Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir
Heydər Əliyev
Standartlara yenidən baxılması və təkmilləşdirilməsi prosesi çərçivəsində Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən ISO 14001 standartının yeni versiyası işlənib hazırlanmışdır. Yeni versiya hazırlanarkən, ISO 14001:2004 standartının tələblərinə əsaslanıb və ISO-nun 207 saylı Texniki Kömitəsinin tərtib etdiyi “Ekoloji idarəetmə sisteminin gələcək çağırışları və ISO 14001” adlı hesabatdakı tövsiyələr nəzərə alınıb.
ISO 14001 standartının yeni versiyasında ətraf mühitin mühafizəsi və çirklənmənin qarşısının alınmasını məqsədilə, təşkilatlara öz fəaliyyətlərinin ekoloji aspektlərinin effetkiv idarə edilməsi üçün tövsiyələr verilir.
Bununla yanaşı ISO 14001: 2015 standartında risklərin idarə edilməsi və ekoloji göstəricilərin yaxşılaşdırılması kimi məsələlər də öz əksini tapıb.