Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir
Heydər Əliyev
Tibbi xidmətlərin keyfiyyəti dedikdə, bu xidmətlərin pasientlərin və bütövlükdə cəmiyyətin tələbatlarını təminetmə qabiliyyəti, həmçinin tibb elminin və tibbi-profilaktik texnologiyaların müasir səviyyəsinə uyğunluğu başa düşülür.
Tibbi xidmətlərin keyfiyyəti hər şeydən əvvəll tibb elminin və texnologiyaların nailiyyətlərinin insan sağlamlığı üçün faydalı istifadəsi ilə müəyyən edilir. Təbii ki, tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün ilk növbədə idarəetmə sistemi beynəlxalq standartların tələblərinə cavab verməli və ya mövcud sistemlər təkmilləşdirilməlidir.
Səhiyyə sektorunda keyfiyyətin təmin edilməsi müəyyən qanunlar və məcburi standartlarla tənzimlənir. Qeyd olunan sektorda keyfiyyət (müvafiq ehtiyacların qarşılanması) elmi, texniki, texnoloji, təşkilati, komponentlərin insan faktoru ilə qarşılıqlı təsiri nəticəsində ortaya çıxır.
Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən işlənib hazırlanmış IWA 1:2005 Keyfiyyəti idarəetmə sistemi.
Səhiyyə təşkilatlarında proseslərin yaxşılaşdırılması üzrə rəhbərlik sənədi tibbi xidmətlər göstərən təşkilatlara KİS-in qurulması və yaxşılaşdırılması sahəsində kömək etmək məqsədi daşıyır.
IWA 1:2005 rəhbərlik sənədi fəaliyyətin yaxşılaşdırılmasına dair ISO 9004:2000 standartının müddəalarına əsaslanır.
IWA 1:2005 ölçüsündən və tipindən asılı olmayaraq tibbi xidmətlər göstərən istənilən təşkilatda tətbiq edilə bilər.