Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com


Elanlar


Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109
president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Tanınmış şəxsiyyətlər

Купить новостройку с отделкой. Где купить однокомнатную квартиру в новостройке? Купить новостройку недорого. Оценка стоимости недвижимости. Какая рыночная оценка недвижимости? Принципы оценки недвижимости. Теплый пол своими руками. Как сделать теплый пол в доме. Монтаж водяного теплого пола. Не включается ноутбук. Скажите почему не включается ноутбук. Ноутбук включается и сразу выключается. Быстрый кредит наличными. Где быстро взять кредит без справок. Оформить быстрый кредит. Топ wow сервера. Где скачать последний клиент wow? Самый лучший сервера world of warcraft. Ленточная пилорама цена. Ленточная пилорама своими руками чертежи. Скачать чертежи ленточной пилорамы. Аренда квартир без посредников. Длительная аренда квартир без посредников и прочих. Аренда однокомнатной квартиры.

Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_accordion_menu/core/MenuBase.php on line 119

Uolter Endryu Şuxart



Amerikalı mühəndis-elektrotexnik, keyfiyyətin idarə edilməsi üzrə tanınmış alim. Şuxart  1891-ci ildə İllinoys ştatının Nyu-Kenton şəhərində anadan olmüşdur. O, ilk ali təhsilini İllinoys Universitetində almışdır. 1917-ci ildə  26 yaşında ikən  Şuxart fizika  üzrə müdafiə edərək  doktorluq dərəcəsinə layiq görülmüşdür. O,  gənc mütəxəssis kimi əmək fəaliyyətinə 1918-ci ildə Western Electric şirkətinin texniki təftiş idarəsində  başlamıidır.
Onun çalışdığı Western Electric şirkəti əsasən telefon avadanlıqlarının istehsalı ilə məşğul olurdu. Həmin dövrdə  rabitə xəttlərinin etibarlılığını artırılması və istehsal olunan avadanlıqların keyfiyyətinin yüksəldilməsi  Western Electric şirkətinin rəhbərliyini qayğılndıran əsas məsələlərdən biri idi. Şirkətin rəhbərliyi artıq başa düşürdü ki, istehsal prosesində məhsulun keyfiyyətinin aşağı düşməsi  bütövlükdə  Western Electric  ümumi gəlilərinə mənfi təsir göstərir. 

Yaranmış problemi həll etmək üçün  şirkətdə işlər əsasən iki istiqamətdə aparılırdı: yoxlama və keyfiyyətə nəzarət. 1-ci istiqamət zay məhsulun həm girişdə, həm də çıxışda istehsaldan çıxarılması  sisteminin yaradılmasını, 2-ci  istiqamət isə  istehsal zamanı nöqsanlar və onları doğuran səbəblərin minimum səviyyəyə endirilməsini nəzərdə tuturdu. Bütün bunlar isə şirkətdə ciddi struktur dəyişikliklərinin və texniki-texnoloji yeniliklərin həyata keçirilməsini zəruri edirdi. 

1924-cü ildə  Şuxart Western Electrik şirkətinin rəhbərliyinə məhsulun keyfiyyətinin idarə edilməsini  və ona nəzarətin yeni, diaqramların sıralanma metodu ilə əvəz olunmasını təklif etdi ki, bu da  hazırda bütün dünyada Şuxartın nəzarət xəritələri, həmçinin,istehsala nəzarət sxemləri kimi məşhurdur. Bu  metodun əsasını  proseslər haqda “ilk baxışdan daha çox həcmdə dəqiq informasiya vermək” və əlverişli idarəetməyə yardım etmək prinsipləri təşkil edirdi. Şuxartın təklif etdiyi statistik metodlar  müəssisəni idarə  edən şəxslərə istehsal prosesində məhsulların  keyfiyyətini yüksəltməyə, buunla yanaşı  zay məhsulların istehsalını minimuma endirməyə imkan verirdi. Şuxart  israr edirdi ki,  müəssisədə məhsulların  keyfiyyət göstəricilərinin yüksək olması üçün  istehsal prosesində statistik nəzarət metodunun tətbiqi  zəruridir.

Şuxart tərəfindən əsaslandırılmış bu inqilabi ideya, yalnız yarım əsrdən sonra etiraf olundu, yayıldı və sənaye istehsalında kifayət  qədər geniş istifadə edildi. İndi bu dəyişkənlik ( müxtəlif variantlar) nəzəriyyəsi adı ilə qəbul edilmişdir. 1931-ci ildə U.Şuxartın “Sənaye məhsullarının keyfiyyətinin iqtisadi idarə edilməsi” adlı ilk kitabı nəşr edildi. Kitabda nəzarət xəritələrindən istifadə haqqında hesabatlar şərh olunurdu.
1939-cu ildə isə onun, “Keyfiyyətə nəzarət baxımından statistik metodlar” adlı 2-ci kitabı nəşr edildi. Bu kitabında U.Şuxart istehsal proseslərinə və hazır məhsulun keyfiyyətinə nəzarətin təmin edilməsinin statistik metodları üzrə öz elmi işlərinin ümumiləşdirdi. Həmin əsər U.Deminqə də ciddi təsir göstərmiş və sonrakı bütün nəzəriyyələr üçün məhək daşı olmuş və beləliklə də bu sahədə bir çox layihələri inkişaf etdirdirilməsində əsaslı rol oynamışdır. Qeyd edək ki, Şuxartın ideyaları  və nəzəri irsi  bir çox ölkələrdə iqtisadi quruculuq təcrübəsində  geniş istifadə olunur.

U. Şuxart müəssisələrdə keyfiyyətin idarəedilmə sistemlərinin qurulması üzrə özünəməxsus qaydada triada - təxirəsalınmaz  tədbirlər planını işləyib-hazırlamışdı. Bu planda aşağıdakılar nəzərdə tutulurdu:

1. məhsulun hər bir hissəsinin hazırlanması üçün spesifik, riyazi əsaslandırılmış tələblərin hazırlanması;
2. nöqsanların  qaçılmaz olması və  teniki tapşırıqlar zamanı səhvlərin maksimum sayının nəzərə alınması;
3. hazır məhsulda nöqsanların ümumi sayının  istehsalın texnologiyasında qabaqcadan nəzərə alınması.

Şuxart belə hesab edirdi ki, onun  bu planının həyata keçirilməsi mürəkkəb elektrotexniki qurğuların fasiləsiz istehsalı zamanı çəkilən xərclərin minumuma endirilməsinə gətirib çıxarır. Eyni zamanda bu, bütün menecerlərə standartlara uyğun normalara cavab verən məhsulların istehsalında resurslara qənaət etməyə və xərcləri azaltmağa imkan verir. Şuxartın texnoloji yeniliyi hələ keçən əsrin 30-cu illərindən etibarən ABŞ-ın müxtəlif  şirkətləri və dövlət qurumları tərəfindən uğurla  tətbit olunurdu. Məsələn, II Dünya müharibəsi ərəfəsində ABŞ-ın hərbi idarəsi silah istehsalı zamanı keyfiyyətə nəzarətdə onun statistik metodlarını  tətbiq etmişdi.   

Pentaqon rəhbərliyi  tərəfindən bu sistemin  tətbiqindən əldə olunan nəticələr yüksək qiymətləndirilirdi. Belə ki, müəssisələrdə Şuxartın  sisteminin  tətbiq edilməsi ilə   qısa zaman  müddətində və az məsrəflərlə   yüksək keyfiyyətli məhsul əldə olunurdu. Qeyd etmək lazımdır ki, Şuxarın texniki proseslərin tənzimlənməsinə dair əsas ideyaları  və  məhsulun keyfiyyətinə nəzarətdə statistik metodları bütün dünyada məşhurdur.

Onun  keyfiyyəti idarəetmənin  mərhələli Planlaşdır - İcra Et - Nəzarət Et - Düzəliş Et  modeli dünyanın iqtisadi cəhətdən inkişaf etmiş  bütün ölkələrində geniş yayılmışdır. Böyük nəzəriyyəçi və görkəmli alim   U.E. Şuxart 1967-ci ildə, ABŞ-da 76 yaşında vəfat etmişdir.


Social

Arxiv

2018
Июль
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com