Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com


Elanlar


Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109
president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Keyfiyyət sahəsində məqsədlər və onların düzgün formalaşdırılması

Daməd Əliyev

Keyfiyyət sahəsində mütəxəssislərin keyfiyyətin əksər problemlərinin başa düşülməsi ilə bağlı xüsusi problemləri yoxdur. ISO 9001-2000 standartı tərəfindən daxil edilmiş validasiya, verifikasiya, monitorinq və çoxlu digər spesifik anlayışlara artıq tam aydınlıq gətirilmişdir.

Keyfiyyət sahəsində mütəxəssislərin keyfiyyətin əksər problemlərinin başa düşülməsi ilə bağlı xüsusi problemləri yoxdur. ISO 9001-2000 standartı tərəfindən daxil edilmiş validasiya, verifikasiya, monitorinq və çoxlu digər spesifik anlayışlara artıq tam aydınlıq gətirilmişdir. Ancaq standartda mübahisə doğuran elə məqamlar var ki, onlar üzrə nə vahid fikir, nə də dəqiq tövsiyə yoxdur.

Məsələn:
•    keyfiyyət sahəsində məqsədlərin ölçülə bilən olması;
•    proseslərin məqsədlərinin təyin edilməsinin zəruriliyi və məqsədəuyğunluğu;
•    proseslərin məqsədlərinin seçilməsi;
•    keyfiyyət menecmenti sisteminin (KMS) proseslərinin və bütövlükdə KMS-nin məhsuldarlığı və effektivliyi;
•    KMS proseslərinin və bütövlükdə KMS-nin mütəmadi yaxşılaşdırılması.

Göstərilən problem suallardan birincisinə baxaq. Keyfiyyət sahəsində məqsədlərin ölçülə bilən olmasının müxtəlif anlamlarda qəbul edilməsi və bu məqsədlərin rəhbərlər və menecerlər tərəfindən bəzən düzgün formalaşdırılmamasının kökündə keyfiyyət anlayışının genişliyi, mürəkkəbliyi dayanır. Təsadüfi deyil ki, Edvard Deminq, Cozef Curan, Filip Krosbi, Armand Feyqenbaum, Kaory İsikava, Geniti Taquti kimi böyük alimlərin də konsepsiyalarında (şək.1) keyfiyyətə və onunla bağlı mühüm məqamlara fərqli yanaşmalar mövcuddur.

Keyfiyyətin idarə olunmasına vahid yanaşmanı təbliğ edən ISO 9001-2000 standartının özündə də keyfiyyət sahəsində məqsədlərlə bağlı kifayət qədər aydınlıq yoxdur. Məsələn, ISO 9001-2000 standartının 5.4.1 bəndinin tələblərinə görə təşkilatın rəhbərliyi məhsulun keyfiyyətinin tələblərə uyğunluğunu təmin etmək üçün təşkilatın uyğun bölmələri və səviyyələrinin keyfiyyət sahəsindəki məqsədlərini düzgün müəyyənləşdirməlidir. Təşkilatlarda keyfiyyət məqsədləri ölçülə bilən və keyfiyyət sahəsindəki siyasətə uyğun olmalıdır. Lakin standartın özündə bu məqsədlərin ölçülməsi ilə bağlı dəqiq və geniş izahat verilmədiyindən, həmçinin hər hansı bir nümunə göstərilmədiyindən mütəxəssislər qeyd olunan məqsədlərin nədən ibarət olduğunu müəyyənləşdirərkən, yalnız öz təcrübə və biliklərinə arxalanmalı olurlar. Proses yanaşması terminologiyasına əsaslanaraq ölçülə bilən məqsədlərin özündə nəyi ehtiva etdiyini və mütəxəssislər tərəfindən necə başa düşüldüyünü nəzərdən keçirək.

ISO 9001-2000-in bu baxımdan əsas qüsuru “ölçmə” anlayışına standartda iki fərqli yanaşmanın mövcud olmasıdır. ISO 9001-2000 standartına görə bir tərəfdən ölçmə - metroloji xarakteristikalara malik ölçmə avadanlıqlarından istifadə edilməklə aparılır. Digər tərəfdən isə ölçmə-kəmiyyətin qiymətini müəyyənləşdirmək üçün əməliyyatların məcmusudur və bu halda ölçmənin nəticəsi həm də riyazi düsturlara görə hesabatın nəticəsi və istənilən şəkildə (məsələn, bal şəklində və ya linqvistik dəyişənlərin “yaxşı”, “əla”, “kafi”, “pis” və s. qiymətləri ilə) qiymətləndirmə kimi başa düşülə bilər.

Keyfiyyət sahəsində məqsədlərin ölçülə bilən olmasının nə demək olduğunu başa düşmək üçün “keyfiyyət sahəsində məqsədlər” anlayışına diqqət yetirək. Standartın tələbinə görə “keyfiyyət sahəsində məqsədlər - əldə olunan və ya keyfiyyət sahəsində can atılan məqsədlərdir ”. Məqsədə nail olmanın əsas göstəricisi həyata keçirilən tədbirlərin müvafiq nəticələr verməsidir. Beləliklə, məqsədə çatmanın yoxlanılma (nəzarət, qiymətləndirmə) imkanının mövcudluğu  onun ölçülə bilən olmasını mümkün edir. Daha dəqiq desək, keyfiyyət sahəsində nail olunması (nail olunma dərəcəsi) yoxlanıla bilən məqsədi ölçülə bilən məqsəd hesab etmək olar.

İndi belə bir suala cavab tapmaq lazımdır: əldə olunmasını yoxlaya (nəzarətdə saxlamaq, qiymətləndirmək) bilmək üçün keyfiyyət sahəsində məqsəd necə təqdim olunmalıdır?

Keyfiyyət sahəsindəki məqsədi iki halda ölçülə bilən hesab etmək olar:
• məqsəd - (aşkar və ya qeyri aşkar şəkildə) “göstəricinin məqsəd qiyməti” adlanan hər hansı göstəricinin qiyməti ilə təqdim edilmişdir (birinci qrupun məqsədi);
• məqsəd - müddətində baş verməli olan hadisədən ibarətdir (ikinci qrupun məqsədi).

  

Birinci qrupun məqsədlərini üç növə ayırmaq olar: mütləq, nisbi  və müvəqqəti (müddət üzrə) məqsədlər.

Mütləq məqsəd - göstəricinin qiyməti (“göstəricinin məqsəd tutulan qiyməti”) ilə ifadə edilir. Məsələn,
P=0,1 (P göstəricisinin qiyməti 0,1-ə bərabərdir);
P=[0; 100] (P göstəricisinin qiyməti [0;100] parçasında dəyişir);
P= 300 (P göstəricisinin qiyməti 300-dən kiçik ola bilməz).

Nisbi məqsəd - göstəricinin qiymətini bilavasitə özündə əks etdirmir, ancaq nəzərdə tutur.
Nail olunması müəyyən vaxtla məhdudlaşan nisbi məqsəd aşağıdakılarla ifadə oluna bilər:

•    nisbi növ göstəricinin qiyməti ilə;
•    mütləq artımla;
•    nisbi artımla;
•    rəqəmlərlə ifadə olunmamış artımla.

Müddət üzrə məqsədləri - qısamüddətli və uzunmüddətli məqsədlərə ayırmaq olar. Qısamüddətli məqsədlərə nail olunma müddəti rəhbərlik tərəfindən KMS-nin təhlil dövrünü aşmır. Nail olunma müddəti rəhbərlik tərəfindən KMS-nin təhlil dövrünü aşan məqsədləri uzunmüddətli məqsədlər adlandırmaq olar.

ISO 9001-2000 standartı baxımından qısamüddətli məqsədlər - “nail olunan” məqsədlər, uzunmüddətli məqsədlər isə “can atılan” məqsədlərdir. Prinsipcə, mütləq və nisbi məqsədlər də müddətli məqsədlərdir, çünki məqsədlərə nail olunma müddəti göstərilmədikdə onların icrasına nəzarət etmək mümkün deyil.
Qısamüddətli məqsədlər çox vaxt bir il üçün müəyyənləşdirilir. Bu, rəhbərlik tərəfindən KMS-nin təhlil müddəti ilə bağlıdır. Uzunmüddətli məqsədlər bir neçə il üçün müəyyənləşdirilir. Ancaq bu zaman məqsədlərə nail olunma istiqamətində irəliləyiş barədə hər il qərar vermək üçün müvafiq meyarlar müəyyənləşdirilməlidir. Uzunmüddətli məqsəd qısamüddətli məqsədlərin məcmusu olduqda uzunmüddətli məqsədin faizi şəklində nisbi məqsəd kimi yeni qısamüddətli məqsəd növü yaranır.

Keyfiyyət göstəriciləri subyektiv olaraq yüksək müəyyən edilərsə, bu halda onlardan istifadə çətinlik törədir. Ona görə də birinci qrup məqsədlərin qoyuluşunda kəmiyyət göstəricilərindən istifadə olunur.

İkinci qrup məqsədlər nöqtəvi xassələr üçün müəyyən edilir. Bu o deməkdir ki, proses (və ya KMS) bu xassəyə ya malikdir ya da yox (rərəmsal şəkildə 1 və ya 0). Baxılan halda yalnız başlanılmasına nəzarət oluna bilən hər hansı hadisəni məqsəd hesab etmək olar. Məsələn, “KMS-nin 2008-ci ildə sertifikatlaşdırılması” ikinci qrup məqsəddir, çünki sertifikatlaşdırılmanın aparılması faktını sertifikatlaşdırma üzrə orqan tərəfindən verilmiş sertifikatla təsdiq etmək olar.
Yalnız birinci qrup üçün məqsədlərə nail olunma dərəcəsi barədə danışmaq olar. İkinci qrup üçün məqsədlərə nail olunma dərəcəsini hesablamaq olar, ancaq bu subyektiv, qərar qəbul edən konkret şəxsin fikrindən tam asılı olacaq.

Keyfiyyət sahəsində düzgün formalaşdırılmamış (ölçülə bilməyən) məqsədlərin bəzi nümunələri cədvəl 2-də göstərilmişdir
Keyfiyyət sahəsində məqsədlər müxtəlif səbəblərdən düzgün formalaşdırılmaya bilər, lakin onların içərisində əsasən iki səbəbə xüsusi diqqət yetirmək lazımdır:
•    ISO 9001-2000 standartının tələblərini düzgün başa düşülməməsi;
•    keyfiyyət üzrə məqsəd göstəricisinin düzgün seçilməməsi (nail olunmasına nəzarət etmək mümkün olmayan məqsədlər qoymaq).
Keyfiyyət sahəsində düzgün formalaşdırılmamış (ölçülə bilməyən)  məqsədləri (cədvəl 2) iki qismə bölmək olar:
•    konkret olmayan məqsədlər;
•    qeyri-korrekt formalaşdırılmış məqsədlər.

Konkret olmayan məqsədlər dedikdə məqsədin aid olduğu obyekti (KMS, istehsal həcmi, məhsulun keyfiyyəti, istehsalın stabilliyi və s.) xarakterizə edən göstəricilərin müəyyənləşdirilməməsi və ya bununla əlaqədar həyata keçirilməsi vacib olan işlərin görülməməsi başa düşülür.
Qeyri-korrekt məqsədlər - birinci qrupda göstəricinin mütləq qiyməti məlum olmayan məqsədlər və nailolma müddəti göstərilməmiş birinci və ikinci qrup məqsədlərdir.

Cədvəl 1. Keyfiyyət sahəsində düzgün formalaşdırılmış ölçülə bilən məqsədlər


Cədvəl 2. Keyfiyyət sahəsində düzgün formalaşdırılmamış  (ölçülə bilməyən) məqsədlər



Keyfiyyət sahəsində məqsədlərin düzgün formalaşdırılmasını təmin etmək üçün (ISO 9001-2001 standartı nəzərə alınmaqla) rəhbərlərin və keyfiyyət üzrə menecerlərin aşağıdakılara xüsusi diqqət yetirmələri tövsiyə olunur.
1. Keyfiyyət sahəsində məqsədlər keyfiyyət sahəsində siyasətə uyğun olmalı, amma ona daxil edilməməlidir.
2. Keyfiyyət sahəsində məqsədlər təşkilatın müvafiq bölmələrində və ona müvafiq səviyyələrində qoyulmalıdır.
3. Təşkilat praktiki olaraq bir-biri ilə qarşılıqlı əlaqədə olmayan və tamamilə kəsişməyən istiqamətləri inkişaf etdirən filiallardan, idarələrdən, departamentlərdən, struktur bölmələrdən, ibarət olduqda keyfiyyət sahəsində məqsədlər həm bütün təşkilat üçün, həm də ayrı-ayrı filiallar, idarələr, departamentlər, struktur bölmələr üçün müəyyənləşdirilə bilər.
4. Keyfiyyət sahəsində məqsədlər obyektiv və zəruri olmalıdır, məqsəd xatirinə məqsəd (məsələn, “ ildə 200 nəfər müvəqqəti işsizi işə qəbul etmək ”, "il ərzində sənədləşdirilmiş prosedurların ən azı 70%-nə yenidən baxmaq", “tam əməl olunmuş sifarişlərin sayını hər il 80% artırmaq ”, “keyfiyyət sahəsində strategiyanı reallaşdırmaq ” kimi məqsədlər ) qoyulmamalıdır.
5. Keyfiyyət sahəsində məqsədləri formalaşdırmaq üçün düzgün göstəricilər (həm kəmiyyətcə, həm də keyfiyyətcə) seçilməlidir.
6. Uzunmüddətli məqsəd kimi göstəricinin maksimum qiymətini seçmək, lakin eyni zamanda hər il qısamüddətli məqsədlər qoymaq lazımdır;
7. Qısamüddətli məqsəd kimi göstəricinin maksimum qiyməti seçilməməlidir, çox vaxt belə məqsəd nəzərdə tutulan müddətdə reallaşdırıla bilmir (göstəricinin maksimum qiyməti prinsipcə əlçatan olmaya da bilər).
8. Göstəricinin maksimum qiymətini qısamüddətli məqsəd seçdikdə KMS-nin bu məqsədə nəzərən effektivlik meyarları kimi məqsədə çatmanın müəyyən dərəcəsi seçilməlidir.

Social

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com