Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Beynəlxalq və Regional Təşkilatlar

Снять квартиру посуточно. Быстро снять посуточно квартиру в казани. Снять однокомнатную квартиру посуточно. Помощь в получении ипотеки. Удобное получение ипотеки в сбербанке. Что нужно для получения ипотеки. Отопление частного дома. Как сделать отопление частный дом схема. Частный дом монтаж отопления. Восстановление жесткого диска. Быстрое восстановление информации с жесткого диска. Восстановление данных жесткого диска программа. Кредит с плохой историей. Быстрые кредиты онлайн с плохой историей. Срочный кредит с плохой историей. В какой сервер играть в WOW. Топ world of warcraft серверы. Wow серверы pandaria. Круглопалочный станок чертежи. Круглопалочный станок купить дешево. Самодельный круглопалочный станок. Кредит на покупку квартиры. На долго взять кредит на квартиру. Кредит на покупку квартиры.

Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU)




Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) (ing.International Telecommunication Union) qlobal səviyyədə rabitənin xidmət və qovşaqlarının inkişafı və təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərən, həmçinin telekommunikasiya sahəsində dövlətlərin siyasətini koordinasiya edən ümumdünya təşkilatıdır. Bu beynəlxalq qurum 17 may 1865-ci ildə 20 Avropa dövlətinin qərarı əsasında teleqraf qovşaqlarının birləşdirilməsi və avadanlıqların standartlaşdırılmasının ümumi qaydalarını razılaşdırmaq məqsədilə yaradılmışdır. ITU - nun fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:

  • bütün növ telekommunikasiya sistemlərinin təkmilləşdirilməsi və onlardan səmərəli istifadə edilməsi məqsədi ilə ittifaqın bütün üzvləri arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi və təmin edilməsi; 
  • texniki vasitələrin inkişafına yardım göstərmək və texnologiyanın üstünlüyünü əhali arasında yaymaq;
  • qlobal informasiya və telekommunikasiya sahəsində dünya və regional hökumətlərarası və qeyri-hökumət təşkilatlarının əməkdaşlıq yolu ilə beynəlxalq səviyyədə yaxınlaşmasına yardım etmək. 

Birləşmiş Millətlər Təşkilatının xüsusi ixtisaslaşdırılmış qurumu olan ITU beynəlxalq səviyyədə telekommunikasiya sahəsinin inkişafı istiqamətində qanunvericilik, idarəçilik və icraetmə funksiyalarını yerinə yetirir. 1992-ci ildə ITU - nun strukturunda müəyyən dəyişikliklər edilmiş və bu dəyişikliklərin nəticəsi kimi qurumun tərkibində yeni bölmələr yaradılmışdır.

Həyata keçirilmiş dəyişikliklərlə əlaqədar olaraq ITU - nun tərkibində yaradılmış yeni struktur bölmələri bunlardır:

ITU -T - Elektrorabitənin Standartlaşdırılması Sektoru.

ITU - R - Radiorabitə Sektoru.

ITU-D -Elektrorabitənin İnkişafı Sektoru.

ITU - nun Elektrorabitənin Standartlaşdırılması Sektorunun fəaliyyətinə dünya miqyasında telekommunikasiya sahəsi üzrə, yeni texnologiyaların yayılmasına köməklik göstərilməsi, bu sahədə beynəlxalq standartlaşdırma prosedurlarının təkmilləşdirilməsi və qloballaşma proseslərinin, konvergensiya, internetin yayılmasının aktivləşdirilməsi kimi məsələlər aiddir.

ITU - nun Radiorabitə Sektoru qlobal miqyasda peyklərin orbitlərinin və radiotezlik spektrlərindən istifadənin idarə edilməsi, həmçinin radiorabitənin mövcud və yeni sistemlərinin effektiv işləməsinin təmin olunması istiqamətində fəaliyyət göstərir.

ITU - nun Elektrorabitənin İnkişafı Sektorunun əsas vəzifəsi inkişafda olan ölkələrə telekommunikasiya sahəsində texniki yardım göstərilməsinə kömək etmək, bunların yerinə yetirilməsi üçün lazım olan maliyyə və maddi vəsaitlərin səfərbər olunmasına, eləcə də telekommunikasiya sahəsində yeni texnologiyanın üstünlüklərini planetin bütün insanlarının xeyrinə yayılmasına yardımçı olmaqdır.

ITU - nun mərkəzi qərargahı İsveçrənin paytaxtı Cenevrə şəhərində yerləşir. Qurumun rəhbəredici orqanı – hər dörd ildən bir ITU Şurası tərəfindən çağırılan Səlahiyyətli Konfransdır.

Bu Konfransın səlahiyyətlərinə qurumun ümumi siyasətinin müəyyənləşdirilməsi, təşkilati strukturun fəaliyyəti ilə bağlı işlər, ITU Şurası (46 nəfər) üzvlərinin, o cümlədən Baş katib və onun müavinlərinin seçilməsi və s. kimi məsələlər daxildir. Konfranslararası dövrdə qurumun fəaliyyətinə ümumi rəhbərliyi ITU Şurası həyata keçirir. Hal-hazırda dünyanın 191 ölkəsi, o cümlədən Azərbaycan ITU - nun üzvüdür.


Social

Xəbərlər

İnformasiya təhlükəsizliyinin effektivliyinin artırılması üzrə yeni ISO/IEC standartı
Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının...
ISO 14001 standartının yeni versiyası
Standartlara yenidən baxılması və təkmilləşdirilməsi prosesi çərçivəsində Beynəlxalq Standartlaşdırma...
Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri üzrə ISO –nun yeni standartı
Beynəlxalq Standartlaşdırma Təşkilatından (ISO) verilən məlumata görə Əməyin...
Yeni ISO standartı enerji daşıyıcılarından effektiv istifadə edilməsinə imkan verəcək
Əksər müəssisələr üçün enerji daşıyıcılarının qiyməti uğurlu biznesin aparılmasda əhəmiyyətli...
ISO/IEC 17021 standartının yeni layihəsi
Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Uyğunluğun Qiymətləndirilməsi üzrə Komitəsi (CASCO) və...

Arxiv

2018
Октябрь
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031    

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com