsi, laboratoriyaların akkreditasiyası üzrə regional orqanlar arasında beynəlxalq əməkdaşlığın təmin edilməsi, bu sahədə standartların hazırlanmasına kömək etməkdən ibarətdir. ILAC-ın fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:
 
  • akkreditasiya olunmuş laboratoriyaların və nəzarət (yoxlama) orqanlarının təcrübəsinin harmonizasiyası və inkişafı;
  • akkreditasiya olunmuş laboratoriyaların və nəzarət (yoxlama) orqanlarının fəaliyyətinin sənaye, eləcə də istehlakçıların və s.-nin ehtiyaclarına uyğun olaraq inkişaf etdirilməsi;
  • inkişafda olan akkreditasiya sistemlərinə yardım edilməsi və dəstəklənməsi;
  • təşkilata üzv ölkələrdən daxil olan malların kalibrlənməsinin, sınağının və ona nəzarətin, həmçinin qarşılıqlı anlaşma haqqında ILAC Sazişini imzalamış həmin ölkələrin akkreditasiya olunmuş laboratoriyaların və nəzarət (yoxlama) orqanlarının nəticələrinin qlobal səviyyədə tanınması.

2000-ci il noyabrın 2-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilən ILAC-ın Baş Məclisində bu təşkilatın üzvü olan 28 ölkənin laboratoriyaların akkreditasiyası üzrə 36 orqanı tərəfindən ixrac olunan malların texniki sınaq nəticələrinin qarşılıqlı surətdə tanınması barədə Saziş (ILAC Sazişi) imzalandı.
Bu saziş onu imzalamış tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və beynəlxalq ticarətdə maneələrin aradan qaldırılması ilə bağlı zəruri işlərin həyata keçirilməsini nəzərdə tuturdu.

Saziş İLAC-a üzv olan qurumlara akkreditasiya sxemlərinin işlənib hazırlanması və fəaliyyəti barədə ILAC üzvüləri ilə informasiya mübadiləsi aparmaq, ILAC-ın Baş Məclisinin və onun komitələrinin işində (həmçinin qərarların qəbulu prosesində) iştirak etmək, beynəlxalq laboratoriyalararası müqayisəli yoxlamalarda və peşəkar sınaq proqramlarında iştirak etmək, elm və texnikanın müxtəlif sahələrində aparılan ölçmə və sınaqlarla bağlı məsələləri müzakirə etmək üçün ILAC-ın ekspert və problemlərlə məşğul olan qruplarının işində iştirak etmək, akkreditasiya olunmuş laboratoriyaların sərəncamında olan ölçmələrin vəhdətinin və metroloji təminatının keyfiyyətinə nəzarətin təsdiq edilməsi üzrə iş aparmaq kimi üstünlüklər əldə etməyə imkan verirdi.            

Qeyd etmək lazımdır ki, laboratoriyaların akkreditasiyası sahəsində uğurlu fəaliyyət göstərən ILAC dünyanın aparıcı beynəlxalq qurumları olan Beynəlxalq standartlaşdırma Təşkilatı (ISO), Beynəlxalq Elektrotexnika Komissiyası (IEC), Beynəlxalq Akkreditasiya Forumu (IAF), Birləşmiş Millətlər Təşkilatının sənaye inkişafı üzrə ixtisaslaşmış idarəsi (UNIDO), Beynəlxalq Ölçü və Çəki Bürosu (BIPM), Beynəlxalq Qanunverici Metrologiya Təşkilatı (OIML) və Ümumdünya Antidopinq Agentliyi (WADA) ilə əməkdaşlıq edir.

ILAC quruma üzv olan ölkələrdə akkreditasiya olunmuş milli akkreditasiya sistemlərinin və sınaq laboratoriyalarının siyahısını, akkreditasiya üzrə ədəbiyyatların siyahısını, həmçinin bu sahənin problemlərinin öyrənilməsi ilə məşğul olan işçi və xüsusi qrupların hesabatlarını nəşr edir.
Geniş informasiya fəaliyyəti ilə yanaşı ILAC qarşılıqlı tanınma haqqında sazişlərin bağlanması üzrə tövsiyələr və milli akkreditasiya sistemlərinin qarşılıqlı tanınması haqqında tipik beynəlxalq sazişlərə tələblər işləyib hazırlayır.
ILAC sınaq laboratoriyalarının akkreditasiyası üzrə orqanlar səviyyəsində sazişlərin bağlanmasında mühüm rol oynayır.

ILAC Beynəlxalq Standartlaşdırma Təşkilatı və Beynəlxalq Elektrotexnika Komitəsi ilə birgə sınaq laboratoriyalarının beynəlxalq səviyyədə razılaşdırılmış prinsiplər və prosedurlar əsasında akkreditasiya olunmasını nəzərdə tutan sənədlərin hazırlanması prosesində iştirak edir.
Məhz bu əməkdaşlığın nəticəsi olaraq ILAC ISO/IEC-lə birgə sınaq laboratoriyalarının qiymətləndirilməsinin və akkreditasiyasının müxtəlif aspektlərini nəzərdə tutan

ISO/IEC 25, 38, 54 və 55 Rəhbərlik sənədlərinə yenidən baxılmış və onlara müəyyən əlavələr edilmişdir. ILAC-ın işçi orqanları aşağıdakı komitələrdir:

  • konfransların hazırlanması və keçirilməsi üzrə komitə;
  • ticarətdə akkreditasiyanın əməli tətbiqi üzrə komitə;
  • akkreditasiyanın praktikası üzrə komitə;
  • laboratoriyaların praktiki işləri üzrə komitə;
  • redaksiya komitəsi.

2009-cu ilin məlumatına görə, dünyanın 70-dən çox ölkəsinin akkreditasiya üzrə orqanı, həmçinin onlarla regional təşkilat ILAC-ın üzvüdür.


Social

Xəbərlər

İnformasiya təhlükəsizliyinin effektivliyinin artırılması üzrə yeni ISO/IEC standartı
Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının...
ISO 14001 standartının yeni versiyası
Standartlara yenidən baxılması və təkmilləşdirilməsi prosesi çərçivəsində Beynəlxalq Standartlaşdırma...
Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri üzrə ISO –nun yeni standartı
Beynəlxalq Standartlaşdırma Təşkilatından (ISO) verilən məlumata görə Əməyin...
Yeni ISO standartı enerji daşıyıcılarından effektiv istifadə edilməsinə imkan verəcək
Əksər müəssisələr üçün enerji daşıyıcılarının qiyməti uğurlu biznesin aparılmasda əhəmiyyətli...
ISO/IEC 17021 standartının yeni layihəsi
Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Uyğunluğun Qiymətləndirilməsi üzrə Komitəsi (CASCO) və...

Arxiv

2018
Апрель
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com