Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

“SAB” ticarət nişanı “Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi nişanı”nın (AİQTN Keyfiyyət Nişanı) Platin səviyyəsinə layiq görüldü


sab

Azərbaycanda ət və süd məhsulları sektorunda fəaliyyət göstərən, müasir avadanlıqlarda təchiz edilmiş, yerli və beynəlxalq standartlara cavab verən “Zəhmət-Ruzi Məhdud Məsuliyyətli Cəmiyyətinin “SAB” ticarət nişanı USAİD Təşkilatının dəstəyi ilə Azad İstehlakçılar Birliyinin təsis etdiyi “Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi nişanı”nın (AİQTN Keyfiyyət Nişanı) Platin səviyyəsinə layiq görülüb.

“Zəhmət-Ruzi MMC hazırda iki sahədə - ət və süd məhsullarının istehsalı sektorunda tam gücü ilə çalışır. Bu gün “Zəhmət-Ruzi MMC-də müxtəlif sahələr üzrə 150-ə yaxın yüksək ixtisaslı mütəxəssis fəaliyyət göstərir. Şirkət ən müasir avadanlıqlarla təhciz edilmiş laboratoriya, istehsal sexləri, anbar və daşinma sistemlərinə malikdir. Vahid komanda şəklində fəaliyyət göstərən şirkət kollektivini halallıq, peşəkarlıq, əməksevərlik kimi amillər birləşdirir.

Qeyd edək ki, “Zəhmət-Ruzi” MMC “SAB” ticarət nişanı ət və süd istehsalı üzrə tanınmış Azərbaycan şirkətidir. "Zəhmət-Ruzi" MMC MDB ölkələrinə 60 çeşiddə ət, 50 çeşiddə süd məhsulları ixrac edir. “Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi Nişanı”nın Platin səviyyəsinə layiq görülmüş “Zəhmət-Ruzi” MMC-nin “SAB” ticarət nişanı seqmentdə rəqib şirkətlərə nisbətdə Beynəlxalq İstehlakçı Təşkilatı - Cunsumers İnternational (CI) xətti ilə brendin dünyanın 120 ölkəsində istehlakçılara tanıtımı, məhsulların Azad İstehlakçılar Birliyinin 30 rayon nümayəndiliyi vasitəsilə əhali arasında təbliği, KİV-də və xüsusilə elektron KİV-də yayımı, ticarət şəbəkələrində reklamı və s. bir çox mühüm üstünlüklər əldə edir.

Keyfiyyət Assosiasiyasının yaxından əməkdaşlıq etdiyi və beynəlxalq keyfiyyəti idarəetmə standartlarının tətbiqi sahəsində ciddi uğurlar etmiş “Zəhmət-Ruzi” MMC-ni bu mükafata layiq görülməsi münasibətilə təbrik edir və gələcək fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayır.

Social

Xəbərlər

İnformasiya təhlükəsizliyinin effektivliyinin artırılması üzrə yeni ISO/IEC standartı
Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının...
ISO 14001 standartının yeni versiyası
Standartlara yenidən baxılması və təkmilləşdirilməsi prosesi çərçivəsində Beynəlxalq Standartlaşdırma...
Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri üzrə ISO –nun yeni standartı
Beynəlxalq Standartlaşdırma Təşkilatından (ISO) verilən məlumata görə Əməyin...
Yeni ISO standartı enerji daşıyıcılarından effektiv istifadə edilməsinə imkan verəcək
Əksər müəssisələr üçün enerji daşıyıcılarının qiyməti uğurlu biznesin aparılmasda əhəmiyyətli...
ISO/IEC 17021 standartının yeni layihəsi
Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Uyğunluğun Qiymətləndirilməsi üzrə Komitəsi (CASCO) və...

Arxiv

2018
Ноябрь
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930  

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com