Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

MasterCard, Visa və American Express yeni beynəlxalq ödəniş standartı təklif edirlər

master_card

Nəhəng beynəlxalq ödəmə sistemləri MasterCard, Visa və American Express elektron ödənişlərin təhlükəsizliyini yüksəltmək və mobil telefondan, planşetdən, fərdi kompyuterdən və digər qurğulardan alış-veriş prosesini sadələşdirmək məqsədilə yeni beynəlxalq standart layihəsi təklif etdilər.

Əhalinin Siyahıya Alınması üzrə Amerika Bürosunun apardığı tədqiqatların nəticələrinə görə, bu gün bütün pərakəndə satışın 6%-ə yaxını rəqəmsal kanallar vasitəsilə həyata keçirilir, bu isə 2004-cü ilin birinci rübü ilə müqayisədə 200%-dən çoxdur. Elektron tranzaksiyaların sayı durmadan artdığından, istifadəçilərin əməliyyatların təhlükəsizliyi və ödəmə məlumatlarının mühafizəsi ilə bağlı tələbləri də yüksəlir. Artıq alış üzrə maliyyə təşkilatları və kartların eminentləri tərəfindən rəqəmsal kanallarla ödənişləri gələcəkdə nizamlamaq və mühafizə etmək məqsədilə bir sıra tədbirlər təqdim olunub.

Dünyanın aparıcı ödəniş sistemləri MasterCard, Visa və American Express təklif olunan təşəbbüslərlə yanaşı, ənənəvi hesab nömrəsini xüsusi olaraq mobil və onlayn tranzaksiyalar üçün nəzərdə tutulmuş rəqəmsal ödəniş “işarəsinə” dəyişməyə imkan verəcək standartı tətbiq edirlər. Yenilik sayəsində Şəbəkədə alış-veriş zamanı istifadəçilərə mövcud hesab nömrəsini yükləməyə ehtiyac qalmayacaq. Rəqəmsal işarələr əlavə müdafiə səviyyəsi yaradır və ticarətçilərin, rəqəmsal pul kisəsi operatorlarının, digər proses iştirakçılarının hesab nömrələrini saxlamaq zərurətini ləğv edirlər.

Təklif olunan standart, bütün dünyada razılaşmanı təmin etmək məqsədilə sahənin mövcud standartlarına əsaslanacaq və bütün ödəniş şəbəkələrində, ödəniş prosesi iştirakçılarının hamısı üçün açıq olacaq.

“Əlli ildən artıqdır ki, ödəniş sahəsi ödənişlərin təhlükəsiz və fasiləsiz emalı standartlarına əsaslanırdı,” – “Visa İnc” Şirkətinin İnnovasiyalar və Strateji Tərəfdaşlıq Departamentinin direktoru Cim MakKarti qeyd edir. “Mobil telefonlar, planşet və kompyuterlərin köməyi ilə alış-veriş edən istehlakçıların sayının durmadan artması müqabilində biz ənənəvi ödəniş kartları kimi uyğunluq, etibarlılıq və təhlükəsizlik təklif edən yeni standartların işlənməsi sahəsində liderlik nümayış etdirməyi öhdəmizə götürürük”. http://payspacemagazine.com/?p=18590

Social

Xəbərlər

İnformasiya təhlükəsizliyinin effektivliyinin artırılması üzrə yeni ISO/IEC standartı
Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının...
ISO 14001 standartının yeni versiyası
Standartlara yenidən baxılması və təkmilləşdirilməsi prosesi çərçivəsində Beynəlxalq Standartlaşdırma...
Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri üzrə ISO –nun yeni standartı
Beynəlxalq Standartlaşdırma Təşkilatından (ISO) verilən məlumata görə Əməyin...
Yeni ISO standartı enerji daşıyıcılarından effektiv istifadə edilməsinə imkan verəcək
Əksər müəssisələr üçün enerji daşıyıcılarının qiyməti uğurlu biznesin aparılmasda əhəmiyyətli...
ISO/IEC 17021 standartının yeni layihəsi
Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Uyğunluğun Qiymətləndirilməsi üzrə Komitəsi (CASCO) və...

Arxiv

2018
Ноябрь
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930  

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com