Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com


Elanlar


Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109
president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Tanınmış şəxsiyyətlər

Болезни глаз у человека. Известные болезни глаз лечение. Болезни глаз симптомы. Лечение простуды в домашних условиях. Самое быстрое лечение простуды. Простуда лечение лекарства. Хороший стоматолог отзывы. Самый добрый стоматолог отзывы. Ассоциация стоматологов отзывы. Занятия йогой дома. Быстрая йога для начинающих дома. Как правильно заниматься йогой дома. Обертывание в домашних условиях. Быстрое обертывание живота в домашних условиях. Обертывание в домашних условиях рецепты. Наборы спортивного питания. Вкусная спортивное питание для набора массы. Спортивное питание оптом. Как избавиться от перхоти. Хороший шампунь от перхоти отзывы. Как избавиться от перхоти навсегда. Зеленый чай для похудения. Главные свойства зеленого чая. Можно ли пить зеленый чай.

Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_accordion_menu/core/MenuBase.php on line 119

Noriaki Kano



Keyfiyyəti idarəetmə sahəsində tanınmış alim və biznes məsləhətçisi, müştəri məmnuniyyətinin təmin edilməsi üzrə məşhur “Kano modelinin” müəllifi.

Noriaki Kano 1940-cı ildə Yaponiyanın paytaxtı Tokio şəhərində anadan olmuşdur. Hələ orta məktəbdə oxuduğu illərdə Kano texniki fənnlərə maraq göstərirdi. Orta məktəbi bitirdikdən sonra Kano Tokio Universitetinə daxil olmuş və burada keyfiyyət və idarəetmə məsələlərini dərindən öyrənmişdir. Ali məktəbin bakalavr pilləsini yüksək qiymətlərlə başa vuran Kano təhsilini davam etdirərək Tokio Universitetinin nəzdindəki  mühəndis məktəbində magistr və doktor elmi dərəcələrinə yiyələnmiş və bir müddət orada. dərs demişdir. 35 yaşında ikən o, Tokionun tanınmış ali məktəblərindən biri olan Elektro-kommunikasiya Universitetinə dəvət olunmuş və burada elmin idarə edilməsi kafedrasına rəhbərlik etmişdir. Bir müddət elmi axtarışlarla  məşğul olan Kano 1980-ci illərin əvvəllərində öz həmkarları ilə birlikdə müştəri məmnuniyyətinin modelləşdirilməsi istiqamətində yeni konsepsiyanın əsasını qoymuşdur.

1982-cü ildə Kano tərəfindən işlənib hazırlanmış “Cəlbedici keyfiyyətin yaradılması” (Attractive Quality Creation) konsepsiyası bilavasitə ciddi elmi axtarışların və müşahidələrin nəticəsi idi. Bu konsepsiya hal-hazırda həm menecment, həm də marketinq tədqiqatlarında kifayət qədər uğurla tətbiq edilir. Kano istehlakçılarda rəğbət hissi yaradan məhsul və xidmətlərin xüsusiyyətlərinin anket vasitəsilə öyrənilməsinin vacibliyini qeyd edirdi. Onun müəyyənləşdirdiyi təsnifata görə malın və ya xidmətin əsas xüsusiyyətləri (“zəruri”, “təkölçülü”, “cəlbedici”) anketdə istehlakçıların tələbatlarına (“gözlənilən”, “arzu edilən”, “valehedici”) bilavasitə uyğun olmalı və bizneslə məşğul olan şəxslər və şirkətlər öz istehsal və satış strategiyalarını bunun əsasında qurmalıdırlar .

Kano qeyd edirdi ki, hər bir məhsulun keyfiyyət göstəriciləri ilə istehlakçıların  davranışları arasında birbaşa əlaqə mövcuddur. Onun fikrincə, şirkət və təşkilatlar mənfəəti yalnız öz istehlakçısını tanımaqla və onun tələblərini ödəməklə əldə edə bilərlər. Bunun üçün onlar bazardakı istehlakçıları oxşar xüsusiyyətlərə malik seqmentlərə ayıraraq, hər birinə uyğun marketinq siyasəti işləyib hazırlamalıdır.

Kanoya görə, istehlakçının konkret məhsula olan münasibətinin sorğu anketi vasitəsilə öyrənilməsi sahibkar və şirkətlərə mövcud bazarı təhlil etməklə effektiv istehsal və satış strategiyasını həyata keçirmək imkanı verir. Biznesin müxtəlif sferalarına malik, geniş nomenklaturada məhsul buraxan müasir şirkətlərin çoxu hazırda bazarın cəlbediciliyinin və istehlakçıların davranışının öyrənilməsi zamanı Kano modelindən istifadə edir. Keyfiyyət və idarəetmə sahəsinin inkişafındakı xidmətlərinə görə doktor Noriaki Kano dünyanın müxtəlif nüfuzlu təşkilatları tərəfindən bir sıra mükafatlara layiq görülmüşdür.

1997-ci ildə Yaponiya Alimlər və Mühəndislər Birliyi (JUSE)  keyfiyyət sahəsinin inkişafına verdiyi töhfəyə görə Kanonu Deminq medalı ilə təltif etmişdir. Eyni medala o, elə həmin ildə Amerika Keyfiyyət Cəmiyyəti tərəfindən də layiq görülmüşdür. Onun Deminqin xatirəsinə həsr olunmuş illik mühazirələri “XXI  əsr üçün biznes strategiyası və yaradıcı keyfiyyətin səviyyəsi ” adı altında nəşr edilmişdir.

2002-2007-ci illərdə Amerika Keyfiyyət Cəmiyyəti Kanonu Е. Jack Lancaster və E. L. Grant medallarına layiq görmüşdür. Doktor Kano 300-dən çox elmi məqalənin, 40-dan artıq kitabın, o cümlədən “Cəlbedici keyfiyyətin yaradılması” və “ Xidmət sahəsində TQM üzrə bələdçi” əsərlərinin müəllifidir. Hal-hazırda Kano dünyanın nüfuzlu biznes məsləhətçisi kimi onlarla yerli və beynəlxalq cəmiyyət və təşkilatların üzvü, eləcə də fəxri üzvüdür.

 

Social

Arxiv

2018
Май
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031   

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com