Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir
Heydər Əliyev
Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. İnformasiya təhlükəsizliyinin təmin olunması problemi kompleks yanaşma tələb edir.
İnformasiyanın təhlükəsizliyinin təmin olunması probleminin vacibliyini və aktuallığını şərtləndirən səbəblərdən aşağıdakıları xüsusi vurğulamaq olar:
İnformasiya təhlükəsizliyi siyasәtinin işlənməsi müәssisәnin informasiya təhlükəsizliyi sisteminin tәşkil edilmәsindә ilk tәlәblәrdәn biridir. Bu siyasətinin məqsədi informasiya təhlükəsizliyi üzrə idarəetməni biznesin tələblərinə, müvafiq qanunlara və normativlərə uyğun olaraq təmin etməkdir.
Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) və Beynəlxalq Elektrotexnika Komitəsi (IEC) birgə hazırladığı ISO/IEC 27040:2015 “İnformasiya texnologiyaları. Təhlükəsizliyin təmin edilməsi metodları. Məlumatların təhlükəsiz mühafizəsi “ adlı yeni standart bu sahədə fəaliyyət göstərən müəssisələr üçün mühüm əhəmiyyət kəsb edən dəstəkləyici vasitə kimi nəzərdə tutulub.
Standartda məlumatların planlaşdırılması, dizaynı, tətbiqi və sənədləşdirilməsindən başlayaraq təhlükəsiz mühafizəsinin effektiv təmin edilməsi tövsiyələr verilib.