Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir
Heydər Əliyev
Keyfiyyət Assosiasiyası və Keyfiyyət Akademiyasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq 12-13.11.2014 və 24-26.11.2014 tarixlərində “REM Service ” qida istehsalı müəssisəsində “HACCP (Hazard Analysis and Critical Control Points)” mövzusu üzrə orta səviyyəli rəhbərlik ( Intermediate) üçün 2 günlük, yuxarı səviyyəli rəhbərlik ( Advanced) üçün 3 günlük təlim keçirilmişdir. Təlimdə sözügedən müəssisənin aparıcı mütəxəssisləri iştirak etmişdir.
Təlim Keyfiyyət Assosiasiyasının qida təhlükəsizliyi idarəetmə sistemləri üzrə məsləhətçi, təlimçi və baş auditoru Şamo Muradov tərəfindən aparılmışdır. Təlim zamanı aşağıdakı mövzulara toxunulmuşdur:
• Beynəlxalq qida təhlükəsizliyi təşkilatları
• Beynəlxalq qida təhlükəsizliyi standartları
• Avropa Birliyinin Direktivləri
• HACCP nədir?
• Sistemin məqsədi
• Tətbiq faydaları
• Codex-in12 addımı və HACCP prinsipləri
• İlkin şərtlər proqramı
Təlim zamanı iştirakçıların nəzəri bilikləri müəssisənin fəaliyyətinə uyğun spesifik çalışmalarla möhkəmləndirilmişdir.Təlimin sonunda qeyd edilən mövzular üzrə imtahan keçirlmişdir. Bu imtahanın nəticələrinə əsasən təlim iştirakçılarına TUV AUSTRİA-nın sertifikatları təqdim edilmişdir.