Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Dünya Bankı Avropa və Mərkəzi Asiyaya işsizlik problemini regionlarda biznesin inkişafı yolu ilə aradan qaldırmağı tövsiyə edir


jobs

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Baş Assambleyanın İkinci Komitəsi ilə BMT-nin İqtisadi və Sosial Şurasının “Gələcəkdə məşğulluq: 2030-cu ildə əmək dünyası” mövzusuna həsr edilən müştərək iclası keçirilmişdir. Bu ərəfədə Dünya Bankı Avropa və Mərkəzi Asiya regionu ölkələrinfə işsizliyin yüksək səviyyədə olması barədə məlumat yaydı – 2012-ci ildə o, orta hesabla 14%-ə çatıb.

Avropa və Mərkəzi Asiya regionu ölkələrində bütün işsizlərin təqribən yarısı bir ildən artıqdır ki, iş axtarır. Gənc və yaşlı işçilər, qadınlar və etnik azlıqların nümayəndələri üçün tamamilə işsiz qalmaq, qeyri-rəsmi sektorda və ya azmaaşlı işdə işləmək ehtimalı daha yüksəkdir. Belə ki, region ölkələrində hər beşinci gənc məşğuliyyətsiz kateqoriyasına aiddir: işləmir, iş axtarmır və oxumur.

“İş yerinin olması – insanlara kasıbçılığa üstün gəlməyə və ümumi rifah halının yüksəlməsinə səbəb olan mühüm amildir. İş insanlara əlavə şərait yaradır, onların fikrini daha da əhəmiyyətli və gözəgəlimli edir, cəmiyyətin həyatında fəal iştirak etməyə imkan verir”, - Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Lora Tak belə qeyd etdi.

O, Avropa və Mərkəzi Asiya regionunda iş yerlərinin çatışmamazlığı probleminin çox kəskin olduğunu vurğuladı. Lakin, o keçilməz deyil, axı region ölkələrinin əksəriyyəti lazımi islahatlar həyata keçirir.

Məruzə müəllifləri əmək bazarında vəziyyəti yaxşılaşdırmaq məqsədilə region ölkələrinə mövcud firmaların inkişaf etməsi və yenilərinin yaranması üçün əlverişli işgüzar mühitin və makroiqtisadi göstəricilərin təmin olunması vasitəsilə iş yerlərinin açılmasında əsas şəraitin formalaşdırılmasını məsləhət gördülər. Ekspertlər əmək bazarına maneəsiz girişin təminatını, həmçinin insanların iş yerlərinin yaradılması nöqteyi-nəzərindən daha perspektivli regionlara köçməyə hazır olmalarının təşviqini təklif etdilər.

Hazırda region ölkələrində yeni yaradılmış iş yerlərinin əsas həcmi yüksək inkişaf sürəti nümayiş etdirən az sayda olan firmaların payına düşür. Bununla belə, sahibkarlıq fəallığı səviyyəsi orta gəlir səviyyəsinə malik digər region və ölkələrlə müqayisədə aşağıdır.

Dünya Bankı Avropa və Mərkəzi Asiya ölkələrinə sahibkarlıq potensialının inkişafı və yeni müəssisələrin uğurla açılmasında şəraitlərin yaradılmasını tövsiyə edib.

http://www.un.org/russian/news/story.asp?newsID=20574#.UoCLz3A73ls

Social

Xəbərlər

İnformasiya təhlükəsizliyinin effektivliyinin artırılması üzrə yeni ISO/IEC standartı
Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının...
ISO 14001 standartının yeni versiyası
Standartlara yenidən baxılması və təkmilləşdirilməsi prosesi çərçivəsində Beynəlxalq Standartlaşdırma...
Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri üzrə ISO –nun yeni standartı
Beynəlxalq Standartlaşdırma Təşkilatından (ISO) verilən məlumata görə Əməyin...
Yeni ISO standartı enerji daşıyıcılarından effektiv istifadə edilməsinə imkan verəcək
Əksər müəssisələr üçün enerji daşıyıcılarının qiyməti uğurlu biznesin aparılmasda əhəmiyyətli...
ISO/IEC 17021 standartının yeni layihəsi
Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Uyğunluğun Qiymətləndirilməsi üzrə Komitəsi (CASCO) və...

Arxiv

2018
Декабрь
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com