Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir
Heydər Əliyev
Beynəlxalq Standartlaşdırma Təşkilatından (ISO) verilən məlumata görə Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri üzrə tanınmış Britaniya standartı olan BS OHSAS 18001-ə yenidən baxılacaq və bu standart ISO 45001 ilə əvəz ediləcək.
Hal –hazırda bu standartın hazırlanması ilə ISO-nun 283 saylı Layihə Komitəsi məşğul olur.
ISO-dan verilən məlumata görə ISO 45001 OHSAS 18001-in bazasında hazırlanacaq. Bununla yanaşı standartda müəyyən dəyişikliklərin ediləcəyi gözlənilir.
Məsələn, ISO 45001 standartında təşkilatın “kontekst” i ilə bağlı daha dəqiq istiqamət izlənilir, həmçinin ali rəhbərliyin və yüksək menecmentin rolunun artırılması nəzərdə tutulur. ISO 45001 standartının 2016-cı ilin sonunda nəşr edilməsi gözlənilir.
.