Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com


Elanlar


Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109
president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Tanınmış şəxsiyyətlər

Купить новостройку с отделкой. Где купить однокомнатную квартиру в новостройке? Купить новостройку недорого. Оценка стоимости недвижимости. Какая рыночная оценка недвижимости? Принципы оценки недвижимости. Теплый пол своими руками. Как сделать теплый пол в доме. Монтаж водяного теплого пола. Не включается ноутбук. Скажите почему не включается ноутбук. Ноутбук включается и сразу выключается. Быстрый кредит наличными. Где быстро взять кредит без справок. Оформить быстрый кредит. Топ wow сервера. Где скачать последний клиент wow? Самый лучший сервера world of warcraft. Ленточная пилорама цена. Ленточная пилорама своими руками чертежи. Скачать чертежи ленточной пилорамы. Аренда квартир без посредников. Длительная аренда квартир без посредников и прочих. Аренда однокомнатной квартиры.

Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_accordion_menu/core/MenuBase.php on line 119

Geniçi Taquti



Keyfiyyət və statistika sahəsində tanınmış yapon alimi.
Geniçi Taquti 1 yanvar 1924-cü ildə Yaponiyada anadan olmuşdur. O, hərbi xidmətdən əvvəl ilk təhsilini texniki kollecdə almış və burada, bir il ərzində toxuculuq maşınqayırmasını öyrənmişdir. Sonrakı illərdə G.Taquti Yaponiya imperatorluğunun hərbi-dəniz donanmasına məxsus Gəmiçilik İnstitutunun Astronomiya departamentində xidmət etmiş, bir müddət isə Səhiyyə Nazirliyində və Təhsil Nazirliyinin Riyazi Statistika İnstitutunda işləmişdir.
Səhiyyə Nazirliyində çalışdığı zaman o, məşhur yapon statistiki M. Masuyama ilə tanış olmuş və onun köməyilə eksperimentlərin planlaşdırılması və ortoqonal yerləşmələrdən istifadə metodlarını dərindən öyrənmişdir. Bu biliklər sonrakı fəaliyyətində onun üçün baza rolunu oynamışdır.

1950-ci ildə G.Taquti “Nippon Telephone and Telegraph” şirkətində fəaliyyətə başlamışdır. Burada çalışdığı on iki il ərzində öz metodlarını işləyib hazırlayan  G.Taquti, bununla  yanaşı həm də sənaye müəssisələrinə fəal surətdə məsləhət xidmətləri göstərməklə məşğul olmuşdur. Artıq keçən əsrin 50-ci illərindən etibarən “Tayota” da daxil olmaqla bir çox yapon şirkətləri onun metodlarını geniş şəkildə tətbiq etməyə başladılar.

1951-ci ildə G.Taqutinin ilk kitabı “Ortoqonal yerləşmələr” işıq üzü görür. 1957-1958-ci illərdə isə onun, iki cildlik “Eksperimentlərin planlaşdırılması” kitabı nəşr olunur.
1962-ci ildə ilk dəfə ABŞ-a gələn G.Taquti Prinston universitetinə dəvət olunur, ona doktorluq dərəcəsi verilir və iki il burada sənaye statistikası ilə məşğul olur.
O, 1964-cü ildə Yaponiyaya qayıdaraq Tokionun Aoyama Gakuin Universitetinin professoru olur və 1982-ci ilə qədər bu vəzifədə calışır.
1966-ci ildə, G.Taquti bir neçə müəlliflə birgə “Yekun nəticələr vasitəsilə idarəetmə” kitabını yazır.

Keçən əsrin 70-ci illərinin əvvəlində G.Taquti keyfiyyətin itirilmə funksiyası konsepsiyasını işləyib hazırlamış və həmin illərdə daha iki kitab nəşr etdirmişdir.
G.Taquti keyfiyyətin idarə edilməsi sahəsindəki xidmətlərinə görə bir sıra mükafatlar almışdır. O, 1951 və 1953-cü illərdə keyfiyyətə dair yazdığı elmi əsərlərə və 1960-cı ildə yeni metodların tətbiqinə görə Deminq mükafatına layiq görülmüşdür.

1980-cı ildə G.Taquti yenidən ABŞ-a Yun Vu şirkətinə dəvət olunmuşdur. Bir müddət sonra isə o, Yaponiya Keyfiyyət Akademiyasının direktoru vəzifəsinə seçilərək, bir müddət burada işləmişdir.  1982-ci ildə G.Taquti universitetdəki müəllimlik işini tərk edərək Yaponiya Standartlar Assosiyasiyasının məsləhətçi-müşaviri olmuşdur.   

    1983-ci ildə o, oğlunun işlədiyi Amerika təchizatçılar institutunun icraçı direktoru təyin edilmişdir.
    1984-də G. G.Taquti keyfiyyətə dair kitablarına görə yenidən Deminq mükafatına layiq görülmüşdür. 
    1986-ci ildə isə, Beynəlxalq Texnologiya İnstitutu onu Villard Rokuell medalı ilə təltif etmişdir.

    Bu dövrdə G.Taqutinin metodları Avropada o qədər də müvəffəqiyyət qazanmamışdı. Lakin, 1987-ci ildə Böyük Britaniyanın Statistiklər İnstitutu tərəfindən bu metodlara həsr olunan ilk konfrans təşkil olunduqdan sonra vəziyyət bir qədər dəyişdi. Artıq həmin ildə Birləşmiş Krallıqda kommersiya məqsədilə G.Taquti Klubu yaradıldı. Onun üzvləri bir çox fəaliyyət sahələrində - layihələndirmə, istehsalat, mühəndis təminatı, idarəetmə və keyfiyyət üzrə çalışan müxtəlif şirkətlərin mütəxəssislərindən ibarət idi . Klubun fəaliyyətinin əsas istiqaməti Böyük Britaniya sənayesində G.Taquti metodlarının tətbiqi və inkişafı məqsədilə açıq informasiya və fikir mübadiləsinə aparılmasına yönəldilmişdi.

    G.Taquti, istehsal prosesindən əvvəl keyfiyyətin idarə edilməsini üç mərhələyə bölürdü:
     
    1. Konstruksiyanın layihələndirilməsi;
    2. Parametrlərin (keyfiyyət göstəricilərinin) müəyyən edilməsi;
    3. Parametrlər üçün icazələrin müəyyənləşdirilməsi.

    Qeyd etmək lazımdır ki, G.Taqutinin nəzəriyyəsi müəssisələrdə istehsal olunan məhsulların yüksək keyfiyyətli olmasına təminat verən və müasir idarəetmə metodlarını özündə ehtiva edən bir nəzəriyyədir. Bu nəzəriyyə eyni zamanda məhsulların parametrlərinin dəqiq şəkildə müəyyən edilməsinə imkan verir, digər tərəfdən isə, mühəndis və konstruktorlarda belə bir əminlik yaradır ki,  hazırlanan məhsullar keyfiyyətli, həm də, rəqabət qabiliyyətli olacaq və uzun müddət istehsaldan çıxarılmayacaq. Hal-hazırda doktor G. G.Taqutinin adı ilə bağlı metodlar bir çox ölkələrdə, o cümlədən Amerika və Qərbi Avropada geniş yayılaraq uğurla tətbiq olunur.


    Social

    Arxiv

    2018
    Июль
    ПнВтСрЧтПтСбВс
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031     

    Tərəfdaşlar

    Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

    Tanınmış şəxsiyyətlər

    Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

    Beynəlxalq Təşkilatlar

    Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com