Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com


Elanlar


Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109
president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Tanınmış şəxsiyyətlər

Болезни глаз у человека. Известные болезни глаз лечение. Болезни глаз симптомы. Лечение простуды в домашних условиях. Самое быстрое лечение простуды. Простуда лечение лекарства. Хороший стоматолог отзывы. Самый добрый стоматолог отзывы. Ассоциация стоматологов отзывы. Занятия йогой дома. Быстрая йога для начинающих дома. Как правильно заниматься йогой дома. Обертывание в домашних условиях. Быстрое обертывание живота в домашних условиях. Обертывание в домашних условиях рецепты. Наборы спортивного питания. Вкусная спортивное питание для набора массы. Спортивное питание оптом. Как избавиться от перхоти. Хороший шампунь от перхоти отзывы. Как избавиться от перхоти навсегда. Зеленый чай для похудения. Главные свойства зеленого чая. Можно ли пить зеленый чай.

Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_accordion_menu/core/MenuBase.php on line 119

Armand Vollin Feygenbaum



Tanınmış amerikan mütəxəssisi, keyfiyyətin kompleks idarə edilməsi (TQC) nəzəriyyəsinin banisi, Beynəlxalq Keyfiyyət Akademiyasının  akademiki, Amerika Keyfiyyət Təşkilatının keçmiş sədri və onun fəxri üzvü. Armand Vollin Feygenbaum 1922-ci ildə ABŞ-ın Nyu-York Siti şəhərində anadan olmuşdur. 1950-ci illərin əvvəllərində o, ilk təhsilini Yunion kollecində almış, daha sonra isə  Massaçuset Texnoloji İnstitutunu bitirərək bakalavr, magistr və fəlsəfə doktoru elmi dərəcələrinə yiyələnmişdir.

1958-68-ci illərdə Feygenbaum “General Electric” şirkətində istehsal üzrə direktor vəzifəsində çalışmışdır. “General Electric”-də işlədiyi illərdə  Feygenbaum tərəfindən müəssisələrin  kompleks idarə edilməsi  konsepsiyası (TQC) işlənib hazırlanmışdır.
1951-ci ildə nəşr etdirdiyi “Quality Control: Principles, Practices and Administration” (“Keyfiyyətə nəzarət: prinsiplər, təcrübə və idarəetmə”) kitabında Feygenbaum keyfiyyətə  münasibətdə sistemli yanaşmanın  həyata keçirilməsi ideyasını irəli sürür və bu prosesdə təkcə istehsalın deyil, bütün funksiyaların iştirakının vacib olduğunu qeyd edirdi.

TQC konsepsiyasına görə keyfiyyətin  idarə edilməsi məhsulun yaradılmasının bütün mərhələlərini, o cümlədən müəssisədə iqtisadi, texniki, təşkilati və sosial-psixoloji tədbirlərin  həyata keçirilməsi zamanı idarəetmə iyerarxiyasının bütün səviyyələrini əhatə etməlidir. Kompleks idarəetmənin effektiv işləməsinə nail olmaq üçün  müəssisələr onu məhsulun yaradılmasının ilkin mərhələlərində layihələndirməli və həyata keçirməlidirlər. Feygenbauma görə keyfiyyəti idarəetmə planlaşdırılmalı və standartlara uyğun tətbiq edilməlidir. Bunun üçün müəssisələrdə keyfiyyət xərclərinin ciddi hesabatı aparılmalıdır.  

Keyfiyyət menecmenti sahəsində Feygenbaum aşağıdakı konsepsiyaları işləyib hazırlamışdır:


  • Müəssisələrdə keyfiyyətin təmin edilməsinin, işlək vəziyyətdə saxlanmasının və yaxşılaşdırılmasının inteqrasiya olunmuş effektiv sistemini özündə ehtiva edən “Keyfiyyətə Ümumi Nəzarət ” konsepsiyası.
    Bu istehsalın və xidmətin iqtisadi effektivliyinin artırır və öz növbəsində müştəri məmnuniyyətinin təmin
    edilməsinə imkan verir;
  • “Gizli” istehsal konsepsiyası. Bu  konsepsiya hər hansı təşkilat daxilində istehsal səhvlərinin aradan qaldırılmasına yönəldilmiş fəaliyyətləri nəzərdə tutur;
  • Keyfiyyətə görə məsuliyyət. Keyfiyyətin təmin edilməsi hər bir müəssisə və təşkilatda çalışan əməkdaşların fəaliyyətindən bilavasitə asılıdır.
    Məhsulların və xidmətlərin keyfiyyətinin yüksəldilməsində  müəssisə və təşkilat əməkdaşlarının üzərinə böyük məsuliyyət düşür. Ali rəhbərlərin əsas vəzifəsi işçilər arasında  məsuliyyət bölgüsünün düzgün müəyyən olunması yolu ilə müəssisənin effektiv idarə edilməsini həyata keçirməkdir;
  • “Keyfiyyətin təmin edilməsi üçün xərclər” konsepsiyası.

Feygenbauma müəssisə və təşkilatların uğurlu fəaliyyət göstərməsində keyfiyyət amilinin rolunu yüksək qiymətləndirirdi. Bununla əlaqədar olaraq  böyük alim yazırdı: ”Keyfiyyəti mühəndislər, marketinq xidməti və ya ali rəhbərlik deyil, müştəri müəyyən edir. Bu bazar rəqabəti şəraitində müştərinin dərk edərək və ya öz hissiyyatları ilə, texniki cəhətdən əsaslandırılmış və ya çox vaxt subyektiv xarakter daşıyan, onun tələblərinə münasibətdə məhsul və xidmətlərə verdiyi bəyan edilmiş və edilməmiş faktiki qiymətləndirməyə əsaslanır ”. Feygenbauma  görə məhsul və xidmətlərin  keyfiyyəti ilə bağlı məsələlərin həllində  müəssisə və təşkilatlarda çalışan əməkdaşlar arasındakı münasibətlər mühüm rol oynayır. Bu münasibətlərin düzgün qurulması və tənzimlənməsi  müəssisə rəhbərləri tərəfindən keyfiyyətin təmin edilməsinin başlıca amillərindən biri kimi nəzərdən keçirilməlidir.

Feygenbaum keyfiyyətin  ümumi  anlayış olaraq aşağıdakı əlamətlərini qeyd edirdi.

1. Keyfiyyət - bütün şirkəti əhatə edən prosesdir.
2. Keyfiyyət - müştərinin onun haqqıdüşüncələrini ifadə edir. 
3. Keyfiyyət və xərclər bir-biri ilə əlaqəlidir (xərclər keyfiyyətdən çıxılmır, ancaq ona əlavə edilir).
4. Keyfiyyət fərdi və komanda şəklində fəaliyyəti tələb edir.
5. Keyfiyyət idarəetmə üslubudur.
6. Keyfiyyət və innovasiyalar bir-birini tamamlayır.
7. Keyfiyyət - bu etikadır
8. Keyfiyyət daimi yaxşılaşdırma tələb edir.
9. Keyfiyyət –məhsuldarlığın artırılmasının ən qənaətcil və kapitaltutumlu vasitəsidir.
10. Keyfiyyətin əsasını tədarükçüləri və istehlakçıları əhatə edən keyfiyyətə ümumi nəzarət sistemi təşkil edir.


Keyfiyyətə ümumi nəzarət nəzəriyyəsinin banisi kimi Feygenbaum keyfiyyət və idarəetmə sahəsindəki xidmətlərinə görə dünyanın nüfuzlu təşkilatları tərəfindən bir çox mükafatlara layiq görülmüşdür. Bu mükafatlar sırasında Amerika Keyfiyyət Cəmiyyətinin təsis etdiyi  Lankaster mükafatı və Edvars adına medalı, Sənaye təhlükəsizliyinin milli assosiasiyasının fəxri mükafatı, Yunion kollecinin banilərinin medalı və s vardır. Hazırda 88 yaşı  olan görkəmli mütəxəssis və alim  ABŞ-da yaşayır və bu ölkənin  bir sıra təşkilatlarının, o cümlədən elmin inkişafına dair Amerikan cəmiyyətinin üzvü, Elektromaşınqayırma institutunun ömürlük üzvü, ABŞ Silahlı qüvvələrinin məsləhətçilər qrupunun üzvü, Amerikan mühəndis-mexaniklər cəmiyyətinin ömürlük üzvüdür.

Social

Arxiv

2018
Ноябрь
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930  

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com