Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com


Elanlar


Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109
president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Qida təhlükəsizliyinə dair yeni milli standart

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramın” da sənaye məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədi ilə beynəlxalq standartlar əsasında milli standartların hazırlanması işinin sürətləndirilməsi, bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib.

 Dövlət Proqramınnda müəyyən edilmiş vəzifələrin həyata keçirilməsinə, həmçinin ölkəmizdə yeyinti məmulatlarının təhlükəsizliyinin təmin edilməsilə bağlı dövlət tərərəfindən həyata keçirilən tədbirlərə dəstək vermək məqsədilə  Keyfiyyət Assosiasiyası tərəfindən layihəyə start verilib.

 Sözügedən layihə çərçivəsində Keyfiyyət Assosiasiyasiyasının ekspert qrupunun və INCERT şirkətinin aparıcı mütəxəssislərinin yaxından iştirakı ilə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) ISO 22000:2005 standartı əsasında yeni milli standart işlənib və “Keyfiyyətin idarə olunması sahəsi” üzrə TK-ya təqdim edilib.

 Yeni standartda qida zənciri boyunca qida məhsullarının yaradılmasından tutmuş onun yeməkdə son istifadəsinə qədər qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinə imkan verən hamı tərəfindən qəbul olunmuş əsas elementlər öz əksini tapıb və qida təhlükəsizliyinə yönəlik təhdidlərə nəzarət etmək üçün zəruri olan qida təhlükəsizliyinin idarəetmə sisteminə tələblər müəyyən edilib.

Qeyd edək ki,  yeni standart qida məhsullarının idarəetmə sistemini tətbiq etməyə çalışan təşkilatlar üçün nəzərdə tutulub və həmin təşkilaların fəaliyyətlərinin onların bəyan etdikləri  qida təhlükəsizliyi siyasətinə uyğun olmasına kömək etmək məqsədilə işlənib. 

Social

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com